Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                 

Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Tarix: Bu gün, 10:01 | Çap et

İmişli rayonunda keçirilmiş 9 may tədbirində SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması ətrafında yeni versiyalar ortaya çıxıb.

Tədbirin təşkilatçısı - rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu bu hadisədən sonra vəzifədən azad ediblər. Amma onun əvəzinə təyin edilən Vahid Tağıyev də kürsüsündə çox otura bilmədi. Bəlli oldu ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub və o da sinəsinə “Georgi lenti” taxıb.

Ağsaqqallar Şurasının üzvlərinin SSRİ rəmzlərinə, İosif Stalinin şəxsiyyətinə və bu gün Kremlin rəsmi ideologiyasında fəal şəkildə istifadə olunan rus təbliğatının elementlərinə rəğbətinin səbəbləri naməlum qalır. Haqqın.az yazır ki, vaxtilə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sonradan korrupsiya və digər cinayətlərdə təqsirli bilinən Vilyam Hacıyevlə xüsusi münasibətdə olub. “Yada salaq ki, 2017-ci ildə Hacıyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunanda səfir Doroxin ona təbrik məktubu göndərmişdi. Bu isə görünməmiş hadisə idi, çünki bundan əvvəl heç bir xarici dövlətin Azərbaycandakı səlahiyyətli nümayəndəsi rayon administrasiyalarının rəhbərlərini təbrik etməyib. Rusiya Federasiyası səfirinin məktubu hətta İmişli RİH-in rəsmi internet saytında və bir sıra yerli KİV-lərdə dərc olunmuşdu.

2014-cü ildə həmin Vladimir Doroxin “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov (Bakıda bu yaxınlarda bağlanmış “Rus evi” ilə əlaqəlidir) və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə birlikdə İmişliyə səfər edib, Vilyam Hacıyevlə görüşüb. Regionun Rusiya və Belarus regionları ilə əlaqələrinin genişləndirilməsi məsələləri rəsmi müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl Göygöl, Samux və İmişli rayonlarının icra hakimiyyətlərinə rəhbərlik etmiş Vilyam Hacıyev 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən şəxsi kabinetində saxlanılıb və daha sonra 12 il müddətinə azadlıqdan məhrum edilib (sonradan bu müddət 3,5 il azaldılıb - red.) Hazırda Vilyam Hacıyev cəzasını çəkməkdə davam edir. İddiadan belə anlaşılır ki, İmişlidəki Ağsaqallar Şurası Rusiyanın “beşinci kolon”unun “yuvalarından” olub. Bakı-Moskva münasibətlərində indiki gərginlik fonunda isə həmin “yuva” fəaliyyətə keçib.

Rusiya zamanında V.Hacıyev kimiləri və səfiri vasitəsilə “5-ci kolon” yuvaları qurub və onları indi hərəkətə keçirir?

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İmişlidə Rusiya şovinizminin rəmzi olan “Georgi lenti” taxaraq tədbir keçirilməsinə daha geniş aspektdən yanaşılmalıdır. Bu hadisələr rayon səviyyəsində məhdudlaşdırılan təxribat deyil: “Ola bilər, korrupsiya cinayəti ilə cəzalandırılan sabiq icra başçısının Rusiya ilə və yaxud həmin ölkənin məsul şəxsləri, nümayəndələri ilə sıx dostluğu, əlaqələri olsun. Bu tip əlaqələrin digər icra başçıları ilə olması da mümkündür. Ancaq hesab edirəm ki, zaman-zaman ölkəboyu hücrələr yaradılıb və İmişlidəki sadəcə xəbərdarlıq siqnalı idi. Mən bildiyim qədər Saleh Səmədov özü həmişə təhlükəli oyunların içində olub və ona müxtəlif səviyyələrdə himayədarlıq göstərilib. Bir zamanlar özünü "Boz Qurd"çu kimi də gözə soxmağa çalışıb və mərhum daxili işlər naziri İsgəndər Həmidovun partiyasında da görünüb. Onun dələduzluq əməllərinə görə Qafqazsayağı cəzalandırılması barədə də məlumatlar var. Öz maraqlarının təmin edilməsi üçün asanlıqla xarici dövlətlərin alətinə çevrilən bu kimi adamlar çox təhlükəli olurlar və belələrinin tez üzə çıxarılıb ifşa olunmaları və zərərsizləşdirilmələri ölkənin təhlükəsizliyinin təminatı üçün də faydalıdır".

Ə.Orucov dedi ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun nümayəndələri bütün dövlət və qeyri-dövlət strukturlarında, həyatın müxtəlif sahələrində mövcuddur və istənilən vaxt hərəkətə gətirilməsi ölkədə ciddi problemlər yarada bilər: “Onlardan bəziləri hətta həyasızcasına və açıq şəkildə rusiyapərəst təbliğat aparmaqdan, Rusiyanı müdafiə etməkdən belə çəkinmirlər. Cəmiyyət Ayaz Salayevin timsalında bunun bir nümunəsini gördü. Vilyam Hacıyev kiçik fiqurdur. Həm də artıq onun fəaliyyəti məhduddur. Daha böyük fiqurlar var ki, onlar hələ də təhlükəsiz şəraitdə fəaliyyətlərini və onlara verilən tapşırıqları rahat icra etməkdədir. Mən Rusiya ilə düşmənçilik aparılmasının, nifrətə və qəzəbə köklənməyin də tərəfdarı deyiləm. Rusiya ilə normal və dost münasibətlər qurulması Azərbaycan üçün də yaxşı haldır. Ancaq Rusiyanın maraqlarına xidmət göstərmək, onun imperiyapərəst və təcavüzkar ambisiyalarının gerçəkləşdirilməsinə dəstək vermək normal qarşılana bilməz. Bu, xəyanətə bərabər addımdır. Məlum olduğu kimi, Rusiya postsovet məkanında yerləşdirdiyi və hazırladığı "5-ci kolon"unu fəallaşdırmaq, habelə koordinasıyalı idarə etmək üçün ən yüksək səviyyədə hərəkətə başlayıb və Rusiya Prezident Administrasiyasının rəhbərliyi səviyyəsində cavabdehi də müəyyənləşdirilib. Demək, cəmiyyətin növbəti təxribatlarla üzləşəcəyi istisna olunmur. Ona görə də həm cəmiyyət, həm dövlətin yetkili qurumları, həm də fərd olaraq hər kəs ayıq-sayıqlığını itirməməlidir".

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya daima Azərbaycanda öz “5-ci kolun”unun formalaşdırılması istiqamətində iş aparır: "Bu proses bu gün də var, sabah da olacaq. Çünki Rusiya yeni variantda SSRİ qurmaq planına malikdir və bu istiqamətdə ideoloji iş aparır. Azərbaycanda "Rus evi" bu istiqamətdə fəaliyyət göstərib. İstər hansısa icra başçıları, istərsə də digər vəzifəli şəxslər və müxtəlif sahələrin təmsilçiləri sırasında “5-ci kolon”a aid şəxslərin olması ehtimalı yüksəkdir. Həmi şəxslərin həm səfirlik, həm də “Rus evi” tərəfindən koordinə edildiyini söyləmək mümkündür. Ancaq “Rus evi”nin aqibəti, SSRİ bayrağı qaldıranların aqibəti onu deməyə əsas verir ki, belələrinin fəaliyyətə keçirilməsi ilə Azərbaycan dövlətinin sarsıda bilməzlər. Azərbaycan cəmiyyəti İmişlidəki məlum olayı pislədi və müstəqilliyimizə zidd olan addım kimi qəbul etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan xalqı “SSRİ xülyası” ilə yaşayanların arxasınca getməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün milli maraqlara söykənən siyasət aparır. Xarici ölkələrin burada uzantılarını daima neytrallaşdırır. Rusiyanin həyata keçirmək istədiyi yeni SSRİ planı da Azərbaycanda alınmaz. Ukraynaya Rusiyanın hücumu da əslində yeni SSRİ qurmaq planının tərkib hissəsidir. Digər postsovet ölkələrində isə Rusiya yumşaq güclə - öz “5-ci kolon”u vasitəsilə işləyir".

Ekspert düşünür ki, Ağsaqqallar Şurasında islahatlar aparılmalıdır. Belə görünür ki, Rusiyanın “5-ci kolon”u daha çox həmin təsisatdadır: “Şübhəsiz ki, onların təsir dairəsi ora ilə kifayətlənmir. Bu, təəssüf doğurur. Ancaq əminəm ki, dövlətimiz daha da gücləndikcə bu kimi şəbəkələr zəifləyəcək. Azərbaycan müstəqildir və öz azadlığı uğrunda mübarizə aparıb xalqının qanı, canı bahasına müstəqillik əldə edib. Biz torpaqlarımızı işğaldan azad etmək üçün şəhidlər vermədik ki, biriləri çıxıb bizə SSRİ-ni sırısın. Qarabağ məsələsini də SSRİ ömrünün son çağında Azərbaycana problem yaratmaq üçün yaratmışdı. Ona görə də "5-ci kolon"dakılara baş qalıdırmağa imkan verilməməlidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru