Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                 

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb - Üç nazirə şok müraciət
Tarix: 6-10-2021, 08:49 | Çap et
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda “Yeni Müsavat”ın ötən sayında yazmışdıq.

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.

Reyder dəstəsinin dövlət torpağına gecə hücumu

Qurban Məmmədovun personası mətbuatın gündəminə sonuncu dəfə Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumundan sonra gəlib. Belə ki, 2021-ci il aprelin 1-də Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv ediblər. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya Nazirliyi əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Ötən 6 ay ərzində Nərimanov Rayon Prokurorluğu “yaşıl terror”la bağlı hər hansı bir addım atmayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Qurban Məmmədov bu ilin aprelində zəbtinə cəhd olunan dövlət torpağında olarkən İTV, Xəzər TV kameraları qarşısında müsahibə verib. Əlindəki kağızları göstərməklə həmin torpağa aid sənədi olduğunu və 2008-ci ildən torpağın onlara verildiyini israrla deyir.

Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən kiçik sahibkarların iş yeri önündədir. Kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov mətbuat nümayəndələrinə göstərib 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd, ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş 1121069551 qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısıda baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasına əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir. Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb. Kiçik sahibkarlar isə sual edirlər: “Necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib? Və növbəti sualı verirlər: ”Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb. Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?"

Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?

Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir: “Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb. 646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanov rayonuna aid edilib. Nərimanov Məhkəməsi iddianın Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib baxılmamış saxladı. İddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. 23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov Məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb! Çünki 646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadrat metr torpaq ayırılması haqdadır".

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar deyirlər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Qurban Məmmədov 1 ildən artıqdır ki, ”Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi üzvləri ilə birgə ərazini zəbt etməyə çalışır, tez-tez reyder hücumlarına baş vururlar. 2020-ci ildə Ordumuz Qarabağda torpaqlarımızı düşməndən təmizlədiyi günlərdə Qurban Məmmədov başının dəstəsi ilə birgə bizim iş yerimizin qarşısına hücuma keçmişdi. Onlar dövlət rəhbərliyinin diqqətinin Qarabağdakı döyüş əməliyyatlarına cəmləndiyini bilib zamanı cinayət əməllərinin gerçəkləşməsi üçün ideal bilmişdilər. Zor gücünə, saxta əlilləri qabağa verməklə reyder hücumunu başa çatdırmağa çalışırdılar. Bu ilin aprelində sonuncu hücumları zamanı kiçik sahibkar Anar Dəmirovu döyüb ağır bədən xəsarəti yetirdilər. Anar Dəmirov ağır vəziyyətdə xəstəxanaya aparıldı. Lakin bu günə qədər bu cinayəti törədənlər cəzalandırılmayıb. Şikayət edirik, Qurban Məmmədov, makler Yusif Allahvrdiyev deyirlər ki, özünüzü yormayın, hamıya iş görmüşük, bizim arxamızda dayanacaqlar. Ad da çəkirlər - Nərimanov icra hakimiyyətinin başçı müavini İradə Mahmudovanın, onun xalası qızının gəlini olan Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, nöqsanlara görə cənab nazir tərəfindən yenicə işdən çıxarılan 17-ci polis bölməsinin rəisi İltimas Əsgərovun, onun müavini Ramalın, Əmlak Komitəsi rəhbərliyini arxa-dayaq bilirlər.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Buna baxmayaraq, Qurban Məmmədov dövlət torpağını, iş yerimizin qarşını zəbt etmək üçün havadarlarının dəstəyi ilə, başının dəstəsi ilə birgə dəfələrlə əraziyə hücum edib qanunsuz hərəkətlər ediblər. Biz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətlər etmişik. Abdin müəllim bizə məktub yazaraq bildirib ki, Qurban Məmmədovun zəbtinə çalışdığı torpaq dövlətə məxsusdur və kimsəyə ayrıla bilməz. “Magistral Ekspress” ASC-nin üzvləri olaraq daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə də rəsmi müraciət ünvanlamışıq. Həmin müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı hər iki sərəncamını - əslini və Qurban Məmmədovun xeyrinə saxtalaşdırılmışını da əlavə edib araşdırılmasını xahiş etmişik. Ümid edirik ki, müraciətimizə tezliklə baxılacaq. Rəsmi sənədi saxtalaşdıran, həmin sənədi Əmlak Komitəsinə təqdim edən cinayətkar tez bir zamanda cəzalandırılacaq" - deyə “Magistral Ekspess” ASC-nin üzvləri bildiriblər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru