İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

“Sülh gecikdikcə gərginliklər yaşanacaq” - GÖRÜNƏNİ BUDUR...
Tarix: 16-04-2025, 00:03 | Çap et
“Sülh gecikdikcə gərginliklər yaşanacaq”
2025-ci il dünyada və bizim regionumuzda aktiv, hətta daha çox qeyri-ənənəvi siyasi proseslərlə başlayıb və belə də davam edir. Yaxın Şərqdə, Rusiya ilə Ukrayna arasında, qlobal miqyasda ABŞ ilə İran və Çin, hətta Avropa arasında gərginləşən qarşıdurma yeni dünya nizamı barədə təhlillərə əsas verir. Türkiyədə baş verən hadisələr, Azərbaycanla Ermənistan arasında gözlənilən sülh perspektivi isə bizi ən yaxından maraqlandıran proseslərdir.

Bütün bu mənzərə, onun səbəb və nəticələri barədə Pressklub.az-ın suallarını tarixçi professor Xaləddin İbrahimli cavablandırıb.

- Türkiyədə mövcud siyasi, sosial-iqtisadi durum necədir. İmamoğlunun həbsi ilə başlayan proseslər Türkiyəni hara aparır, növbədənkənar seçkilər mümkündürmü?

- Siyasi durum yavaş-yavaş stabilləşir. İqtisadi durum ürəkaçan deyil. Dünyada son dönəmlər baş verən hadisələr isə durumu bir qədər də gərginləşdirib. Müxalifət liderləri 2025-ci ilin noyabrına qədər erkən seçkilərin keçirilməsini tələb edirlər. Lakin hakimiyyət bu çağırışlara hələlik müsbət cavab verməyib. Parlamentdə 360 deputatın dəstəyi ilə erkən seçkilər qərara alınarsa, Ərdoğanın yenidən namizədliyini irəli sürməsi mümkün ola bilər. Seçkilər öz vaxtında, yəni 2028-ci ildə keçirilsə, bu zaman Anayasada dəyişmələr etmək lazım gələcək. Məncə, hakimiyyət də hər iki variantı ciddi şəkildə analiz edir. İstanbul bələdiyyəsində baş verənlərlə bağlı məhkəmə toplumu inandıran dəlil və sübutlar ortaya qoysa, bu zaman növbədənkənar seçkilər məsələsi hakimiyyətin nəzdində də aktual bir məsələyə çevrilə bilər.

- Hazırda DEM Partinin Öcalanla danışıqlar aparan heyəti partiyalarla görüş keçirir, bu günlərdə Prezident Ərdoğanla da görüşdülər. Bu sürəcdən nə çıxar, mahiyyəti nədir?

- İraqla da PKK-nın ləğv edilməsi ilə bağlı razılaşma əldə olundu. Ölkə daxilində də proses gedir. Başlanan prosesə ölkə daxilində ciddi əngəl, hələ ki, görünmür. İrəlidə daxildə bir əngəlin olacağını da güman etmirəm. Yəni PKK bir terror təşkilatı kimi tarixin arxivinə gömülür. O biri uzantılarla bağlı da oxşar proseslərin başlayacağını düşünürəm. Bu, Suriyada sabitliyin bərqərar olmasından da çox asılıdır. Türkiyə Cümhuriyyəti hazırda var gücü ilə bu həyati məsələ ilə məşğuldur.

- Türkiyənin Suriyada çətin duruma düşdüyünə dair iddialar var, xüsusi ilə İsrail Türkiyənin bu ölkədə hərbi bazalar qurmasına qarşıdır. Hətta Suriyanın keçmiş rejimdən qalma hərbi bazalarının ərazisi vurulur. Baş nazir Netanyahu bu məsələni Trampla müzakirə elədi, o da Ərdoğanı təriflədi. Daha sonra Bakıda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirildi. Bu prosesi necə dəyələndirirsiniz, tərəflərin maraqları kompromis tapmağa imkan verirmi?

- 2025-ci ilin aprel ayı etibarilə Türkiyənin Suriyada hərbi bazalar qurmaq planları bölgədə ciddi geosiyasi gərginliklərə səbəb olub. Bu təşəbbüsə qarşı çıxan əsas aktorlardan biri İsraildir.

Türkiyə, Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara ilə əldə etdiyi razılaşma əsasında Suriyada hərbi bazalar və aviabazalar qurmağı planlaşdırır. Bu razılaşma, həmçinin Türkiyə ordusunun Suriya hava məkanından hərbi məqsədlərlə istifadə etməsini və yeni Suriya ordusunun yaradılmasını nəzərdə tutur.

İsrail hökuməti, Türkiyənin Suriyada hərbi bazalar qurmaq istədiyini və bunun İsrail üçün təhlükə yaratdığını bildirib. Baş nazir, ABŞ Prezidenti Donald Tramp ilə bu məsələni müzakirə etdiyini və İsrailin bu təşəbbüsə qarşı fəal işlədiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə Türkiyə ilə İsrail arasındakı fikir ayrılıqlarını həll etməyə hazır olduğunu bildirib. Vaşinqton, Türkiyənin Suriyada hərbi bazalar qurmasına razılıq versə də, İsrail hələ də müqavimət göstərir.

İsrail və Türkiyə nümayəndələri arasında Bakıda keçirilən görüş, tərəflər arasında diplomatik dialoqun davam etdiyini göstərir. Bu görüşlər, bölgədəki gərginliyi azaltmaq və qarşılıqlı maraqları qorumaq məqsədi daşıyır. Birinci gərginlikdə də Bakı dövrəyə girmiş və prosesi yumşaltmağa nail olmuşdu. Bu, Azərbaycanın dünyadakı nüfuzuna pozitiv təsir göstərdi. İndi də yeni proses başlayıb, güman edirəm, bunun da müsbət nəticələri olar. Yəhudi hökuməti Türkiyənin Suriya üzərindən İsrailə yaxınlaşmasından narahat olduğunu iddia edir. Ancaq Türkiyə Suriyada heç kəsin güvənliyini təhdid etmir. Bunun heç bir əlaməti yoxdur. Türkiyə Cümhuriyyəti hər zaman barışdan yanadır. Çünki savaşmağı ən yaxşı bilən odur və savaşı bacaranlar barış tərəfdarı olar. Türkiyə Suriyadan gələn təhdidlərin qarşısını almaq üçün bu ölkədə var və məncə, irəlidə daha əsaslı şəkildə olacaq. Bu, onun doğal haqqıdır.

Türkiyənin Suriyada hərbi bazalar qurmaq planları və İsrailin bu təşəbbüsə qarşı çıxışı bölgədəki geosiyasi balansı dəyişə bilər. ABŞ-ın vasitəçilik rolu və Bakıdakı diplomatik görüşlər, tərəflər arasında kompromis imkanlarının olduğunu göstərir. Lakin bu proseslərin uğurla nəticələnməsi üçün tərəflərin qarşılıqlı maraqları nəzərə alaraq, konstruktiv dialoqa davam etmələri vacibdir.

- Azərbaycanın bu prosesdəki rolunu ayrıca olaraq necə dəyərləndirisiniz? Bu arada, Tramp Azərbaycana gecikmiş Novruz təbriki göndərdi və orada Azərbaycanın İsrailə dəstəyi xüsusi vurğulandı. Bu nə anlama gəlir?

- Azərbaycanın Türkiyə və İsrail arasındaki gərginliyin yumşaldılması istiqamətindəki səyləri, əlbəttə, təqdirəlayiqdir və Türkiyə elmi, siyasi dairələrində də müsbət qarşılanır. Çünki Türkiyə gerçəkdən İsraillə gərginlik istəmir. Ancaq məsələnin bir başqa tərəfi də var. İsrail heç ağlının ucundan da keçirməməlidir ki, Azərbaycanla yaxşı münasibətlər qurub, Türkiyə ilə düşmənlik edə bilər. Bu, iki qardaşın arasına girmək deməkdir və tarixdə bunları Tehrandan, Moskvadan çox gördük, indi də görürük. Kim nə edirsə-etsin, Azərbaycan xalqının seçimi ən gərgin durumlarda belə Türkiyədən yana olacaq. Bunu da tarixdə hər zaman gördük və hər kəs ibrət almalıdır. Məncə, İsrail çevrəsində bütün dünyanı qəzəbləndirən siyasətinə və əməllərinə, İranla bir arada Suriyadakı stabilliyi pozma siyasətinə son verməlidir. Tramp da bunu hiss edir və Bakının danışıqlardakı mövqeyini təqdir edir.

- Omanda İran-ABŞ danışıqları keçirildi, daha sonra Romada davam etdirilməsi qərara alındı. İran ətrafında vəziyyət nəyə doğru gedir, qarşıdakı aylarda nələr gözlənilir?

- İranla ABŞ arasında heç bir qaynar çatışma olan deyil. Razılaşacaqlar, ancaq nədə razılaşdıqlarını da açıqlamayacaqlar. Açıqladıqları da gerçəklik olmayacaq. Bir az sonra İranin daxilində Azərbaycan toplumunu aldatmaq üçün yenə hər iki tərəf sərt ritorikaya davam edəcək. Çünki indiki İran rejimi ABŞ-yə də, İsrailə də, hətta bütövlükdə bütün xristian dünyasına sərf edir. Mollalar İslam dünyasını məzhəb zəminində parçalayırlar. Bu rejimi kollektiv Qərb niyə istəməsin ki?.. İsrail də İranın yaratdığı xaosdan faydalanır və ərazilərini genişləndirir. ABŞ isə bölgədə daha çox hərbi baza qurur və mövqeyini möhkəmləndirir. İran bəhanəsi olmasa, bunları etmək asan deyil. Təbii ki, arada bəzi ziddiyyətlər də yox deyil. Məncə, bu, daha çox İranın Çin üçün enerji qaynağı olması ilə bağlıdır. ABŞ İranın Çinin yanında olmasını istəmir. Onun BRİCS və ŞƏT-ə üzv olması Ağ Evi narahat edir.

- Rusiya və Türkiyənin İranla bağlı hazırkı siyasətləri nədən ibarətdir?

- Bu, iki əks istiqamətli siyasətdir. Rusiya İrandan İslam dünyasına və Türk dünyasına qarşı bir alət kimi istifadə edir və gücü çatdıqca istifadə edəcək. Türkiyə hər zaman İranın türk dünyasına düşmən siyasətinə qarşı yumşaq və dostcasına davrandı. Ancaq Tehran ölkə daxilindəki türklərin Türkiyə və Azərbaycanla isti münasibətlərdə olmaması üçün hər cür rəzilliyə əl atır. İran Türkiyə və Azərbaycanla düşmən siyasətini durdurmasa, öz içində qəzəb dalğasının qalxmasını görə bilər. Və bu zaman ona nə Rusiya, nə Çin, nə də ABŞ kömək edəcək. Son zamanlar Ankaradan da bu yöndə eyhamlar eşidilməyə başlayıb. İran Türkiyə və Azərbaycanla düşmənçilik edib daxilində 40 milyonluq bir toplumun rəğbətini qazana bilməz. Lap ölkə yönətimi tamamən türklərin əlində olsa belə...

- Ötən həftə İran və Ermənistan sərhəddə iki günlük təlimlər keçirdilər, bu Azərbaycana qarşı yönəlibmi? İran hansı mesajı verir?

- Tezliklə sülh sazişinin imzalanması yaxşı olardı. Qeyri-müəyyənlik, əlbəttə, ilk növbədə İran və Rusiyaya sərf edir. Lakin bu məsələdə qərbin əksər ölkələri sülhün tərəfdarı kimi görünür və bu amil prosesə pozitiv təsir göstərir. Almaniya Prezidentinin Azərbaycan ziyarəti həm də bu məsələ ilə bağlı idi. Azərbaycanla Ermənistan arasında sülh Rusiya-Ukrayna sülhündən öncə imzalansa, çox yaxşı olar. Sülh gecikdikcə zaman-zaman gərginliklər yaşanacaq. Qeyri-sabitlik qeyri müəyyənlikdən qidalanır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru