Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                 

Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu – Layihə hazırlamağa bir milyona yaxın vəsait alacaqlar
Tarix: 8-04-2022, 12:51 | Çap et
Zaur Mikayılovun işçisi də tenderdə “qalib” oldu
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti keçirmiş olduğu iki tenderin nəticələri barədə 07.04.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlama verib.

Köhnə Xan qızı və P-O kaВ­nallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 900 009.6 manat məbləğində satınalma müqaviləsini “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

Qızlıq kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının(TİƏ) və layihə sənədlərinin hazırlanması üzrə 415 714 manat məbləğində satınalma müqaviləsini “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığını elan etmişdir.

İkinci tenderin qalibi,”PRO TECHNİCAL CONSULTİNG” MMC-nin barəsində açıq mənbələrdə geniş bir məlumat görsənmir. MMC-nin veb saytında isə bildirilir ki, hər növ layihələndirmə, texniki məsləhət işlərinə lisenziyası olan aparıcı mühəndislik, layihələndirmə və texniki məsləhətçi şirkətdir. Şirkətin Bakıda, Azərbaycanın müxtəlif regionlarında, eləcə də xarici ölkələrdə: Səudiyyə Ərəbistanı, BƏƏ – Dubayda fəaliyyət gostərdiyi bildirilir. Daha çox yaşayış binalarının layihələndirilməsi üzrə ixtisaslaşması görsənir. Məlum olan odur ki, MMC qalib elan olunduğu bu tenderdən bir gün əvvəl, bu qurum tərəfində keçirilmiş və 06.04.2022-ci il tarixdə açıqladığı 591 298 manat məbləğində daha bir tenderin qalibi olub. 2021-ci ildə isə Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş 263 917 manat məbləğində 3 tenderin qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PRO TECHNİCAL CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.04.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 71, m. 21, qanuni təmsilçisinin isə Hacıyev Bəxtiyar Vahid oğlu olduğu göstərilir.

Keçək Köhnə Xan qızı və P-O kaВ­nallarının layihə sənədlərinin hazırlanmasına. Torpaq məcrada tikilmiş bu kanalın uzunluğu 64,5 km-dir. Yenidənqurma layhəsinin hazırlanmasına isə nə az, nə də çox, bir milyon manata yaxın vəsait ayrılıb. Bu günə qədər Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilmiş cəmi bir tenderin qalibi olan bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 04.08.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 39, m. 55, qanuni təmsilçisinin isə Sultanov Akif Qara oğlu olduğu göstərilir.

Sultanov Akif Qara oğlu kimdir?

Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə 15 may 2013-cü il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuş bir şəxs.

Bu şəxsin konkret olaraq “Azdövsutəslayihə” İnstitutunun işçisidir. Həm də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində sədri Zaur Mikayılov olan Elmi-Texniki Şuranın üzvüdür. Bu şəxsin oğlu Sultanov Nicat Akif oğlu isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “İnformasiya, idarəetmə sisteminin inkişafı” sektorunun müdiridir. Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov da “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində Elmi-Texniki Şuranın üzvüdür.

Bu isə o deməkdir ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender Komissiyası satınalma müqaviləsini rəhbərliklə daim təmasda olan, bəlkə də hər gün bir yerdə yeyib, içdikləri Akif Sultanova məxsus MMC ilə bağlayıb.

Amma qanun nə deyir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi deyir ki, Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir;

Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:

Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;

Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.

Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.

Göründüyü kimi Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin qalib elan etdiyi “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, yaxud da direktoru Akif Sultanov tenderi keçirən qurumun, yəni “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsidir və asılılığı var.

Bəs necə olur ki, Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Tender Komissiyası birdən-birə “MELİORATOR-LAYİHƏ-TƏDQİQAT” MMC-ni qalib seçir. Axı bu qurumun indiyə qədər həyata keçirdiyi layihələri “Azdövsutəslayihə” İnstitutunun hazırlamışdır. Hansı ki, bu İnstitut 2022-ci ilin təkcə fevral ayında TİƏ-nin hazırlanması və layihələndirmənin həyata keçirilməsi üzrə ümumi olaraq 3 773 494 manat məbləğində 4 tenderin qalibi olub. Nə oldu ki, bu dəfə qalib “Azdövsutəslayihə” İnstitutu deyil, onun əməkdaşına məxsus MMC oldu? Bəlkə elə bu MMC-ni də “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayev yaradıb? Gözdən pərdə asmaq üçün işçisinin adına.

Axı ölkə Prezidenti İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Xatırladaq ki, Prezident İlham Əliyevin irad tutduğu səmərəsiz layihələrin kimlər tərəfindən irəli sürülürməsi, bu layihələrin kimlər tərəfindən hazıırlanması barədə elə həmin dövrdə yazmışdıq və qeyd etmişdik ki, layihələr birbaşa “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən hazırlanır. Hazırlanan bu layihələrin səmərəli olmadığını ölkə başçısı da açıqladı. Amma…

Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin belə faydasız layihələrdən qazanc əldə etməsi bu gün heç kimə sirr deyil. Bu qazancın səsi Avropanın bir çox ölkələrindən, müxtəlif şəhərlərindən gəlməkdıdir. Görsənən odur ki, yeni sədr Zaur Mikayılov da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri kimi varlanmaq eşqinə düşüb. Nə çoxdu Səhmdar Cəmiyyətin pul çıxarmalı qurumları. Amma yeni sədr ən rahat yolunu tapıb. Elə Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru, keçmiş sədrin ən yaxın adamlarından olan Ramiz Vəkilovla, “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayevlə işbirliyi qurmaq daha rahat və əlverişlidi. Onlar buradan asan qazanc əldə etməyin yolunu yaxşı bilirlər. Belə olmasaydı Zaur Mikayılovun işçisi özlərinin keçirdiyi tenderdə necə qalib ola bilərdi. Şübhələnməyə əsas var, deyilmi?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru