Əmək haqqı sahəsində işçilərin hansı hüquq və təminatları vardır,işçilərin Əmək Məcəlləsi və əmək qanunvericiliyi ilə hansı əmək haqqı və əlavələri almaq hüquqları vardlr? Qısa da olsa və maarifləndirmə məqsədi ilə işçilərin aşağıdakı hüquqlarını izah etmək istəyirəm:
Xüsusi qeyd: bu ödəmələrin bəziləri demək olar ki, praktikada artıq tədbiq olunmur, az tədbir olunur, və ya ümumiyyətlə artıq uzun müddətdir ki, çoxdan unudulub.
1.İlk olaraq onu bildirmək istəyirəm ki, əmək haqqı-əlavələr sahəsində işçinin əməkhaqqı təminatları: bəzi sahələrdə məcburi, bir çox sahələrdəisə könüllü vəya qarşılıqlı razılaşma əsasında həyata keçirilir.Qüvvədə olan əmək qanunvericiliyinə əsasən,işçilərin əməkhaqqı ödəmələri əsasən aşağıdakı qaydada həyata keçirilməlidir.
1.2.AR-n Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada işçilərə ödənilən və ya ödənilməsi məcburi olan aylıq əmək haqqı.
1.2. Bu ödənişi almaq hüququ olan işçilərin əmək haqqına - AR-nın Əmək Məcəlləsi və digər əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada ödənilən əlavə əmək haqqı.
1.3. İşəgötürənin könüllü və şəxsi iradəsi ilə - müəssisənin daxili normativ xarakterli aktları ilə peşəkarlığı yüksək olan işçilərə ödənilən əlavə əmək haqqı və ya mükafatlar.
14. Əmək müqaviləsi ilə nəzərdə tutulan qaydada işçilərə ödənilən əlavə əmək haqqı.
1.5. Kollektiv müqavilə ilə ilə nəzərdə tutulan qaydada işçilərə ödənilən əlavə əmək haqqı.
2.İşçilərə: Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, istehsalın səmərəliliyi, işin keyfiyyətinin artırılmasında maddi marağını gücləndirmək məqsədi ilə: Əmək Məcəlləsi, Əmək müqaviləsi, müəssisə daxili normativ xarakterli hüquqi aktlar və Kollektiv müqavilə ilə aşağıdakı əmək haqqı,əlavə və mükafatlar və sair ödənişlər ödənilə bilər:
3.Tarif (vəzifə) maaşı: minimum əmək haqqı məbləğindən az olmamaq şərti ilə işçilərə ödənilən aylıq əmək haqqının məcburi əsas hissəsidi.
4. Əmək haqqına əlavələr: bu ödəmə yalnız Nazirlər Kabinetinin qərarı ilə bu ödənişləri almaq hüququ olan işçilərə - işçinin əmək şəraiti ilə əlaqədar əvəzödəmək məqsədi ilə ödənilir: axşam və gecə saatlarında işə görə, dəniz şəraitində işə görə, susuzluğa görə, zərərli, ağır və digər əmək şəraitinə görə, dəniz səviyyəsindən hündürdən işləməklə əlaqədar və sair ödəmələr.
5. İşəgötürənin şəxsi və ya könüllü iradəsi əsasında müəssisənin normativ xarakterli hüquqi aktlarında nəzərdə tutulan qaydada əlavə ödənişlər: həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənclər.
6. Əmək müqaviləsində nəzərdə tutulan qaydada həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə)maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödənclər və mükafatlar.
7. Əmək müqaviləsi və Kollektiv müqavilədə, müəssisənin normativ xarakterli aktlarında nəzərdə tutulduğu hallarda işçinin əmək haqqına ödənilən mükafatlar: işçilərin əmək funksiyalarının yerinə yetirilməsində maddi maraqlarının artırılması məqsədi ilə verilən həvəsləndirici pul vəsaiti. Bu mükafatlar: aylıq, illik və ya birdəfəlik xarakterli ola bilər.
8. Əmək müqaviləsində, Kollektiv müqavilə və ya müəssisənin daxili normativ xarakterli aktlarında nəzərdə tutulduğu hallarda: 13-cü əmək haqqı, fasiləsiz iş stajına görə əlavə əmək haqqı, əlillərə, az yaşlı uşaqları olan işçilərə, az təminatlı işçilərə ödənilən əlavə müavinətlər, güzəştlər,əmək haqqları və sair.
9. Əmək haqqının ödənilməsində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır.
10 .İşçilərin əmək haqlarının ödənilməsində AzərbaycanR Respublikası Əmək Məcəlləsi və digər əmək qanunvericiliyinin tələbləriini pozan vəzifəli şəxslər üçün: maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur.
11. Əmək haqqı haqq sahəsində hüquqları pozulan işçi müvafiq qaydada məhkəməyə müraciət edə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.pw)