Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən minik avtomobillərin satın alınması məqsədilə elan edilmiş tender proseduru ləğv edilib.
FED.azxəbər verir ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 827.439,00 manat təşkil edirdi. Bu vəsait hesabına 13 avtomobilin alınması planlaşdırılırdı ki, onların Nazirliyin tabeçiliyində olan yanğından mühafizə strukturlarının fəaliyyətinə dəstək məqsədi daşıdığı bildirilirdi.
Müsabiqənin ləğv edilmə səbəbi kimi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci bəndi göstərilib. Bu bəndə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduqda, tender proseduru etibarsız sayılır.
Tenderin dərc tarixi 26 aprel 2025-ci il, saat 18:24, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 20 may 2025-ci il saat 14:00 olaraq göstərilmişdi. Beləliklə, nəzərdə tutulan müddət ərzində minimum iştirakçı tələbi təmin edilmədiyindən proses nəticəsiz qalıb.
Hazırda FHN tərəfindən təkrar tender elanının verilib-verilməyəcəyi barədə rəsmi açıqlama yoxdur. Lakin təcrübə göstərir ki, bu cür ləğvlərdən sonra aidiyyəti qurumlar ya satınalmanı yenidən təşkil edir.
Xüsusilə fövqəladə hallarla mübarizə strukturları üçün nəqliyyat vasitələrinin vacibliyi nəzərə alınsa, bu satınalmanın təxirəsalınmaz şəkildə yenidən gündəmə gələcəyi gözlənilir.