İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, əsas nüvə obyektinin yerləşdiyi İranın mərkəzi İsfahan əyalətinin Natanz şəhərində partlayış səsləri eşidilib.
"Uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən birinə ev sahibliyi edən Natanzda güclü partlayış səsləri eşidilib", - məlumatda deyilir.