Möhbalıyevlə 30 ildir əlbir olan müavinlər və maliyyə rəisi kimlərdir? – Foto/Araşdırma
Tarix: 17-09-2024, 11:21 | Çap et
 Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postundan gedişindən sonra geridə qalan bu illər ərzində onun yol verdiyi maliyyə maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparılması gözlənilir. Təbii ki, 30 ildən artıq müddətdə Səttar Möhbalıyev bu yeyintiləri təkbaşına həyata keçirə bilməzdi. Ona bu işdə, bu mənimsəmələrdə həm də komandası dəstək olub və bu proseslərdə iştirak ediblər. İndisə AHİK-də sədr dəyişsə də, sözügedən şəxslər vəzifələrində qalmaqdadırlar. Söhbət AHİK-də sədr müavini və digər postlarda olanlardan gedir.

Tribunainfo.az xəbər verir ki, onlardan biri AHİK-in maliyyə şöbəsinin müdiri Qalib Ataş oğlu Qəribovdur. O, 1983-cü ildən Azərbaycan Həmkarlar İttifaqları sistemində çalışır. 1993-cü ildən AHİK-in maliyyə şöbəsinə rəhbərlik edir, 2006-cı ildən isə AHİK-in katibi-maliyyə şöbəsinin müdiridir.
Təsəvvür edin ki, qurumun maliyyə işlərinin kurasiyası 30 ildən çoxdur eyni şəxsdədir. Q.Qəribovun 1993-cü ildən bəri şəffaf işlədiyini söyləmək isə gülüş doğura bilər. Onun Möhbalıyevlə birgə maliyyə mənimsəmələrini icra etdikləri şübhə doğurmamalıdır. Ümumiyyətlə, bir şəxsin 30 ildən çox maliyyə şöbəsində olmasının özü belə bir anormallıqdır.

Ancaq təkcə Qəribovla Möhbalıyevin komandası məhdudlaşmır. Digər şəxslər isə müavinləri və birinci sədr müavinidir. Hazırda AHİK-də birinci müavin İlyas Əliyevdir. O, 1996-ci ildən sədr müavini olub. 1998-ci ildən isə birinci müavindir. 1998-ci ildən İlyas Əliyev AHİK-də müavin vəzifəsindədir. Ona görə onun da maliyyə maxinasiyalarına qarışmaması mümkün deyil və Möhbalıyevlə birlikdə bu işləri həyata keçirdikləri istisna deyil. Çünki 28 ildir bu vəzifədədir.

Digər müavin isə Aqil Dadaşovdur. Aqil Dadaşov da 1998-ci ildən müavin vəzifəsindədir və indiyə qədər eyni postda oturub. Və bu da suallar doğurur ki, niyə bu adamlar illər keçməsinə, Azərbaycanda nazirlər, vəzifəli şəxslər dəyişməsinə baxmayaraq hələ də vəzifədədirlər?!

Ondan geri qalmayan həmkarı – müavin Cavanşir Alxasovdur. O, 2001-ci ildən sədr müavinidir. Onun da Möhbalıyevlə sıx əlaqələrinin olduğu bildirilir. Müavinlərdən bol olan Möhbalıyevin başqa bir adamı isə Əbil Ağasıyevdir. 2018-ci ildə müavin vəzifəsinə təyin edilib. Hələ ki, ən az müavin postunda qalanlardandır. Digər müavin isə Hikmət Osmanovdur. H.Osmanov həm də I və II çağrış üzrə deputat olub. Eyni zamanda, 2005-ci ildən AHİK-də vəzifə tutur. 2021-ci ildən isə o müavin vəzifəsindədir. Bu şəxslər təbii ki, Möhbalıyevin komandası olub və uzun illər onunla birlikdə korrupsiya əməliyyatlarında iştirak ediblər. Bu səbəbdən də sual yaranır ki, bu qədər müavin Həmkarlar İttifaqında niyə lazım olub? Təbii ki, bu Möhbalıyevlə bağlı korrupsiya araşdırmaları aparılacaqsa, adıçəkilən müavinlərin də əməllərinin təftiş edilməsi mümkündür… Tərəflərin mövqeyini dinləməyə hazırıq.
Tribunainfo.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
|