“Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                 

Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Tarix: 18-05-2024, 08:20 | Çap et
Sabunçuda nə qanun var... nə qayda...
"DogruXeber.az" bildirir ki, biz Sabunçu rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin aylardır davam etdirdiyi bu "köhnəlmiş əyləncə"yə həm "tamaşa edirik", həm də ictimailəşməsi üçün "informasiya dəstəyi göstəririk". Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumların rəhbərləri belə rəhbərlik etdikləri qurumların qanunazidd fəaliyyəti barəsində məlumatlarımıza sadəcə oxucu, baş verənlərə isə "tamaşaçı"dırlar.

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Sayını artıq itirdiyimiz üçün, dəqiq sayını deyə bilmirik, amma, aylardır Sabunçu rayon Sabunçu qəsəbəsində Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə qanunsuz olaraq, üç mərtəbəli iaşə obyektinin tikintisinin aparıldığı barəsində məlumatları yayımlamaqla bərabər, yuxarıda adlarını qeyd etdiyimiz bütün aidiyyatı dövlət qurumlarına sorğu şəklində göndərmişik.
Amma, çi fayda..

Nə rayon rəhbəri Adil Vəliyev, nə də digər qurumlar məsələyə adil yanaşmırlar ki, yanaşmırlar. Əksinə, məsuliyyəti "pas-pas topu" kimi bir-birinə ötürməklə bizi yoraraq, susdurmağa çalışdılar.

Sabunçu rayon İcra Hakimiyyəti deyir, 2023-cü ilin 30 dekabr tarixində qanunsuz olduğunu aşkar edib, tədbir görülməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə göndərmişik.

Şəhərsalma deyir, "Sabunçu rayon İcra Hakimiyyətinə göndərmişik".

Əmlak məsələləri Dövlət Xidməti deyir, "Daxili İşlər Nazirliyinə göndərmişik".

FHN isə deyir, "Bizə bu barədə müvafiq icra hakimiyyəti tərəfindən hər hansı məlumat daxil olmamışdır."

O, zaman biz də bu "əyləncə"ni belə davam etdirək, "Ya bundadır, ya bunda..."
Görək axırda kimdə qalacaq ?!

Bəli, adlarını çəkdiyimiz bu 4 qurumun sayəsində bu gün ölkə ərazisində aidiyyatı olan-olmayan, hətta, sahibi üçün təhlükəli olan ərazilərdə belə tikintilər var.

Adil Vəliyevin bu sahədəki "həssaslığ"ını rəhbərlik etdiyi rayonun bir çox ərazilərində aparılan qanunsuz tikintilərdən anlamaq çətin deyil. Hər halda, o qədər işlərdən icra hakimiyyətinin xəbərsiz olduğunu düşünmək, tərəfimizdən "cahillik" olar.
ARXKOM rəhbəri Anar Quliyevin də laqeyd yanaşmasının səbəbi hamıya gün kimi aydındır. Mütləqdir ki, hər kəs ömründə bircə dəfə də olsa tikinti aparıb və Anar Quliyevin səlahiyyətli işçilərini razı salmağın yollarını yaxşı bilir.

Əmlak Məsələləri Dövlət Xidmətinə gəldikdə isə, adındakı "xidmət" sözünün bu quruma nə qədər yad olduğunu Şamaxı rayonunun Böyük Xınıslı, Saatlı rayonunun Mollavazlı, Cəlilabad rayonunun bir neçə kəndlərində, Xocavənd rayonunda, eləcə də Sabunçunun Kürdəxanı, Binəqədinin Xocahəsən, Qaradağın Ələt qəsəbələri, (bu siyahını böyüdə bilərik) və ümumiyyətlə ölkənin çox ərazilərində illərdir hər gün şahidi oluruq.
FHN-nin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Sabunçu qəsəbəsində, Qambay Vəzirov küçəsindəki sağında aktiv neft quyusu, solunda quru qamışlıq, məişət tullantıları - bir sözlə yanğın təhlükəsinin gözlənilən olduğu üç mərtəbəli iaşə obyektinin tikintisinə bu qədər rahatlıqla göz yummasını anlamaq doğrusu çox çətindir. Çünki, burda artıq, insanların həyatından söhbət gedir.

O, iaşə obyekti ki, birinci mərtəbəsində avtoyuma məntəqəsi fəaliyyət göstərir, ikinci və üçüncü mərtəbələrinin isə mərasim evi kimi fəaliyyət göstərəcəyi deyilir.

Yeməklər bişiriləcək, çaylar hazırlanacaq...

Bəs "nefti yanında, odu özündə" olan bu qanunsuz iaşə obyektində hər hansı bir bədbəxt hadisə baş verərsə, buna görə kim məsuliyyət daşıyır?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır...

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru