Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                 

"İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" - Çingiz Qənizadə
Tarix: 22-05-2025, 08:30 | Çap et

2023-cü il yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs mayın 21-i səhər saatlarında edam olunub.

Bildirilir ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub.

Səfirliyimizə hücum zamanı qətlə yetirilən Orxan Əsgərovun atası Rizvan Əsgərov bununla bağlı Musavat.com-a danışıb: “Edam xəbəri məni bir balaca sakitləşdirdi. Bu gün səhər saatlarında səfirliyə zəng etdim, dedilər ki, icra olunub. Həmişə özümü övladımın yanında günahkar hiss edirdim. Çünki oğlum şəhid oldu, onu qətlə yetirən şərəfsiz azadlıqda idi. Bu mənim üçün ən böyük dərd idi. Doğrudur, bala dağı həmişə qalacaq, keçən deyil. Ancaq heç olmasa qatilin layiqli cəzasına çatması bizə təskinlik oldu. O yara isə heç vaxt sağalmayacaq. Övlad dərdi dünyada ən ağır dərddir”.

R.Əsgərov bildirib ki, edam zamanı vəkili və İrandakı səfirliyimizin iki əməkdaşı orada olub: “Onlar qatilin tam ölməsinə əmin olandan sonra oranı tərk ediblər”.

Şəhidin atası qeyd edib ki, İran tərəfi edam kəndirini onun çəkməyini təklif etsə də, Azərbaycanda ölüm hökmü olmadığına görə icra edə bilməyib: “Bizim ölkəmizdə ölüm hökmü yoxdur, mən isə Azərbaycan vətəndaşıyam. Buna görə də hüquqi baxımdan mən edam hökmünü icra edə bilməzdim”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, qanunvericiliyə görə, zərərçəkənin nümayəndəsi edam prosesini izləmək hüququ olan şəxslərdən biridir: “Orxan Əsgərovun atası qatilin gözlərinə baxmaq istədiyini bildirmişdi. Bu hüquq təmin oluna bilərdi. Buna baxmayaraq, edamın reallaşması o deməkdir ki, İranda qanunlar pis-yaxşı işlək vəziyyətdədir. Bu cür cinayət törədən şəxsi uzun müddət qorumağa, onu psixoloji problemləri olan biri kimi təqdim etməyə çalışsalar da, heç bir səbəb olmadan prosesi çox uzatsalar da, sonda qanunun aliliyi təmin olundu”.

Ç.Qənizadənin fikrincə, Azərbaycan-İran münasibətlərində yeni mərhələ açılır: “Biz qonşularımızla dostluq münasibətlərini qoruyub saxlamaq niyyətindəyik. Təəssüf ki, bəzən bizə qarşı səmimiyyəti görmürük. İran da uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır. 44 günlük Vətən müharibəsində də İranın Azərbaycana münasibəti adekvat deyildi, ictimaiyyətə açıq olmayan problemlər yarandı. Eyni zamanda Zəngəzurla bağlı məsələdə Ermənistandan daha çox reaksiya verir. Amma ümid edirik ki, münasibətlər tənzimlənəcək. İran Prezidentinin Azərbaycana böyük heyətlə səfəri razılaşmalar, o cümlədən təkbətək görüşlər bunu deməyə ümid verir ki, iki ölkə arasında münasibətlər normallaşacaq. İran müsəlman dövlətidir, Azərbaycan isə hüquqi dünyəvi dövlət olsa da, İslam dininə etiqad üstünlük təşkil edir. Bu baxımdan hesab edirəm ki, İran və Azərbaycan arasında münasibətlər İslam dövləti olan İran üçün daha önəmlidir. Təəssüf ki, Ermənistan rəhbərliyi ilə görüşlərdə fars və erməni xalqları arasında bağlılıq olduğunu deyib din amilini kənara qoyurlar. Dini kənara qoyub 1000 illik bağlılıq axtarmaqdansa, eyni dini daşıyan və hörmətli yanaşma nümayiş etdirən Azərbaycanla əməkdaşlıq, dostluq etsələr, daha yaxşı olar. Bu, hər iki xalq və dövlət üçün önəmlidir. İran unutmasın ki, zamanında İrana qarşı təzyiqlər olanda Azərbaycan hava məkanını bəzi dövlətlər üçün bağlı olacağını bəyan edərək İranı qorumağa çalışmışdı. Təəssüf ki, İran zaman-zaman bunları unudur. Hər halda, dostluq və mehriban qonşuluq münasibətləri olsa, həm xalqlarımız, həm də dövlətlərimiz bundan faydalanar”.

Xatırladaq ki, iki il yarım öncə Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru