“Ermənistanın gələcək əsrlərdə salamat qalmasını təmin etmək üçün tariximizdə belə şansımız olmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir hökumətin iclasında Ermənistanın qarşısında dövlətin davamlılığının təmin edilməsi perspektivlərinin açıldığını bildirib:
“Biz cəhənnəm hadisələrindən keçərək o yerə çatmışıq, ölkəmizə elə imkanlar yaradılıb ki, dövlətin gələcək əsrlərdə salamat qalmasını təmin etmək üçün tariximizdə belə şansımız olmayıb. Əlbəttə, təhlükələrin də olduğu göz qabağındadır və bu təhlükələr həmişə olub. Amma yeni təhlükələr yoxdur. Amma fərq nədir? Birincisi, biz bu təhdidləri idarə etmək üçün nəzəri və praktiki imkan əldə etmişik, ikincisi, mövcud təhlükələrə qarşı tarazlıq kimi ölkəmiz qarşısında inanılmaz perspektivlər açılıb”.