Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                 

Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Tarix: Bu gün, 09:36 | Çap et

Dərmansız sağlamlıq – ən yaxşı müalicədir deyiblər, amma sağlamlığımız risk altında olanda dərmandan istifadə artıq zərurətə çevrilir. Təbii ki, əgər axtardığın dərmanı tapa bilsən...


“Bütün aptekləri gəzmişəm, amma “Varfarin” tapılmır. Həkimlərin ürək əməliyyatı keçirən insanlara ömürlük yazdığı dərman hər yerdə yoxa çıxıb”.
Bu, paytaxt sakinləri tərəfindən redaksiyamıza ünvanlanan ilk belə şikayət deyil.
Sosial şəbəkələrdə də dərman çatışmazlığı ilə bağlı paylaşımlar qarşımıza tez-tez çıxır. Qan laxtalanmasını tənzimləyən və bir çox xəstənin həyatını qurtaran vacib bir vasitə olan “Varfarin”in əczaxanalarda tapılmaması ciddi narahatlığa səbəb olub.
Xüsusilə süni ürək qapaqları olan xəstələrdə – Qan laxtalarının əmələ gəlməsi riski yüksək olduğu üçün bu preparatla profilaktika aparılır. İnsanlar öz həyatlarını qorumaq üçün ehtiyac duyduqları dərmanı əldə etməkdə çətinlik çəkirlər. Tək xəstələr deyil, həkimlər də dərman çatışmazlığından dilə gəliblər. Sosial şəbəkə hesablarında bu barədə etdikləri paylaşımlar artıq dərman təhlükəsizliyi ilə bağlı problemin nə dərəcədə ciddi olduğunu sübut edir.
Maraqlıdır, ölkənin dərmanla təminat məsələsində mövcud olan problemin səbəbi nədir?
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman vasitələrinin idxalı yalnız özəl şirkətlər tərəfindən həyata keçirilir.
“Bu səbəbdən, konkret bir dərman vasitəsinin apteklərdə olmamasının səbəbləri ilə bağlı birbaşa idxalçı şirkətlərdən məlumat almaq daha məqsədəuyğundur. Sonuncu dəfə "Varfarin" dərman vasitəsinin Azərbaycana idxalı ilə bağlı müraciət 2024-cü ilin iyul ayında qeydə alınıb və həmin müraciət əsasında 3540 qutunun idxalına icazə verilib”.
Bəs 10 aydır ölkəyə “Varfarin”nin idxalı niyə dayandırılıb?
“Varfarin” istehsalçı şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmisi Nurlana Qafarova saytımıza açıqlamasında səbəbi belə izah edib:
“Kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparat kimi — ölkəyə birdəfəlik idxalının təmin edilməsi məqsədilə Analitik Ekspertiza Mərkəzinə müraciət olunub, lakin müraciətimizə mənfi cavab verilib.
Daha sonra, 24.04.2025-ci il tarixində aldığımız cavabla razılaşmayaraq, apellyasiya məktubu ilə Analitik Ekspertiza Mərkəzinin İdxal şöbəsinə yenidən müraciət etmişik və hazırda cavab gözlənilir. Təəssüf ki, aldığımız şifahi məlumata əsasən, cavabın mənfi olacağı ehtimal olunur.
Qeyd etmək istərdik ki, əhalinin dərman vasitəsi ilə fasiləsiz təminatını təmin etmək məqsədilə, Analitik Ekspertiza Mərkəzi icazə verdiyi təqdirdə, 50 000 ədəd Varfarin STADA 2,5 mq №50 tablet məhsulunun birdəfəlik idxalını həyata keçirməyə tam hazırıq. Şirkət olaraq ölkə əhalisinin dərman vasitəsi ilə fasiləsiz təminatını qarşılamaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Nəzərinizə çatdırmaq istərdik ki, Varfarin STADA 2,5 mq №50 tablet dərman vasitəsi 01.10.2019–01.10.2024 tarixləri arasında 5 il yararlılıq müddəti ilə ölkə ərazisində qeydiyyatda olub.
Dərman vasitəsinin yenidən qeydiyyatı zamanı müvafiq ekspertlər tərəfindən yararlılıq müddəti 3 il müəyyən edilmiş və preparat 07.04.2025-ci il tarixində qeydiyyata alınıb. Hal-hazırda anbarda olan məhsul qeyd olunan əvvəlki qeydiyyat şəhadətnaməsinə əsasən 5 il yararlılıq müddəti ilə istehsal olunub”.
Şirkətin “Varfarin”qıtlıq səbəbi kimi Səhiyyə Nazirliyini günahlandırması məsələsi ilə bağlı da Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Qurum tərəfindən sorğunun müvafiq şöbəyə yönləndirildiyi bildirildi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Bu gün, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Bu gün, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Bu gün, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Bu gün, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Bu gün, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru