Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                 

Milyonlarla bank kredit hesabına qurulan zavod niyə xarici investora verildi? - ARAŞDIRMA
Tarix: 1-02-2022, 09:27 | Çap et
Milyonlarla bank kredit hesabına qurulan zavod niyə xarici investora verildi?
2021-ci il dekabr ayının 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının (3.8 milyon manat dəyərində) satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub. Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Bu barədə ətraflı bir qədər sonra… Əsası 2006-ci ildə qoyulmuş Şəki şərab zavodu Şəki rayonu, Çələbixan qəsəbəsində 0.29304 ha torpaq sahəsində yerləşir. Zavod Azərbaycan Beynəlxalq Bankının (ABB) krediti ilə qurulan 40-a yaxın müəssisədən biridir.

Qurumun internet saytında yerləşdirilən məlumata görə müəssisənin əsas istehsal sahəsi 1847.17 mВІ,köməkçi sahə isə 910mВІ ibarətdir. Ərazidə inzibati bina, qablaşdırma sexi, istehsal sexi, üzüm qəbulu sexi ,tərəzi binası, gözətçi binası, qonaq evi, idarə binası,nasos binası və s. yardımçı binalar yerləşir. Müəssisənin illik istehsal gücü 3000 ton üzüm email təşkil edib. İllik şərabı materialı istehsal gücü 200.000 dekalitrdir ki, bu da 2660000 şüşə üzüm şərabı istehsalı deməkdir. Zavodda iki ədəd ağ və qırmızı üzüm emalı üçün, bir ədəd elit şərabların istehsalı üçün müasir üzüm qəbulu xətti var. Bundan əlavə fermentləmə, qıcqırma (ağ və qırmızı üsulla), texnoloji emal və kupaj sexləri yaradılıb. Şərabın soyuq emalı sexi tam avtomatlaşdırılıb. Zavodda xeyli növdə -Saperavi, Caberne, Şiraz, Merlo, Şardone, Sovinyon blank, Muskat üzüm qəbul olunub. Bu üzümün emalından 50000 dal şərab materialı istehsal edilib. Zavod şərab emalı üçün ən yüksək keyfiyyətli, müasir dövrlə ayaqlaşan İtaliyanın ən məşhur markası olan “Della Toffola” avadanlıqları ilə təchiz olunub. Qeyd edək ki, sözgedən müəssisə 2015-ci ildə ABB-də baş verən hadisələrdən sonra götürülən kreditləri qaytara bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ABB-nin balansından çıxarılaraq “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına verilib. Beləliklə Bankın 2016-cı il yanvarın 1-nə 5 628,923 mln. manat həcmində problemli kreditləri “Aqrarkreti” QSC-yə ötürülüb.

Təxminən iki il sonra bir sıra müəssiələrlə yanaşı – “ASK Şəki Şərab” zovodu da Prezidentin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılmış “Azərbaycan Sənaye Korporasiyası (ASK)” ASC-nin tərkibinə verilib. 01 mart 2018-ci il tarixində müəssisə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində “ASK Şəki Şərab” MMC adı ilə dövlət qeydiyyatından keçirilib. Öytən 4 il müddətində müəssisənin fəaliyyətində ciddi inkişaf qeydə alınmayıb, əksinə, zovod yüksək keyfiyyətli texnologiyalarla təchiz olunsa da, istehsal gücünün 20 faizi civarında işləyə bilməyib.

Bu tənəzzül ASK-nin İdarə Heyətinin sədri Kamran Nəbizadənin 2019-cu ilin noyabrında verdiyi müsahibədə də görmək mümkündür. Nəbizadə bildirib ki, məqsədlərindən biri istehsal olunan şərabların keyfiyyətinin dünya bazarlarının tələblərinə, müasir standartlara uyğunluğunu təmin etməklə mövcud bazarlarda öz payını əhəmiyyətli dərəcədə artıra bilməkdir:

“Son bir il ərzində “ASK Şəki Şərab” zavodu istehsal etdiyi şərabların daxili və xarici bazarlarda satışını həyata keçirib. Bu günlərdə zavodun məhsullarının qədim şərabçılıq ənənələri olan İspaniyaya tədarük olunması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Barselonaya ayda 100 min şüşə şərab göndərilməsi nəzərdə tutulur. Daha bir razılaşma Rusiya Federasiyası ilə əldə olunub və yaxın aylarda məhsulların ilk partiyası bu ölkəyə tədarük ediləcək. Zavod belaruslu tərəfdaşlarla da danışıqlar aparır və ilin sonunadək məhsullarımız həmin ölkənin də bazarına çıxarılacaq. Zavod Belçika, Çin və Qazaxıstana da şərab ixracını təşkil etməyi nəzərdə tutur. İstehsal olunan şərabların nümunələri artıq bu ölkələrə göndərilib və yüksək qiymətləndirilib. Yaxın gələcəkdə həmin ölkələrin şirkətləri ilə müqavilələrin bağlanılması planlaşdırılır…”

Beləliklə, K.Nəbizadənin dedikləri ancaq gələcəkdə qeyri-müəyyən zaman kəsiyində həyata keçirləcək məqsədlərdən ibarətdir. O, “Şəki Şərab” zavodunun ASK-nin tabeliyində olduğu dövrdə parlaq uğurularından misal gətirə bilməyib. ASK-nin tabeliyi dövründə onun qanuni təmsilçisi Həsənov Vidadi Cəmil oğlu olub. Nizamnamə kapitalı isə 5527554.00 manat təşkil edib. İndi qayıdaq “Şəki Şərab” MMC-nin Rusiya Federasiyasına məxsusus “Abrau-Durso” PSC şirkətin Azərbaycandakı törəmə müəssisi “AzAbrau” MMC-yə satılmasına.

Qeyd edək ki, bu müəssisə dövlət qurumlarına kifayət qədər borclu olub. Belə ki, müəssisənin nizamnamə kapitalı 4 500 000 manat, öhdəlikləri 535 744 manat, debitor borcları 233 245 manat təşkil edir. Cəmiyyət haqqında məlumat (01 noyabr 2021-ci il tarixinə)

Hüquqi ünvanı: Şəki rayonu, Çələbixan qəsəbəsi

Əsas fəaliyyət növü: Üzümdən şərab istehsalı və satışı

Nizamnamə kapitalı: 4 500 000 (dörd milyon beş yüz min) manat

Əhatə etdiyi sahə və tikililərin xarakteristikası: cəmiyyətin Texniki pasportunda göstərilmişdir

Cəmiyyətin digər müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

Cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş

Ştat üzrə işçilərin sayı: 31 nəfər

Cəmiyyətin öhdəlikləri: 535 744 (beş yüz otuz beş min yeddi yüz qırx dörd) manat o cümlədən,

– dövlət büdcəsinə olan borclar 40 467 (qırx min dörd yüz altmış yeddi) manat

– DSMF-yə olan borclar 16 397 (on altı min üç yüz doxsan yeddi) manat – əmək haqqı və ona bərabər tutulan borclar 36 856 (otuz altı min səkkiz yüz əlli altı) manat –

sair borclar 442 024 (dörd yüz qırx iki min iyirmi dörd) manat

Debitor borcları: 233 245 (iki yüz otuz üç min iki yüz qırx beş) manat

Dekabrın 27-də bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1.920.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4.500.000 manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535.000 manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin etməlidir.

“AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. “Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.

“Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov imzalanma mərasimindən sonra deyib:

“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”.

Böyük şərabçılıq və biznes təcrübəsinə malik “Abrau-Durso” PSC şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 mln. butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları var”.

Dövlət Vergi Xidmətinin informasiya bazasından əldə etdiyimiz məlumata görə, “AzAbrau” MMC-nin qanuni təmsilçisi Alexander Kharthırov Alekseyeviçdir, nizamnamə kapitalı 16.1000 min manatdır. “Şəki Şərab” MMC-dən aldığımız məlumata görə zavod rusların gəlişini gözləyir. “İmzalanan müqaviləyə görə milyonlarla manat investisiya yatırılacaq, yeni istehsal sahələri, məhsul çeşidləri yaradılacaq. Hazırda müəssisədə vəziyyət yaxşı deyil, ancaq bəzi məhsullardan şərab materialı istehsal olunur. Ayın sonlarına qədər müəssisənin yeni sahibləri gələcək, daha sonra işə başlayacaqlar. Bəlkə o zaman yeni işçilər götürülə və avadanlıqalrdan istifadə edilə”,-deyə adının çəkilməsini istəməyən zavod işçisi deyib.

Gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru