Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                 

"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Tarix: 11-01-2025, 08:33 | Çap et
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz"
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin taleyinə böyük ehtimalla məhz bu il ərzində aydınlıq gəlməlidir. Daha doğrusu, hər şey Ermənistan tərəfinin məsələyə nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Çünki Azərbaycanın bu xüsusda edəcəyi heç nə qalmayıb. Ortam tam bəlli və aydın. “Top” çoxdan Ermənistanın meydanında. Təəssüf ki, təzə ildə də İrəvan rəsmilərinin pozitiv yanaşmasını görmürük. Hələ də “göylərdə süzür”, söz oynatmaqla məşğuldurlar. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq”.

Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi ilə bağlı danışarkən belə deyib. Xatırladaq ki, ötən il dekabrın 18-də İlham Əliyev rusiyalı jurnalist D.Kiselyova müsahibəsində 17 maddədən ibarət sülh sənədinin yalnız iki bəndinin razılaşdırılmadığını söyləmişdi.

Bunlar: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa Birliyinin (AB) müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Əlavə olaraq, Prezident Azərbaycanın 2 şərtini bəyan etmişdi: 1. Ermənistan konstitusiyası dəyişməlidir - torpaq iddiası. 2. İrəvan ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verməlidir. Söz düşmüşkən, yanvarın 9-da “facebook”-da etdiyi paylaşımda Paşinyan MQ-nin buraxılmasını yenə də mümkün sayıb, lakin sülh müqaviləsindən sonra. Niyə indi yox, sülh müqaviləsində sonra? Yada salaq ki, yanvarın 7-də verdiyi müsahibədə prezident Əliyev Paşinyanın özünü “sülh göyərçini” kimi apardığını bildirmiş, sülh sənədi ilə bağlı Azərbaycanın tələb-şərtlərinin dəyişməz qaldığına bir daha diqqət çəkmişdi. Həmçinin bildirmişdi ki, Ermənistana sülh müqaviləsi lazım deyilsə, Azərbaycana da gərək deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Paşinyana cavabında deyib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir. Qeyd edib ki, Ermənistanın “sülhsevər narrativi” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: “Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın”. Yəni yenə söz oyunu...

Maraqlıdır ki, Paşinyanın açıqlaması ilə eyni gündə xarici işlər naziri Ararat Mirzoyan Bakının sülh sənədi ilə bağlı iki tələbdən birini rədd edən açıqlama verib. Bildirib ki, Avropa Birliyinin Ermənistandakı missiyası bitməyəcək. “Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, nə qədər ki, atəşkəs rejimi pozulur, Ermənistanda AB-nin mülki missiyasına ehtiyac qalacaq”, - Mirzoyan riyakarcasına vurğulayıb. Delimitasiya isə uzun prosesdir. Belə çıxır, o bitənədək sülh müqaviləsi olmayacaq? Axı Azərbaycanın Gürcüstanla sərhədi də tam delimitasiya edilməyib, amma iki ölkənin sərhədində heç bir xarici qüvvə yoxdur, olmayıb. Belə olan surətdə Paşinyan Bakıdan hansı cavabı gözləyir, əgər onun naziri razılaşdırılmamış iki bənddən birinə bu cür qeyri-ciddi yanaşırsa?

Hərgah nikbin fikirdə olanlar da var. Məsələn, ReAL Partiyasının sədri Natiq Cəfərli sülh müqaviləsinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyi ilə, bu il imzalanacağını söyləyib: “Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, ”yox" deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq".

Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın “beyin mərkəzləri”ndən olan “Stratfor”un analitikləri 2025-ci il üçün hazırladıqları təhlildə Trampın Cənubi Qafqazda İrəvana deyil, Bakıya “stavka” edəcəyini qeyd ediblər. Məlum müsahibədə isə İlham Əliyev məhz Tramp dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib. Sülh sənədi ilə bağlı 2025-dəki nikbin gözləntilər əsaslıdırmı? İkinci yandan, Paşinyan “razılaşdırılmamış iki maddə üzrə təkliflər vermişik və Bakıdan cavab gözləyirik” deyərkən nəyi nəzərdə tutur?

Deputat Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub. “Cənab prezident bu münasibətlərin inkişafda odluğunu həmişə qeyd edib. Bizim NATO çərçivəsində ABŞ-la əməkdaşlığımız, təhlükəsizlik və enerji sahəsində əlaqələr, sülhməramlı kontigentdə iştirakımız, beynəlxalq terrorizmə qarşı birgə mübarizədə rolumuz olub. ABŞ bu amilləri hər zaman bəyan edib. Lakin Bayden prezident olduğu dövrdə qərəzli və ədalətsiz yanaşma ilə qarşılaşdıq, bu iqtidar Ermənistanın haqsız mövqeyini müdafiə etdi. Bununla belə, cənab prezident qeyd etdi ki, ABŞ-nin yeni rəhbərliyi ilə əməkdaşlığımız olacaq. Doğrusu, hazırda Ermənistan hökuməti də Tramp administrasiyası ilə əməkdaşlığa səy göstərir. Amma nəzərə alaq ki, Trampın ilk prezidentliyi dönəmində də Azərbaycanla yaxşı əlaqələr olub. Həmçinin, Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz”, - deyə deputat belə şərh edib.

C.Məmmədov hesab edir ki, bu məqamları nəzərə alsaq, sülh müqaviləsinin imzalanmasında Ağ Evin yeni rəhbərliyinin dəstəyi olacağı gözləntisi var: “Bayden hakimiyyəti sülh sənədinin imzalanması üçün dəstək olmadı, Ermənistanın tərəfini saxladı. O baxımdan, ABŞ-nin yeni administrasiyasından sülh prosesinə əhəmiyyətli töhfə gözləyirik. Bayden komandası çox çalışdı ki, Azərbaycan yarımçıq sülhə imza atsın, lakin onların istəyi alınmadı. Beləliklə, cənab prezidentin yerli mediaya müsahibəsində də səsləndirdiyi fikirlərə diqqət yetirsək, sülh prosesi ilə bağlı irəlidə böyük ümidlər olduğunu söyləyə bilərik”.

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndindən əlavə, şərtlər var: “Prezident İlham Əliyev yeni şərtlərlə çıxış etdi. Çünki Ermənistan silahlanır və konstitusiyasında dəyişiklik etmir. Zəngəzur dəhlizinin açılmasında da tərəddüd edir. Ermənistanda faşizm yoxdursa, silahlanma nəyə lazımdır!? Ermənistan deyir ki, iki təklif göndərmişik, Azərbaycan razılaşsa sülh bağlamağa hazır olduğunu elan edir. Ermənistanın bu kimi şərtləri rəsmi Bakının əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır. Bu il sülh müqaviləsinin bağlanması üzrə danışıqlar da irəliləyişlər mümkün görünmür. Ermənistan rəhbərliyi prosesi tormozlayır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru