Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                 

"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Tarix: 18-05-2025, 07:31 | Çap et

 

“Bildiyiniz kimi, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların bir-birinə qarşı amansızlığı, aqressiv münasibətləri sanki gündən-günə güclənməkdədir. Xüsusən son həftələrdə bizlər bir sıra dəhşət doğuran, tükürpərdici olayların şahidi olduq. Gəncədə bir 11-ci sinif şagirdi həddindən artıq amansızlıqla qətlə yetirildi, Qusarda 2-ci sinif şagirdi olan oğlan cinsi zorakılığa məruz qaldı. Bunlardan əvvəl də bir çox intiharlar və amansız qətllər baş vermişdi: biri həyat yoldaşını, o biri atasını, digəri anasını, başqa biri qardaşını amansızlıqla qətlə yetirir... Siz ölkədə tanınmış bir sima, bir partiya sədri, eyni zamanda bir əhli-beyt mənsubu olaraq dinimizə - İslama vaqif olan bir şəxs kimi cəmiyyətdə insanların həm özlərinə, həm də bir-birlərinə qarşı bu cür aqressiv münasibətinin, amansızlığının səbəblərini nədə görürsüz, onların aradan qaldırılması üçün nələr düşünürsüz?” 

 

Bu sualla müraciət etdiyimiz Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında aşağıdakıları söylədi:

 

“Əslində qaldırdığınız problem bütövlükdə cəmiyyətin idarə olunması, insanların bir-birinə münasibəti, həyat tərzi, psixoloji durumuyla, eləcə də təlim-tərbiyə, təhsil, dünya görüşü ilə bağlı olan bir məsələdir. Və bir də burada əsas səbəblərdən biri cəmiyyətə müxtəlif yollarla təlqin edilən kütləvi psixozdur. Bu da hazırlanır. Özü də yalnız xarici düşmən tərəfindən yox, həm də düşmənə bilərəkdən, yaxud bilməyərəkdən xidmət edənlər tərəfindən həyata keçirilir. Bəli, bir-birinə qarşı amansızlığın, aqressiyanın çoxalması cəmiyyətin, ölkənin çox ciddi problemidir. Bunun üçün konkret olaraq söz demək, diaqnoz qoymaq, bu problemi aradan qaldırmaq da çətindir. Eyni zamanda müəyyən şərtlər daxilində bunu həll etmək asandır. O zaman asan olar ki, həmin problemi həll etmək üçün konkret konsepsiya, davranış tərzi tətbiq edilsin. Məsələn, biz məsələlərə biz özümüz onları yaşayıb münasibıt bildiririk, bir də var tarixdən öyrənib münasibət bildiririk. Əlimizdə hər hansı imkan, vəzifə, səlahiyyət olanda məsələlərə baxışımız bir cür olur, olmayanda başqa cür olur...

 

Sözsüz ki, qeyd etdiyiniz problem aradan qaldırılması vacib olan, mümkün olan və boynumuzun borcu olan bir məsələdir. Bunun üçün öncə media, telekanallar, yəni təbliğat vasitələrimiz qaydasında və düzgün olmalıdır. Həm də bilgisizlik aradan qaldırılmalıdır. Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur. Aqressiyanın, amansızlığın çoxalması həm də savadsızlıqdan, cahillikdən qaynaqlanır. Çox təəssüf ki, bu var...

 

İnsanların bir-birinə normal, insani münasibəti olmalıdır. Qaydasında olmalıdır. Əlindən bir işgəlməyən və yaxud gələn, xarici görünüşü ilə daxili aləmi fərqli olan, təzad təşkil edən adamlar daim öndədirlər, efirdədirlər – bunların da təsirləri var... 

 

Bu məsələyə hökumətin konkret bir yanaşması olmalıdır. Bizim belə məsələlərdə dədə-babadan qalma adət-ənənələrimiz, törələrimiz var ki, bunlar öndə olmalıdır. Və bir də, ən əsası, ağıl öndə olmalıdır. Məsələn, adamlar hər hansı bir ekstremal vəziyyətdə özlərinə nəzarəti itirirlər, ruhi həyəcan, anlaqsız vəziyyətdə olurlar. Bunlar da nəzərə alınmalıdır... 

 

Əsas səbəblərdən biri də təlim-tərbiyənin, təhsilin lazımi səviyyədə olmamasıdır. Halbuki, yaxın keçmişimizdə məktəb təlim-tərbiyəsi, təhsili görməyən insanlarımız var idi ki, davranışları tam olaraq milli törələrimizə uyğun idi. Savadları olmasa da, adət-ənənəyə, qaydalara ciddi riyaət edirdilər. Çünki onlar üçün dədə-babadan qalma bir nümunə var idi... Elə çağdaş cəmiyyətin ağrılı problemlərindən biri də nümunə götürüləcək insanlarımızın az olmasıdır... 

 

Bu yaxınlarda hörmətli insanlarımızdan biri olan keçmiş təhsil naziri Misir Mərdanovun media və sosial şəbəkədə sovet dövrünün nümunəvi maarif nazirlərindən biri olmuş akademik Mehdi Mehdizadə haqqında çox gözəl bir məqaləsini oxudum. Və sosial şəbəkədə həmin yazıya bir şərh yazdım. Yazdım ki, Misir müəllim, siz nazir olan zaman sizi hər zaman tənqid etdim. Ona görə ki, tənqidə layiq idiniz. Amma bəxtiniz gətirdi və sizdən sonra elə adamlar gəlib nazir oldular ki, mən daim öz böyüklərimə, ata-anama rəhmət oxuduğum kimi sizin atanıza da rəhmət oxuyuram... Yəni bununla onu demək istəyirəm ki, insan gərək özü hansısa vəzifə başında, kürsüdə oturanda öz sözü və əməlləriylə cəmiyyətə nümunə göstərməyə çalışmalıdır. Təbii ki, insanlar özlərinə, öz savad və əxlaqlarına uyğun vəzifə tutmayanda da bu, cəmiyyətdə də öz təsirini qoyur və insanlarda aqressiya yaradır... Nümunələr olanda, hər kəs öz yerində olanda isə ölkədə, cəmiyyətdə də təzadlar, anormal hadisələr getdikcə azalacaqdır... 

 

Düzdü, dinimizin, islami bilgilərin də cəmiyyətdəki aqressiyanın azaldılmasında rolu ola bilər. Bəli, demək lazımdır ki, dinimiz, Quranımız, Peyğəmbərimiz intiharı, günahsız adam öldürməyi haram, qadağan edir. Amma məsələ ondadır ki, dinimizi də yetərincə insan lazımi səviyyədə bilmir və təəssüf ki, bilənlər də bildiklərinə əməl eləmir. Yenə gəlib çıxırıq nümunə məsələsinə... Tutaq ki, mən sözügedən məsələlərin bilicisi kimi sizin suallarınıza təmtəraqlı və ətraflı cavablar verdim. Fəqət, əgər mən özüm gerçək həyatda öz dediklərimə əməl etmirəmsə, bu bilgilərimdən xalqa, cəmiyyətə nə fayda olacaq? Məni dinləyənlər dediklərimı oxuyacaqmı, dinləyəcəkmi, onlara inanacaqmı, məni bir nümunə kimi qəbul edəcəkmi? Xeyr. Odur ki, cəmiyyətdə bu və digər problemlərin həlli üçün öncə həmin problemləri həll etməli olanlar öz əməlləri ilə cəmiyyətə, vətəndaşlara bir nümunə olmalıdır. Əks halda, yəni insanlar teleekranda, qəzetdə, saytda hay-küylə danışılanları dinləyib onları danışanların əməllərində tamamilə əks şeylər görəcəksə, heç bir problemimiz həllini tapmayacaq, o halda bir-birimizə qarşı amansızlıq da, aqressiya da güclənəcək...”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Bu gün, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Bu gün, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Bu gün, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Bu gün, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Bu gün, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Bu gün, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Bu gün, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Bu gün, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru