İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

"Azərbaycan-ABŞ-İsrail müttəfiqliyi çağırışının edilməsi..." - AKTUAL
Tarix: 12-04-2025, 08:30 | Çap et
"Azərbaycan-ABŞ-İsrail müttəfiqliyi çağırışının edilməsi..."
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır. Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Qeyd edək ki, bu, ikinci prezidentlik postunda D.Trampın Azərbaycan liderinə ilk rəsmi məktubudur.

Maraqlıdır ki, bu ərəfədə İsrail Baş nazirinin Ofisinin yaydığı məlumatda Bakıda Türkiyə-İsrail danışıqlarına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edilib: “İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”.

Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb: “Danışıqlarda tərəflər regionda öz maraqlarını təqdim etdi və onlar sabitliyi qorumaq üçün kommunikasiya kanalını açıq saxlamağa razılaşdılar”.

Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alana fikirlər ABŞ liderinin Azərbaycana xüsusi önəm verdiyinin, o cümlədən Azərbaycan-İsrail dostluq münasibətlərini yüksək qiymətləndirməsinin təsdiqi kimi şərh edilir.

Milli Məclis sədrinin müavini Musa Qasımlı sosial şəbəkədə hesabında bildirib ki, son illərdə ABŞ-dən belə səmimi və açıq məktub alınmamışdı. Onun sözlərinə görə, Trampın Novruz bayramı münasibətilə prezident Əliyevə göndərdiyi təbrik məktubu mahiyyətinə görə bayram təbriki çərçivəsini aşır: “Bu məktub Tramp administrasiyasının Azərbaycan siyasətinin ana xəttini ifadə edir. Birləşmiş Ştatların rəhbəri ölkələrimizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu vurğulayır. Bu, qarşılıqlı münasibətlərin inkişafında vacib amildir. Donald Trampın qarşıdan gələn illərdə hər iki liderin əldə edə biləcəyi möhtəşəm məqamları səbirsizliklə gözlədiyini yazması Azərbaycanla əməkdaşlığın dərinləşdiriləcəyindən xəbər verir. Məktubda Azərbaycan dövlətinin ABŞ-nin tərəfdaşı olan İsrail Dövlətinə Azərbaycanın dəstəyinin və onunla dostluğunun yüksək dəyərləndirilməsi dövlətimizin dünya siyasətində artan roluna verilən qiymətdir. İsrail və Azərbaycanı, Azərbaycan və yəhudi xalqlarını sarsılmaz, sıx tellər bağlayır. Azərbaycanda heç bir vaxt antisemitizm olmayıb. İsrail bizim dostumuzdur”.

M.Qasımlının sözlərinə görə, Trampın Azərbaycan və Ermənistanın sülh üçün atdıqları addımları dəstəkləməsi Bayden, Makron və başqalarının Cənubi Qafqazda yürütdükləri “qaynar qazan” siyasətinin üstündən xətt çəkməsidir: “Trampın cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlara doğru irəlilədiyini yazması ölkəmizdə yürüdülən siyasəti qəbul etdiyini, dövlət başçımızla birgə işləmək istədiyini vurğulaması isə bilavasitə cənab Prezidentimizin beynəlxalq nüfuzu ilə bağlıdır. Trampın Birləşmiş Ştatların ölkəmizin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığını yazması təkcə regionu qarışdırmaq istəyənlərə cavab deyil, eyni zamanda yaxın illərdə dövlətlərimiz arasında mühüm sənədlərin imzala biləcəyinin müjdəsidir”.

“ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. Bu fikirlər Birləşmiş Ştatların Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur”.

Deputat Vüqar Bayramov belə qeyd edib. “Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlarla ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir. Bu regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhfə verən faydalı əməkdaşlıqdır”, - deyə o bildirib.

Politoloq Oqtay Qasımov isə “Yeni Müsavat”a bildirdi ki, Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu çox əhəmiyyətli bir sənəddir: “İkinci prezidentliyinə başladıqdan sonra Donald Tramp ilk dəfə Azərbaycan prezidentinə bu məktubu göndərərək orada çox vacib məqamlara diqqət çəkib. Həm ikitərəfli münasibətlər nöqteyi-nəzərdən, eyni zamanda, Güney Qafqazdakı proseslər, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı çağırışlarla yanaşı, məktubda Azərbaycan-İsrail dostluq əlaqələrinə xüsusi diqqət yönəldilməsi çox önəmlidir. Nəzərə alsaq ki, təxminən bir aya öncə Trampın xüsusi nümayəndəsi Azərbaycanda səfərdə olub və burada bir sıra görüşlər keçirib, bununla bərabər həm İsrail parlamentində Azərbaycan-İsrail-ABŞ üçlü müttəfiqlik münasibətləri ilə bağlı səsləndirilən fikirlər, həmçinin Amerikada yaşayan 50-dən artıq İsrailli ravvinin Donald Trampa məktub yazması və məktubda Azərbaycan-ABŞ-İsrail müttəfiqliyi çağırışının edilməsi, Azərbaycanın ”İbrahim sazişi"nə qoşulması məsələsinin gündəmə gətirilməsi bir prosesin başlandığından xəbər verir".

Ekspert qeyd etdi ki, Trampın məktubunda da həmin prosesdən qaynaqlanan fikirlər yer alıb: “Təbii ki, Azərbaycan Prezidenti Tramp administrasiyası ilə bağlı müsbət fikirlər söyləyib. Hələ keçən ilin iyununda Şuşada keçirilən beynəlxalq media forumunda-dünya ölkələrinin əksəriyyəti Bayden-Harris cütlüyünü dəstəklədiyi bir vaxtda-Azərbaycan prezidenti açıq şəkildə Donald Trampa dəstəyini ifadə etmişdi. Bu da şübhəsiz ki, Tramp komandası tərəfindən diqqətdən yayınmayıb. O baxımdan, hesab edirəm ki, Azərbaycanın Amerika ilə əlaqələri inkişaf etdirmək marağı var. Bunu Prezident bir neçə dəfə qeyd edib. Bu məktub gələcək əməkdaşlığın inkişafı üçün önəmli bir sənəd kimi dəyərləndirilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru