Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                 

"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Tarix: 9-05-2025, 09:00 | Çap et
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir"
Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir. Minval.az xəbər verir ki, mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib.

Aydındır ki, Makronun komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atır ki, bu da hökumətdə heç bir mənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir. Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Yalnız ən məlum rəqəmlərlə kifayətlənək: Almaniyaya qarşı döyüş əməliyyatlarında 600 min vətəndaşımız iştirak edib. Onlardan 300 mini həlak olub. Azərbaycan hər onuncu vətəndaşını itirib. Ekspertlər Azərbaycan neftinin və logistikasının unikal rolunu təsdiq edirlər.

Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı var. Əvvəla, bu Əhmədiyyə Cəbrayılovdur. O, Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı verib. Həm də Əhmədiyyə Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb. Lakin görünür, Makron hökuməti bütün bunları gözardı etməyi özünə sığışdırmağı bacarır.

Ümumiyyətlə, Əhmədiyyə Cəbrayılov Fransada döyüşən yeganə azərbaycanlı deyil. Məsələn, Rodez şəhərindəki hərbi əsir düşərgəsində saxlanılan azərbaycanlılar Mirzəxan Məmmədovun rəhbərliyi ilə ilk sovet partizan dəstəsini formalaşdırmışdılar. Onlar düşərgədən qaçaraq Fransanın “sovet patriotları” hərəkatına qoşulub, Alp dağlarında vuruşublar. İdris Qasımov “Aret-Sol” batalyonunda xidmət edib, Lion, Dijon, Rodez və digər bölgələrin azad olunmasında iştirak edib. Fransız Müqavimət Hərəkatında döyüşən digər azərbaycanlılar arasında bunların adları çəkilir: Nurş İmamqulu oğlu Mehtiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkkül Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xələddin Hacımuradov, Eyub Məmmədov, Knyaz Əbdürrəhimov, Məmmədtağı Mursəlov və başqaları. Onlar Fransanın Nim, Ales və digər şəhərlərinin azad edilməsində iştirak etmiş, Fransa tərəfindən orden və medallarla təltif olunublar.

Əslində Parisdə nəyin bayramının keçirildiyinin özü belə sual doğurur. İkinci Dünya müharibəsi başlayandan neçə gün sonra Fransa ağ bayraq qaldırdı. Fransanın Almaniyaya müqaviməti 43 gün davam etdi, Paris isə bir güllə belə atmadan təslim edildi.

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli xatırladır ki, İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət Hərəkatına rəhbərlik etmiş Şarl de Qoll Əhmədiyyə Cəbrayılov üçün Azərbaycana gəlmişdi: “Makron administrasiyası o dərəcədə dəyərsizdir ki, bu faktdan bəlkə də məlumatsızdır. Həqiqətən də Avropa siyasətində çəkili, sözünün ağası olan, sanballı siyasətçilərin defisiti yaranıb. Ona görə də bu zehniyyətə malik adamların Yelisey sarayında oturması tragikomediyadır. Bu, nəhəng Fransaya yaraşmır, amma Makrondan hər şey gözləmək olar. Çünki erməni faşizmini dəstəkləmiş bir liderdir. O baxımdan faşizm üzərində qələbədə müstəsna payı olan Azərbaycana belə hörmətsizlik nümayiş etdirilməsi məni təəccübləndirmədi”.

Q.Hüseynli hesab edir ki, səfirin tədbirə dəvət olunmaması rəsmi Bakıya olan nifrətdən irəli gəlir: “Makron iqtidarı Azərbaycana düşmənçilik edir. Bizi ittiham edir ki, guya Ermənistan ərazilərinə hücum etmişik. Görün kin gözlərini nə qədər tutub ki, qələbə tədbirinə çağırmırlar. Halbuki nasistlərin Fransanı necə tutduqlarını yaxşı bilirik və bu işğaldan qurtuluşda Əhmədiyyə Cəbrayılovun, eləcə də digər partizanların iştirakına görə Makron baş əyməliydi. Amma siyasi mədəniyyəti çatmayıb. Yəni o vaxtın hadisələrini unudub, indiki Azərbaycana olan münasibətini nümayiş etdirib”.

Professor Elxan Mirzəyev isə Fransanın bu qərarını siyasi addım kimi qiymətləndirir. Onun fikrincə, 44 günlük müharibədən sonra Fransanın Azərbaycanla ulduzu barışmır: “Son aylarda bəzi bəyanatlar səngiyib. Makron da əvvəlki qədər anti-Azərbaycan açıqlamalar vermir. Görünür ki, Cənubi Qafqazda olan reallığı yavaş-yavaş dərk etməyə başlayır. Amma bununla belə, hər fürsətdə bizə qarşı hansısa hərəkətə yol verilməsini əldən qaçırmırlar. Bu dəfə də səfir Leyla Abdullayevanı tədbirlərə dəvət etməməklə Fransa hökuməti öz mahiyyətini nümayiş etdirib”.

E.Mirzəyevin sözlərinə görə, Azərbaycan bundan çox da narahat olmamalıdır: “Çünki Makron hakimiyyəti dövründə biz bu ölkədən müsbət hər hansı mövqe gözləmirik. Ancaq belə qeyri-etik diplomatik davranışa görə adekvat münasibət sərgilənə bilər. Hərçənd Fransa bu qələbədən danışanda bir qədər dilini qısa etməlidir. Onlar tez təslim olublar, işğalçı alman əsgərləri Fransa şəhərlərində min oyundan çıxıblar, əxlaqsızlıqlara yol veriblər, amma fransızlar bunun qarşısında müqavimət göstərməyiblər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru