Qəddar düşmənə qalib gələn Qazilərimizi məmurlar necə məğlub edir... - FAKT BUDUR!
Tarix: 22-12-2021, 12:56 | Çap et
 21 dekabr tarixində Ucar rayonu Xələc kənd sakinləri, Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən daxil olmuş müraciətlə bağlı xəbər dərc etmişdik. Xəbərdə bildirilir ki, 19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Bizimyol.info-ya açıqlama verərək bildirib ki, Vətən müharibəsi iştirakçıları, Ucar rayonu, Xələc kənd sakinləri Əkbər Məhərrəmov və Həsən Cəfərovun müraciəti ilə bağlı hər iki şəxslə 19 saylı Ərazi məşğulluq filialı tərəfindən görüşülüb.
“Ə.Məhərrəmov gözətçi və ya mühafizəçi işi ilə təmin olunmaq istədiyini bildirib. Vətəndaşın müraciətinə əsasən ona yanacaqdoldurma məntəqəsində mühafizəçi işi təklif edilib və işəgotürənlə görüşməsi üçün yönləndirilib.
Digər vətəndaş, H.Cəfərova da məşğulluq tədbirləri barədə məlumat verilib. Vətəndaş iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. Proqram üçün qeydiyyatı aparılıb və növbəlilik reyestrinə daxil edilib.
Hər iki vətəndaş ərazi məşğulluq filialından narazılıqlarının olmadığını, onlar haqqında bəzi saytlarda və sosial şəbəkə hesablarında paylaşılan məlumatlardan xəbərsiz olduqlarını və fikirlərinin təhrif olunduğunu bildiriblər”.
P.S. Problemin həllinə görə Qaziləri təbrik edirik. Amma Mayis Musayevin sonuncu cümləsinin üstündən sükutla keçməyimiz mümkün deyil. Bəlkə də Qazilər dedikləri sözləri danmayıblar, bəlkə də vəzifəli şəxs onların adından yalan danışır. Amma qeyd etməliyik ki, adıçəkilən şəxslərin bizə şikayət məktubu daxil olub, məktuba onların telefon nömrələri, şəxsiyyət vəsiqələri və hərbi biletlərinin surətləri də əlavə edilib. Üstləik, biz, məşhur filmdə deyildiyi kimi, Nuriyevlərin "heç daxmasını da tanımırıq". Belə çıxır ki, iş-gücümüzü atıb hansısa ucqar kənd sakinlərinin kimliyini müəyyən etmişik, sonra "kəşfiyyat aparıb" onların Məşğulluq Mərkəzinə müraciət etdiklərini öyrənmişik, sonra "gizli" şəkildə evlərinə girib şəxsiyyət vəziqələri və hərbi biletlərini götürmüşük, gecə ikən onların surətini çıxarmışıq, sonra o sənədləri təzədən gizli yollarla qaytarıb onların evinə qoymuşuq, onların poçt ünvanını ələ keçirib oradan bütün bu materialları öz poçtumuza göndərmişik və "uydurma" bir material yazmışıq? Mayis Musayev sonuncu cümləni yazarkən yadına "absurd" sözü düşmədimi? Əgər doğrudan da Qazilər öz şikayətlərini danıblarsa, bu çox acınacaqlı durumdur. Qazilərin problemini onları alçaltmadan, öz sözlərini danmağa məcbur etmədən yoluna qoymaq olmazdımı? Biz vicdanlı media əməkdaşları olaraq onların şikayətini işıqlandırdıq, problemləri həll olundu və indi bizi özümüzdən "şikayət uydurmaqda" ittiham edirlər. Mənzərəni təsəvvür edin: Şikayət dərc olunur, Mayis Musayev Qaziləri çağırır və deyir ki, sizə can yandıran jurnalistlərə hücum çəkin, onları yalan yazmaqda ittiham edin və biz də sizi işə düzəldək. Ayıb deyilmi? Bunu edən məmur bu Qazilərə, bu xalqa hansı ölçüdə pislik etdiyinin fərqindədirmi?.. Qazinin ağır sosial vəziyyətindən istifadə edib onu aşağılamağa nə ad verək? Təəssüf ki, ən qəddar düşmənə qalib gələn Qazilərimizi Elşən və Samir Nuriyevlər kimi məmurlar çörəklə imtahana çəkib məğlub edirlər.
P.P.S. "Bizim Yol"un ünvanına deyilən bu böhtanla bağlı araşdırmamız davam edəcək. Nəticəsi barədə oxuculara əlavə məlumat verəcəyik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|