Mayın 25-də AMİP Ali Məclisinin iclası keçirilib.
Bu barədə Mia.az-ın sualını cavablandıran partiya funksioneri, eyni zamanda, partiyanın fəxri lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov bildirib ki, gündəlikdəki əsas məsələ partiyanın növbəti qurultayı olub.
Onun sözlərinə görə, müzakirələrdən sonra Ali Məclis növbəti qurultayla bağlı qərar verib: "Bununla bağlı rayon təşkilatlarında hesabat seçki yığıncaqlarına start veriləcək".
Əli Orucov deyib ki, bu qərar yerlərdə aktivlik yaradacaq, partiyaya yeni üzvlərin cəlbinə, eyni zamanda, partiyanın rəhbər heyətində yeni tərkiblərin formalaşmasına səbəb olacaq: "Hesab edirəm, bu proses ümumi işimizə böyük töhfə verəcək".