"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                 

Partiya sədrlərinin övladları: Kimlər atalarının yoluyla GEDİR... - SİYAHI
Tarix: 18-03-2025, 09:41 | Çap et
Partiya sədrlərinin övladları: Kimlər atalarının yoluyla GEDİR...
Siyasi liderlərin övladları valideynlərinin fəaliyyətilə əlaqədar ictimai maraq doğuran şəxslərdir. Azərbaycanda da partiya sədrlərinin övladları adətən ictimai diqqət mərkəzində olur. Bəzi hallarda övladlar da ata və ya anasının siyasi yolunu izləyərək aktiv siyasi həyatda iştirak edirlər.

Hazırda Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiya fəaliyyət göstərir. Maraqlıdır, bizim siyasi liderlərin neçə övladı var, onlar hansı sahələrdə çalışırlar?

Modern.az saytı siyasi təşkilat rəhbərlərinin övladları barədə məlumatları araşdırmağa çalışıb. Məlum olub ki, partiya sədrlərinin çox az qisminin övladları siyasətlə məşğuldurlar. Onların çoxu digər sahələrdə fəaliyyət göstərməyə üstünlük veriblər, nəinki siyasətdə...

Hakim Yeni Azərbaycan Partiyasına (YAP) Prezident İlham Əliyev sədrlik edir. Cənab Əliyevin 3 övladı var - 2 qız, 1 oğlan.
YAP sədrinin böyük qızı Leyla Əliyeva ictimai-siyasi sahədə aktiv fəaliyyətilə tanınıb. Leyla Əliyeva Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib. 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. Leyla Əliyeva 3 uşaq anasıdır: Mikayıl, Əli və Əminə.

Dövlət başçısının kiçik qızı Arzu Əliyeva Bakı şəhəri 160 saylı orta məktəbdə təhsil alıb, daha sonra İsveçrə və Böyük Britaniyada təhsilini davam etdirib. 2011-ci ildə iş adamı Səməd Qurbanovla ailə qurub. İki övladı var. Arzu Əliyeva hazırda Bakı Media Mərkəzinin rəhbəridir. 2015-ci ildən etibarən bir sıra filmlərə prodüserlik edib.

Prezidentin ən kiçik övladı, oğlu Heydər Əliyev 3 avqust 1997-ci ildə doğulub. O, Bakıdakı Müasir Təhsil Kompleksini bitirib. 2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub. 2018–2019-cu illərdə hərbi xidmət keçib. Heydər Əliyev 2022-ci ildə ailə həyatı qurub.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevin 4 övladı var: böyük qızları Günel və Xeyransa Musayevalar Türkiyənin Bahçeşehir Universitetində bakalavr və magistr təhsili alıblar. Daha sonra təhsillərini başqa xarici ölkələrdə davam etdiriblər.

Elşad Musayevin üçüncü qızı Gültac stomatoloqdur. Oğlu Atilla isə 9-cu sinif şagirdidir.

“Qızlarım Günel və Xeyransa öz sahələrində işləyirlər, açığı onlara xaricdən iş təkliflər olurdu, amma biz belə qərara gəldik ki, ölkəyə qayıtsınlar. Günel Neft Fondunda işləyir, hazırda baş investisya mütəxxəsissidir. Xeyransa isə NEQSOL holdingdə baş mütəxəssis kimi çalışır. İngilis dilini akademik səviyyədə bilirlər.
Oğluma da seçim imkanı vermişik, iqtisadiyyat, hüquq, bir də informasiya texnologiyaları sahələrinə maraqlıdır. Son qərarı özü verəcək”, - E.Musayev bildirib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə 3 övlad atasıdır. Partiya sədri onlar barədə deyib:

“Övladlarıma yaxşı təhsil verməyə, onların Azərbaycan mentalitetini, adət-ənənələrini daşıyan gənclər olması üçün çalımışam. Böyük oğlum Texniki Universitetin Avtomobil nəqliyyatı fakültəsini bitirib. İlk vaxtlardan müəyyən biznes strukturlarında çalışmağa üstünlük verib. Buna mane olmamışam.
Qızım Neft və Sənaye Universitetində Kimya texnologiyası sahəsini seçdi.
Kiçik oğlum isə hüquqşünasdır. Artıq uzun müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çalışır. Məhkəmədə iclas katibi kimi fəaliyyət göstərir. Övladlarımdan ikisi ailəlidir. İki nəvəmiz var”.

Ədalət Partiyasının mərhum sədri, sabiq baş prokuror və keçmiş ədliyyə naziri, 17 fevral 2025-ci ildə dünyasını dəyişən İlyas İsmayılovun iki oğlu vardı. Böyük oğlu Etimad İsmayılov Sankt-Peterburq Universitetinin Hüquq fakültəsində ali təhsilə yiyələnib. O, iş adamı kimi fəaliyyət göstərirdi. Etimad İsmayılov Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub və atası tərəfindən 1992-ci ildə təsis edilmiş Ədalət Partiyasının fəallarından biri olub. Uzun müddət Ədalət Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2011-ci ildə jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurduqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb və biznes fəaliyyətini oradan idarə edib. Bu evlilikdən cütlüyün bir oğlu dünyaya gəlib. Etimad İsmayılov 2018-ci ilin 9 sentyabr tarixində Türkiyənin İstanbul şəhərinin Florya səmtində yerləşən ofisində 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi kimi çalışmış sabiq polkovnik Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. Hadisənin iki şəxs arasındakı biznes maraqları üzərində yaranmış anlaşılmazlığa görə baş verdiyi ehtimal olunub. Etimad İsmayılov 21 sentyabr 2018-ci ildə Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum siyasətçinin digər oğlu Mətin İsmayılov ali təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsində alıb. Daha sonra təhsilini Nyu-York, Kolumbiya univeristetlərində davam etdirib. Hazırda Amerikada yaşayır, orada işləyir. Evlidir 2 qızı, bir oğlu var.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 4 övladı var: 3 oğlan, 1 qız. Siyasətçinin böyük oğlu Tural Sankt-Peterburqda Rusiya Porokurluğunun İnstitunu bitirib. İkinci oğlu Cəlal İngiltərədə Beynəlxalq Biznes Universitetində təhsil alıb. Ailənin üçüncü övladı Cavid Bakıda “Təfəkkür” Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Sərdar bəyin qızı Tulay xanım tibb sahəsi üzrə təhsil alıb. Sərdar Cəlaloğlu övladlarını evləndirib, nəvələri var. ADP sədrinin böyük oğlu Norveçdə, ortancıl oğlu və qızı İngiltərədə yaşayır. Kiçik oğlu Bakıda iqtisadi sahədə fəaliyyət göstərir.

“Mənim uşaqlarımın heç biri xaricdə yaşamağa razı deyildi. Onlar illər öncə mən həbs edilərkən xaricə gediblər. O zaman şərtlər belə diktə edirdi. İndi də darıxırlar. Yəni bir var kefdən, bir də var məcbur qalıb mühacirətə gedəsən”, - S.Cəlaloğlu övladları barədə deyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə 2 övlad atasıdır: 1 oğlan, 1 qız. Partiya sədrinin oğlu Murad Ağazadə Bakıda universitet bitirib. Hazırda Almaniyada magistratura təhsili alır, həm də orada işləyir, onun 26 yaşı var.
İqbal bəyin qızı Aysun Ağazadə Bakıda ali məktəb tələbəsidir.

Azad Vətən Partiyasının sədri Akif Nağının 4 övladı var: 1 oğlan, 3 qız.

“Qızların hamısı ailə həyatı qurublar, işləmirlər, ailə qayğıları ilə məşğuldurlar, nəvələrə baxırlar. Oğlum isə ali təhsillidir, Dövlət Məşğulluq Agentliyinin Bakı filialında çalışır. Eyni zamanda UNEC-də magistrlərə dərs deyir”, - Akif Nağı saytımıza bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin 1 oğlu, 2 qızı var.

Siyasətçinin oğlu Rauf Hacıyev İqtisad Universitetini bitirib. Onun sözlərinə görə, oğlu burada iş tapa bilmədiyinə görə Türkiyəyə gedib və orada yaşayır.
Hafiz Hacıyevin böyük qızı Afaq Hacıyeva hüquqşünasdır, kiçik qızı Samirə Hacıyeva isə Xarici Dillər Universitetini bitirib. Onlar əvəllər dövlət qurumlarında çalışıblar. Partiya sədrinin qızları ailə həyatı qurublar.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa 2 övlad atasıdır. Onun oğlu Ərturan 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bakalavriat məzunu olub. O, ali təhsilini magistratura pilləsində xaricdə davam etdirir.
Partiya sədrinin qızı Duru 14 yaşındadır və orta məktəbdə təhsil alır.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 3 övlad böyüdüb: 2 oğlan, 1 qız.

