Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                 

“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib” - deputat
Tarix: 30-12-2024, 00:13 | Çap et
“Qərbi azərbaycanlıların qayıtması Ermənistanda da müzakirə predmetinə çevrilib”
1920-ci ildən sonra Cənubi Qafqazın sovetləşməsindən istifadə edən ermənilər öz çirkin məqsədləri üçün sovet rejiminin köməyi ilə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR ərazisinə qatmaq adı ilə zəbt etməyi bacardılar.

Bunun ardınca düşünülmüş şəkildə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyası həyata keçirilməyə başlanıldı.

Erməni daşnaklar Qərbi Azərbaycan ərazisindən köçürülməni rəsmiləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarın qəbuluna nail oldular. Bu tarixdən əvvəl və sonra azərbaycanlıların öz tarixi yurd yerlərindən zorla çıxarılması xalqın faciəsinə çevrildi.

TNS-in mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov cavablandırıb.

- Hikmət müəllim, əvvəlcə istərdim ki, Qərbi Azərbaycan sakinlərinin öz doğma yurd-yuvasından çıxarılmasına xidmət edən cinayət tipli proseslərin hansı nəticələri doğurduğuna nəzər salaq...

- Qərbi Azərbaycanın, yəni indiki Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ermənilərin Cənubi Qafqazda dövlət yaratması üçün qərar qəbul edən siyasi mərkəzlər Azərbaycan ərazilərində süni Ermənistan dövləti qurmağı bacardılar. Ancaq hələ Ermənistan dövləti qurulmamışdan əvvəl azərbaycanlılara qarşı öz tarixi ərazilərində etnik təmizləmə siyasəti aparıldı. Ona görə ki, 1828-ci ildən sonra Şimali Azərbaycanda olan bütün xanlıqlar kimi İrəvan Xanlığı da Çar Rusiyası tərəfindən işğal edildi. Beləliklə, Çar Rusiyasının təzyiqi altında İrəvan və ətarfından azərbaycanlılar tədricən etnik təmizləmə siyasətinə məruz qaldılar. Bu proses Azərbaycan xalqına qarşı böyük cinayətlərlə müşahidə edildi. Əcdadımızın yaratdığı maddi-mədəni irsə, toponimlərə qarşı soyqırımı törədildi və nəhayət, 1918-ci ildə Ermənistan Respublikasının qurulması üçün yeni tarixi fürsət yaratdı.

Çox təəssüf ki, Çar Rusiyasının bu siyasətini Sovet Rusiyası da davam etdirdi. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın təqribən 20 min kvadrat kilometr ərazisi bu və ya digər şəkildə Ermənistana yenidən verildi. Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistana dövlət qurmaq üçün verdiyi ərazi cəmi 9 min kvadrat kilometrdir. Sovet dövründə isə ermənilərə verilən ərazi 20 min kvadrat kilometr oldu. Bu gün Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrdir.

- Bu ədalətsiz qərar nəticəsində nə qədər əhali həmin ərazilərdən köçürüldü?

- Təbii ki, baş verənlər sadəcə ərazi məsələsi deyil. Eyni zamanda, bu ərazidə yaşayan insanların, ailələrin faciəsi oldu. Mərhələli şəkildə, 1918-20-ci, 1947-53-cü, nəhayət 1987-91-ci illərdə azərbaycanlılar soyqırımına, etnik təmizləmə siyasətinə məruz qaldılar. Evlərindən, mülklərindən, yaratdıqları maddi-mədəni mirasdan məhrum edildilər. Beləliklə, bugünkü reallığa gəlib çatdıq.

Qərbi Azərbaycan əhalisinin sayına gəldikdə isə əlbəttə ki, söhbət 200 il ərzində davam edən bir köçdən gedir. 1828-ci ildən artıq bu günə qədər 196 ildir, davam edən, süni şəkildə yaradılan köçdür. Ona görə də say barəsində dəqiq hansısa fikir səsləndirmək bir qədər çətindir. Ancaq 1987-1991-ci illərdə 300 mindən çox azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. Hazırda onların sayı 500 minə yaxındır. 1947-1952-ci illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə deportasiya edilənlər var. Bunlar da 100 mindən çoxdur. Beləliklə, hazırda bu rəqəmlərin cəmini ifadə etsək, nə qədər böyük rəqəm alındığını görəcəyik. Amma bunun özünün də hesablanması bir qədər çətindir. Çünki Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış insanların nəsillərinin artımı məsələsi var. Dəqiq hesablama aparılmalıdır. Bununla bağlı hazırda hesablamalar aparılır. Saylar dəqiqləşdirilir. Ona görə də hər hansı bir rəqəm ifadə etmək çətindir.

- Uzun illər ötsə də, Qərbi Azərbaycan sakinləri öz tarixi yerlərini, adətlərini unutmurlar. Bu gün qayıdış məsələsi gündəmdədir. Qayıdışla bağlı gedən işləri necə qiymətləndirmək olar?

- Hazırda heç şübhəsiz ki, Qərbi Azərbaycanlıların qayıdışı məsələsi Azərbaycan xalqının qarşısında duran milli vəzifəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşdüyü zaman irəli sürdüyü konseptual fikirlər bu gün qayıdış konsepsiyasına çevrilib. Ancaq bu qayıdış konsepsiyası əlbəttə ki, sülh konsepsiyasıdır. Bu gün qayıdış siyasi-hüquqi qiymət tələb edə bilər, amma ərazi iddiasi kimi siyasi məqsədlərə yozula bilməz. Çünki nəticə etibarilə azərbaycanlılar öz tarixi torpaqlarına Ermənistan vətəndaşı kimi qayıdıb yaşamaq istəyirlər. Tarixi torpaqlarımızdan etnik təmizləmə siyasətinə məcbur qalmış azərbaycalıların öz torpaqlarına dönüşü bu məcburi təmizləmə siyasətini həyata keçirən dövlətlərin hamısının, ilk növbədə də Ermənistanın məsuliyyətidir. Ermənistan dərk etməlidir ki, Qərbi Azərbaycanlıları bu ölkədən qovublar. Onlara qarşı cinayət törədiblər. Onların mədəni mirası üzərində özlərinə yalançı miras yaradıblar. Bu da beynəlxaql hüquqa ziddir. Bu gün Qərbi Azərbaycanlıların qayıtması beynəlxalq hüquqla onlara tanınan haqdır.

- Yeri gəlmişkən, Qərbi Azərbaycan probleminin var olduğunu artıq beynəlxalq müstəvidə qəbul olunduğunu deyə bilərik?

- Bu gün dövlətimizin, Azərbaycan Prezidentinin dəstəyi ilə artıq Qərbi Azərbaycan probleminin olduğu həm diplomatik platformalarda, həm beynəlxaq hüquq platformalarında təqdim edilir. İcmanın fəaliyyət göstərdiyi iki il müddətində artıq BMT-də, onun Baş Assambleyasında Qərbi Azərbaycan problemindən danışılıb. Sənədlərimiz orada rəsmi yayımlanıb. UNESCO, ISESCO-da, Avropa Parlamentində bu məsələ ilə bağlı danışılıb. Yəni, Qərbi azərbaycanlıların qayıtması məsələsi, hətta bu gün Ermənistanda müzakirə predmetinə çevrilib. Hər nə qədər bu dialoq formasında olmasa da, birtərəfli qaydada Ermənistan ictimaiyyəti də buna reaksiya verir. Doğrudur, neqativ nöqteyi-nəzərdən şərh edirlər. Amma bütün hallarda mövzunun müzakirə olunması özü də həqiqətin yenidən dərk edilməsi üçün bir addımdır. Qərbi azərbaycanlılar qayıdacaqlar, qayıtmalıdırlar. Bu, sülhə, Ermənistan və Azərbaycanın iqtisadi, mədəni, sosial əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Şübhəsiz ki, Ermənistan buna hazır olmalıdır. Əks təqdirdə, Azərbaycan və Ermənistan arasında etibarlı, uzunmüddətli sülh əldə etmək bir qədər çətin olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru