Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                 

Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür? - ARAŞDIRMA
Tarix: 18-09-2021, 08:47 | Çap et
Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib.

Qeyd edək ki, dövlət tenderlərinin məmurların yaxın çevrəsinə məxsus şirkətlər arasında pay-püş edilməsi media və sosial şəbəkələrdə tez-tez qabardılsa da, ciddi tədbir görülmür. Satınalamalar üzrə Dövlət Agentliyi tender sifarişi verən dövlət qurumlarının qeyri-rəsmi istəkləri üzrə qərarlar qəbul edir. Bu zaman yeni yaradılan MMC-lərə, praktik iş təcrübəsi olmayan, 10-20 manat nizamnamə kapitalına malik şirkətlərə üstünlük verilir ki, bu da tenderlərin qeyri-şəffaf və yeyintiyə əsaslanan bölgü olduğunu təsdiqləyir.

Məsələn, prezidentin tenderlərdəki korrupsiya hallarını tənqid etdiyi gün mediada Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin qalib elan etdiyi şirkətlə bağlı məlumatlar açıqlanıb. Məlumatda qeyd olunur ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyərləndirilib. Açıq tenderin qalibi “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.

Vergilər Nazirliyinin informasiya bazasında aparılan araşdırma zamanı məlum olur ki, “XAN-2017” MMC təxminən 4 ay əvvəl – 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin fəaliyyəti barədə, o cümlədən, onun rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu haqqında internet resurslarında heç bir informasiya yoxdur. Beləliklə, dövlətin 3,7 milyon manatı cəmi 4 ay əvvəl yaradılan, heç bir iş təcrübəsi olmayan şirkətə verilib.

Başqa bir fakta diqqət çəkək: bu günlərdə məhkəməsi davam etdirilən Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov “Azəraqrartikinti” şirkətinə nə az, nə çox – 31 milyon manatlıq tenderlər verib. Dövlət Xidmətinin keçirdiyi əksər tenderlərin qalibi məhz bu şirkət olub.

Dövlət Turizm Agentliyi isə bu günlərdə “Daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyasının hazırlanması xidmətinin satın alınması tenderində” “Reprise Digital Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Həmin MMC-yə Dövlət Turizm Agentliyi 135 min 841 manat ödəyəcək. Qeyd edək ki, bu şirkət ötən il yaradılıb və cəmi 20 manat nizamnamə kapitalına malikdir.

Səhiyyə Nazirliyinin Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderdə isə “Palma İnşaat” və “Fərid İnşaat” firmaları qalıb gəlib. Onlara müvafiq olaraq 9,123 milyon manat və 6,945 milyon manat, ümumilikdə 16,068 milyon manat ödəniləcək. Bu şirkətlər nazirliyin əksər tenderlərində “qalib gəlirlər”.

Səhiyyə Nazirliyinin uzun illərdir tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi isə “Arash Medical Company”dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği bəlkə də yüz milyonlarla hesablana bilər.

Aydındır ki, bu tip şirkətlərin arxasında yüksək vəzifəli dövlət məmurları dayanır, onlar bu yolla büdcə vəsaitlərini mənimsəyirlər. Belə faktların sayı yüzlərlədir, amma təəssüf ki, dövlətin maliyyə nəzarəti qurumları – Maliyyə Nazirliyi, Hesablama Palatası böyük miqyaslı korrupsiya əməliyyatları ilə bağlı ciddi tədbirlər görmür. Hüquq-mühafizə orqanları da mediada dərc olunan faktlara laqeyd yanaşır. Yalnız hansısa icra başçısı, yüksək vəzifəli dövlət məmuru həbs ediləndə onların bu tip cinayətləri üzə çıxarılır.

Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, ölkədə irimiqyaslı korrupsiya hallarının baş verdiyi sahələrdən biri də tenderlərdir:

“Hesab edirəm ki, bu sahədə korrupsiya hallarının aradan qaldırılması üçün həm qanunvericilikdə dəyişikliklər edilməli, həm də qanunların tətbiqinə dövlət və ictimai nəzarət gücləndirilməlidir”.

Hüquqşünas qeyd etdi ki, hazırda “Dövlət satınalmaları haqqında” qanun və digər müvafiq normativ hüquqi aktlar dövlət satınalmaları sahəsində münasibətləri ümumən tənzimləmək üçün yetərlidir:

“Lakin bu normativ hüquqi aktlar tender komissiyalarının təşkili, tenderlərin şərtləri, keçirilməsi və nəticələrinin obyektivliyi ilə bağlı məsələlərdə ədalətin, qanuniliyin və şəffaflığın təmin olunmasına real hüquqi təminatlar yarada bilmir. Ona görə də həmin normativ hüquqi aktlarda kompleks şəkildə qeyd edilən məsələlər üzrə təkmilləşdirmələr aparılmalıdır. Bununla yanaşı, dövlət satınalmalarında qanunvericiliyin düzgün və birmənalı tətbiqinə dövlət və ictimai nəzarət təmin edilməlidir. Bunun üçün tenderlərin keçirilməsi və nəticələri müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən monitorinq olunmalıdır”.

H. Həsənov əlavə etdi ki, tenderlərin qalibləri, niyə məhz həmin qurumun qalib seçilməsi barədə məlumatlar insanlar üçün əlçatan olmalı, tenderlərin nəticələrinə dair geniş ictimai məlumatlandırma aparılmalıdır:

“Bunlardan əlavə, tenderlərin qanunvericiliyin tələblərinə uyğun keçirilməməsinə, prosesin şəffaf aparılmamasına və tenderlərə kənar müdaxilələrə görə məsuliyyət tədbirləri də gücləndirilməli və sərtləşdirilməlidir. Beləliklə, hesab edirəm ki, dövlət satınalmaları sahəsində korrupsiya hallarının aradan qaldırılmasına belə bir kompleks yanaşma olarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru