Əmək müqaviləsi ləğv edilmiş işçilər hansı hallarda və ya əsaslar olduqda, işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər?
İşsizlikdən sığorta almaq hüququna malik şəxslər: hansı müddətdə və məbləğdə bu ödənişi almaq hüququna malikdirlər?
Azərbaycan Respublikası qanunvericiliyində
bu əmək münasibətlıti qısa formada əsasən aşağıdakı qaydada tənzimlənir.
1. İşsizlik dığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” AR Qanununa uyğun olaraq, bu qurumda işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər.
2. Sığorta ödənişini almaq üçün 3 əsas şərt olmalıdlr:
2.1 Dövlət orqanı,hüquqi şəxs ləğv edildikdə
2.2. İşçilərin sayı və ştatları ixtisar edildikdə
2.3. Əmək müqaviləsi müddəti qurtardıqda
3.Bu zaman sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğindən hesablanır.
4. Orta aylıq əmək haqqı:sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölünməsi yolu ilə tapılır.
5. Hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, ilk dəfə təyin olunan sığorta ödənişi: minimum sığorta ödənişinin məbləğindən az olmayaraq, orta aylıq əmək haqqının 50 faizindən - aşağıdakı qaydada hesablanır və ödənilir:
5.1. İlk 2 təqvim ayı üçün – 100 faiz;
5.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz;
5.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz.
Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir: hal hazırda 400 manat.
6. Uşağa görə əlavə sığorta ödənişi: sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
7. Əmək müqaviləsinin müddəti qurtardıqda əsası ilə: 3 ay müddətində, hal hazırda - 400 manat işsizlikdın sığorta haqları ödənilir.
8. İşsizlikdən sığorta almaq hüququ olan şəxs - işə düzələ bilmədikdə, ümumi olaraq
bu hüquqdan 9 ay müddətində istifadə edə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)