“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Rəşad Məlikov Rasim oğlu “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvü, eləcə də İdarə heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı təyin olunub.
Təhsil:
Rəşad Məlikov 2005-2009-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini sözügedən universitetdə 2009-2013-cü illərdə davam etdirərək MBA proqramı (Biznesin təşkili) üzrə magistr dərəcəsi alıb.
İş həyatı:
Rəşad Məlikov bank sektorunda peşəkar karyerasına 2011-ci ildə Bank of Baku-da başlayıb. Həmin ildən 2018-ci ilədək Aktiv/passivlərin idarə edilməsi və büdcə təşkili departamentində, Maliyyə departamentində fərqli vəzifələri icra edib.
2018-ci ildən etibarən Maliyyə departamentinin Proqnoz və büdcə şöbəsinin müdiri olaraq çalışıb. 2019-cü ildən isə bu vəzifə ilə yanaşı, baş mühasib vəzifəsini yerinə yetirib.
2022-ci ildən hazırkı təyinata qədər Bank of Baku-da Maliyyə departamentinin direktoru/Baş mühasib olaraq fəaliyyət göstərib.