Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                 

İmişlidə vətəndaş ACINACAQLI DURUMDA... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 19-11-2021, 10:18 | Çap et
İmişlidə vətəndaş ACINACAQLI DURUMDA...
Yayda uşaqlarını ağcaqanaddan qorumaq üçün pəncərəsiz evinin içində təzək yandırır. Qışda da soyuq olmasın deyə pəncərələrə sellofan tutur. Beləcə yola verir fəsilləri, illəri…

İmişli sakini Səma Kazımovanın 28 yaşı var. 4 uşağına tək baxan Səmanın deməsinə görə, həyat ona ancaq pis üzünü göstərib:

“Vallah, bir gün üzüm gülməyib, yadıma elə gün gəlmir ki, doyunca yeyib qalxım süfrədən. Kasıb ailədə doğulmuşam, erkən ailə qurmuşam. Dedim, bəlkə ailə qurub bir gün görərəm, o da belə… Deyirəm də, mənimki lap əvvəldən gətirməyib”.

Səma ötən il həyat yoldaşından da boşanıb. İndi 4 uşağını tək böyütməlidir:

“Yola getmirdik, ailəyə baxmırdı, üstəlik, günüm qara idi. İndi 4 uşaq da qaldı boynumda. Mən özünü dolandıra bilməyən adamam, indi öhdəmdə 4 nəfər də var. Keçmiş yoldaşım ayda 100 manat aliment verir.

Deyir ki, imkanı ancaq buna çatır. Onunla ailə dolandırmaq olar?”

Səmanın övladlarının üçü oğlan, biri qızdır. Deyir ki, oğlanlardan ikisinin nitq qüsuru var, danışa bilmirlər. Buna baxmayaraq, hökumət onlardan birinə pensiya kəsib, digərinə yox:

“Dedilər ki, danışacaq. Üstündən 3 il keçib, hələ bir kəliməsini eşitməmişik. Əslində deyəndə sevindim, uşağın danışması daha yaxşıdır mənim üçün. Hətta qonşulara da dedim. Düşündüm ki, bu kostyumlu adamlardan çox bilməyəcəm ki. Hamısı oxumuş insanlardır, yəqin dili açılacaq. Sən demə, 200 manat verməməyin dərdi imiş. Elə bil öz ciblərindən çıxır. Kiçik oğlum körpədir, Allaha dua edirəm ki, eyni problem onda da olmasın. Qızım normaldır, şükür. Üstəlik, dərslərini də çox yaxşı oxuyur, sinif nümayəndəsidir. Di gəl, bəzən məktəbə göndərə bilmirəm. Nə normal geyimi var, nə də dərs ləvazimatları”.

Səma Kazımovanın sözlərinə görə, 5 nəfərlik ailənin aylıq gəliri 300 manatdır. 100 manat aliment, 200 manat uşaqlardan birinin pensiyası:

“Onunla necə dolanaq? Ərzaq alaq, pəncərəsiz evi isidək? Geyimə, yoxsa təhsilə verək? Dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətində qəbulda oluşam. Bu problemlərin hamısını onlara da bildirmişəm, kömək istəmişəm. Mənə “niyə bu qədər uşağı dünyaya gətirirdin?” – cavabını veriblər. Mən uşaq dünyaya gətirib küçəyə atmamışam ki… Sadəcə kasıbam, çətinlik çəkirəm deyə, kömək istəyirəm”.

Evinin nəmli divarlarını, döşəməsini göstərir. “Burada uşaq böyütmək günahdır”, – deyir. Ancaq başqa çarəsi də yoxdur:

“Hardandır məndə ev alacaq, kirayə tutacaq pul? Yağışda hətta evin tavanından su damır. Paltarlarımızdan belə nəm qoxusu gəlir. Yerdə yatmaqdan belimiz ağrıyır. Bəs mən bu evdə vətənə 3 oğul böyüdürəm axı. Müharibə etdilər, o torpaqları bunlar kimi oğullar almadımı? Həmin oğullar vətən uğrunda şəhid olmadımı? İndi ayda 200 manatlıq pensiyanı qıymırlar həmin uşağa”.

Səma Kazımova bir neçə dəfə ünvanlı sosial yardıma müraciət etmək istəyib. Ancaq tələb olunan sənədləri tam düzəldib başa çatdıra bilməyib:

“Müraciət etmək istədim, bir xeyli sənəd istədilər. Başım çıxmır, o da qaldı yarımçıq. Nə də imkanım yoxdur ki, birinə 5-10 manat verim, mənə kömək etsin. Nə deyim, nazirlər televizorda fərəhlə Azərbaycanda hamının yaxşı yaşadığını deyirlər. Halbuki bizimki heç yaşamaq sayılmaz, mən buna sürünmək də demirəm. Bu, ölməkdir, amma basdıranımız yoxdur”.

Səma Kazımova deyir ki, indiyədək dəfə də hökumətdən kömək görməyib:

“Sağ olsunlar, nə edib, yaxşı insanlar edib. Mən savadsızam, ancaq bilirəm ki, əslində bizim kimi ailələrə hökumət yardım etməlidir. Di gəl, bizi Allah ümidinə buraxıblar”.

İmişli Rayon İcra Hakimiyyətindən yardım üçün Sosial Müdafiə Fonduna müraciət etməyin lazım olduğunu bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, bəli, ünvanlı sosial yardıma müraciət üçün müəyyən sənədlər tələb edilir. Ancaq bu şərtləri onlar qoymayıblar, dövlətin tələbidir:

“Onlar həqiqətən bilməlidirlər, bu insanın vəziyyəti necədir. Ona yardım düşür, yoxsa yox. Bu baxımdan həmin sənədlər vacibdir. Yəni biz həmin adamın yerinə o sənədləri toplaya bilmərik. Maksimum mərkəzə müraciət edənləri hansı sənədlərin lazım olması ilə bağlı yönləndirə bilərik. Prosesin qalanı elektron həyata keçirilir. Vətəndaş elektron qaydada yardım üçün müraciət edir, əgər ona yardım düşürsə, cavab da, kart da özünə gəlir. Bizlik iş deyil”.

Fonddan əllərindən gələn köməyi etməyə hazır olduqlarını da bildiriblər:

“Gəlsin, hansı sənədlər lazımdır, onları haradan əldə edə bilər, izah edək”.

Azərbaycanda yoxsul yaşayan əhalinin sayı ilbəil artır. Ancaq onların hamısı ünvanlı sosial yardım almır. Məsələn, rəsmi rəqəmlər 2019-cu ildə ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb.

Ancaq dövlət rəsmiləri daim açıqlamalarında Azərbaycanda ilbəil yoxsul yaşayan əhali sayının azaldığını bildirir.

Hətta o dövrdə Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə Azərbaycanda bircə nəfər də yoxsul qalmayacaq:

“Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

Müstəqil ekspertlər və beynəlxalq təşkilatların hesabatları isə əksini deyir. Məsələn, Dünya Bankı 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı 4,8 faizdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı.
//gozetci.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru