“Özbəkistan Ermənistanla qarşılıqlı olaraq İrəvan və Daşkənddə səfirliklərinə açılmasına maraq göstərir”.
Teleqraf xəbər verir ki, bunu Ernənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
Onun sözlərinə görə, Ermənistan Özbəkistanla əlaqələrin inkişafında maraqlıdır, tərəflər arasında İrəvan və Daşkənddə qarşılıqlı səfirliklərin açılması imkanları da müzakirə olunur.“Bu məsələnin həllinə nə vaxt çatacağımızı söyləmək çətindir. Bununla belə, özbək tərəfdaşlarımızda müəyyən maraq görürük”, - Səfəryan deyib.
Diplomat xatırladıb ki, aprelin 29-da Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın Daşkənddə keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak edib. Forum çərçivəsində Qriqoryan Özbəkistan baş nazirinin müavini ilə görüşüb. İki ölkə arasında birbaşa aviareyslərin açılması imkanları müzakirə edilib. Bundan əlavə, Özbəkistandan Ermənistana işgüzar səfərlərin təşkili barədə razılıq əldə olunub.