Böyük oğlu Yalçın iki universitet bitirib - Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində də təhsil alıb.
F.Ağamalının ikinci oğlu Elçin Ağamalı da böyük qardaşı kimi iki ali təhsil alıb - Bakı Dövlət Universitetinin Beynəlxalq hüququnu qurtarıb. Sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasını bitirib. Hazırda iş adamı kimi fəaliyyət göstərir. O, həm də atasının sədri olduğu Ana Vətən Partiyasında müavindir.
Partiya sədrinin qızı Günay Ağamalı Xarici Dillər Universitetini bitirib. Günay Ağamalı 2024-cü ildə 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən Milli Məclisə deputat seçilib. Ana Vətən Partiyasında sədrin müşaviridir.
Fəzail Ağamalının hər üç övladı ailəlidir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli 4 övlad atasıdır. Onların 3-ü oğlan, 1-i isə qızdır. Onlar müxtəlif sahələrdə çalışırlar.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin 2 oğlu var. İlk övladı İlkin Qəmbər 1987-ci ildə, ikinci övladı Turqut Qəmbər isə 1989-cu ildə dünyaya gəlib. Onların hər ikisi ali təhsil alıb. İlkin Qəmbər evlidir və hazırda Kanadada yaşayır.
Bakıda yaşayan Turqut Qəmbər NİDA Vətəndaş Hərəkatının həmtəsisçilərindən biridir.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 3 övladı var - iki qız, bir oğlan. Partiya sədrinin kiçik qızı Aybəniz Hüseyn ali təhsilin bakalavr pilləsini Azərbaycanda, magistr pilləsini isə Şimali Kiprdə bitirib.
Pənah Hüseynin böyük qızı Günay Hüseyn QHT sektorunda çalışır, o, "Demokratiya və Qadın Təşəbbüsləri" İctimai Birliyinin sədridir.
Partiya sədrinin oğlu Vaqif Hüseyn Bakı Dövlət Universiteti Hüquq fakültəsində təhsil alıb. Əvvəlcə bakalavr pilləsini bitirib, sonra magistraturanı başa vurub. Vaqif Hüseyn Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. İl yarımlıq hərbi xidmətdən sonra 2009-cu ildən “Yeni Müsavat” qəzetinin hüquqşünası işləyir.

Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlunun 4 övladı olub. Amma partiya sədri 3 övladını vaxtsız itirib. Partiya sədrinin ailəsində ilk faciə 1991-ci ildə baş verib. O zaman Mirmahmud bəyin 5 yaşlı oğlu avtomobil qəzasında dünyasını dəyişib. M.Mirəlioğlunun digər oğlu Mircəlil Fəttayev 11-ci sinifdə oxuyarkən - 2009-cü ildə ürək tutmasından dünyasını dəyişib. Partiya sədrinin qızı Mahirə Fəttayeva 28 yaşında ürəktutmasından vəfat edib. Mirmahmud Mirəlioğlunun hazırda bir oğlu var.

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin 3 övladı var. Onların ikisi oğlan, biri isə qızdır. Əli Kərimlinin böyük oğlu Türkel Kərimli İngiltərədəki Bristol Universitetində hüquq təhsili alıb, hazırda xaricdə yaşayır. Qızı Selcan xaricdə ali təhsil alır. Siyasətçinin kiçik oğlu Timur Bakıda valideynlərilə yaşayır. Onun 12 yaşı var.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin bır qızı var. Partiya sədrinin qızı Ayna Mollazadə beynəlxalq təşkilatda çalışır. O, UNİSEF-in Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 4 övladı var: 2 oğlu, 2 qız. Partiya sədrinin böyük oğlu Gündüz Rüstəmxanlı hüquq-mühafizə orqanlarında işləyir. S.Rüstəmxanlının böyük qızı Nərgiz Rüstəmzadə həkimdir.
Sabir Rüstəmxanlının kiçik oğlu Cəmil Rüstəmxanlı əvvəllər dövlət orqanlarında çalışıb. Hazırda bizneslə məşğuldur. Siyasətçinin kiçik qızı Aydan Rüstəmxanlı yazı-pozu ilə məşğuldur.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də 2 övlad atasıdır.

Ədalət Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin 2 övladı var: 1 qız, 1 oğlan.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun 2 övladı var: oğlu Vidadi və qızı Ayla İnsanovlar.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev 1 övlad atasıdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin 3 övladı var. Onun övladlarından ikisi zabitdir. Bir övladı isə həkimdir.

Real Partiyasının sədri Natiq Cəfərlinin Adnan adlı bir oğlunun olduğu məlumdur. Onun orta məktəbdə oxuduğu bildirilir. Partiya sədri övlad mövzusunda “bu şəxsi məsələdir”, - deyə danışmaq istəməyib.

Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu və Yeni Zaman Partiyasının sədri Musa Ağayevin övladları barədə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Ağ Partiyanın sədri Tural Abbaslı 2021-ci ilin dekabrında ailə həyatı qurub. Hələ ki övladı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Dünən, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Dünən, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Dünən, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Dünən, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Dünən, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Dünən, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Dünən, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Dünən, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Dünən, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru