Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycanı və Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik etməsi bu ölkədə müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, əksər partiya və siyasət adamları buna münasibət bildirməyə çalşır.
Erməni hüquqşünas Raffi Aslanyan deyib ki, guya, Paşinyan erməni xalqını “soyqırım” etmiş Azərbaycanı bu şəkildə təbrik etmək “xəyanət”dir. “Erməni xalqını soyqırım və deportasiya etmiş Azərbaycanın bayramını təbrik etməyi ancaq Paşinyan edə bilərdi”.
“Yaşayacaq ölkə” partiyasının rəsmisi Davit Manukyan isə bu təbrikin qurban bayramı ilə bitəcəyinə inanmadığını bildirib: “Qorxuram ki, sabah Ermənistan lideri Azərbaycanı Qarabağı işladan azad etməsi münasibətilə təbrik etsin”.