Bazar ertəsi, 23 iyun 2025, 00:55:34  
   "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                 

“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Tarix: 17-06-2025, 15:32 | Çap et

"Bilmirəm, nə qədər casusa oxşayıram..."

Lent.az-ın müsahibi sabiq Mədəniyyət Naziri Əbülfəs Qarayevdir. 26 il nazir postunda çalışan Əbülfəs Qarayev 2020-ci ildə vəzifəsindən ayrılıb.

- Əbülfəs müəllim, hazırda nə işlə məşğulsuz?

- Azərbaycan Dövlət Turizm və Menecment universitetində çalışıram. 6 magistrim var. Onların elmi rəhbəriyəm. Çox dəyərli elmi tədqiqatları olur. Onlarda daimi görüşürük, yazdıqları tədqiqatlara öz tövsiyələrimi verirəm. Bu ayın sonuna kimi onların 5-i dissertasiya işlərini müdafiə edəcəklər. İnanıram ki, uğurlu da olacaq.

Digər tərəfdən isə son vaxtlar turizm sənayesi ilə bağlı işlər görürəm. Məsələn, Beynəlxalq Turizm və İnvestisiya təşkilatının məşvərət şurasının üzvüyəm. Dünya turizm fondunun tədbirlərinə dəvət olunuram. Həmin tədbirlərdə çıxışlar edirəm. Azərbaycanı, ölkəmizin turizm təcrübəsini təbliğ edirəm. Bundan əlavə, İngiltərənin Koventri Universitetinin professoruyam. İldə iki dəfə ora gedirəm.

Qalan vaxtları isə öz şəxsi həyatıma üstünlük verirəm.

- İstirahətinizi necə keçirirsiz?

- Daha çox bağda yaşayıram. Boş vaxtlarımda mütaliə edirəm, idmanla məşğul oluram.

- Hansı idmanla?

- Daha çox üzgüçülüklə məşğulam, lakin digər idman növləri ilə də maraqlanıram. Bundan əlavə səyahətlərə çıxıram.

- Neçə ölkəni səyahət etmisiz?

- "Apple"-də bir proqram var, orada getdiyin yerləri qeyd edə bilirsən. Lap köhnə dövrlərdən getdiyim ölkələri orada yaddaşda saxlayırdım. Təxminən dünya ölkələrinin 40 faizində olmuşam.

- Ən sevdiyiniz şəhər hansıdır?

- Bakı...

- Bakıdan başqa.

- İstanbul və Londonu sevirəm. Bu şəhərlərin özünəməxsus həyat ritmi var. Daha çox oraya gedirəm. Çünki nəvələrim Londonda oxuyur.

- Həm də müəllimliklə məşğulsuz. Özünüzü nazir, ya müəllim kimi daha rahat hiss edirsiz?

- İş orasındadır ki, nazir olmamışdan əvvəl də müəllim idim. Daha sonra uzun illər nazir vəzifəsində çalışmışam. Hər işin özünəməxsus çətinlikləri var. Lakin dövlət işində təcrübə qazanmış insan üçün müəllimlik etmək kifayət qədər gözəldir.

- Vəzifədən ayrılandan sonra onun boşluğunu özünüzdə hiss edirdiz?

- Sözsüz ki. Düz 5 ildir ki, işdən çıxmışam. İlk illərdə kifayət qədər çətin idi. Hiss edirdim ki, müəyyən bir boşluq var. Fəaliyyətsizlik insanı çətinliyə salır. Lakin insan yeni mühitə uyğunlaşır. Müəllimlik, konfranslar, tədbirlər... Hazırda normal hiss edirəm. Lakin bu gün yenə mənim vaxtım nələrsə etmək üçün çatmır. Vaxtilə kollegiyanın iclası keçirilirdi. Bir qurumun rəhbərinə deyirdim ki, niyə filan şeyləri etmirsiz, kompüteriniz var, hər şeyiniz var. Dedi ki, hər şeyimiz var, vaxt yoxdur. Həyat belədir. Öz yaşayışımıza uyğunlaşmağımız daxili dünyamızdan asılıdır.

- Texnologiya ilə aranız necədir?

- Açığı, telefon və digər texnologiyalar həyat tərzini çox dəyişdi. Hiss edirəm ki, kitablara daha az vaxt ayırıram. Çünki texnologiyalarda daha sürətli informasiya mübadiləsi gedir. Dünya proseslərinin içində olmaq üçün gərək onlara nəzarət edəsən. Vaxtilə böyük romanları oxumağa vaxt tapırdım, amma indi nisbətən qısa romanlar oxuyuram. Texnologiyaları, süni intellekti dərindən bilməsəm də, gündəlik həyatımda yazılarımı, mühazirələrimi kompüterlə hazırlayıram. Lakin texnologiya insanlar arasında canlı ünsiyyəti məhv etməməlidir.

- Sosial şəbəkələrdən istifadə edirsiz?

- "Facebook" hesabım var, amma oraya heç nə yerləşdirmirəm. Daha çox dostlarımın, yazıçıların, musiqiçilərin fəaliyyətini, muzey işlərini, idmanı izləyirəm.

- Bir az da mədəniyyətdən danışaq... Mədəniyyətlə bağlı beynəlxalq tədbirlərimiz keçirilir. Məsələn, ədəbiyyatla bağlı. Niyə bu tədbirlər quru stendlərdən ibarət olur? Azərbaycan mədəniyyətini daha yaradıcı formada təbliğ etmək də olar axı...

- Sizinlə birmənalı razılaşa bilmərəm. İş orasındadır ki, ədəbiyyatın təbliği müxtəlif yollarla həyata keçirilir. Birincisi, beynəlxalq kitab yarmarkaları olur. Mən işlədiyim dövrdə, bildiyim qədərilə elə bu gün də Azərbaycan orada çox böyük stendlərlə çıxış edib, son nəşrləri təqdim edib. Bu fuarlarda Azərbaycan kitabları mükafatlara da layiq görülüb. İkinci təbliğat forması yazıçılarımızın kitablarının tərcüməsidir. Bunun üçün mütləq beynəlxalq nəşriyyat evləri ilə əlaqələr saxlanmalıdır. Vaxtilə Azərbaycan Yazıçılar Birliyinin vasitəsilə, Səlim Babullaoğlu ilə Azərbaycan yazıçılarının kitablarını bəzi Avropa və MDB ölkələrinin dillərinə tərcümə etdik. Və o ölkələrin ədəbiyyatını da Azərbaycan dilinə tərcümə etdik.

- Tərcümə mərkəzi də bağlandı bu yaxınlarda...

- Bəli, Tərcümə Mərkəzi vaxtilə çox gözəl işlər görürdü. Orada həm Azərbaycan ədəbiyyatı xarici dillərə, həm də dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə olunurdu. Kitab nəşri xaricdə böyük bir biznes sahəsidir. Bununla daha çox özəl şirkətlər məşğuldur. Əgər AYB bu cür təşkilatlarla ünsiyyət qursa, onda Azərbaycan kitabları daha yüksək səviyyədə təmsil olunacaq. O ki qaldı yüksək mükafatlara, Sovet dövründə Azərbaycan kitabları çox böyük mükafatlara layiq görülürdü. Təkcə kitablar yox, musiqisi, rəssamlığı də seçilirdi. SSRİ dağılandan sonra məkan böyüdü. Burada bir neçə amil var. Siz mütləq xarici dilləri bilməlisiz. Tərcümə məktəbləri peşəkar səviyyədə olmalıdır. Və bu işlər kommersiya əsasında görülməlidir. Dövlət bir neçə kitaba dəstək göstərə bilər, amma kütləvi şəkildə yox. Bunun üçün sponsorlar olmalıdır.

- Bizdə sponsorlar kitab nəşrində niyə maraqlı deyillər?

- Yəqin ki, sponsorların diqqətini cəlb etmirlər. Sponsor görməlidir ki, onun dəstək olduğu layihə gələcəkdə bir əks-səda verəcək. Mən işlədiyim dövrdə Heydər Əliyev Fondu bir çox layihələrə sponsor oldu. Azərbaycanda yüksək mükafatlara layiq ədəbiyyatın formalaşması gənc nəslin istedadından da asılıdır

- Sizcə, elə yazıçılar var bizdə?

- Əlbəttə. Hesab edirəm ki, həm Mədəniyyət Nazirliyi, həm Azərbaycan Yazıçılar Birliyi beynəlxalq səviyyədə əlaqələr qurmalıdır və onların vasitəsilə bu işləri görməlidir.

- Mövlanə Cəlaləddin Ruminin məzarı Türkiyənin Konya şəhərindədir. Onlar Konyaya elə ab-hava veriblər ki, hər il 10 minlərlə turist məhz Mövlanə Cəlaləddin Rumiyə görə o şəhəri ziyarət edir. Bu həm də Türkiyə iqtisadiyyatına müsbət təsir edir. Bizim də Nizamimiz və Gəncəmiz var. Niyə 30 illik müstəqillik dövründə Gəncəni Konya kimi bir şəhər edə bilmədik?

- Azərbaycanda həmişə ədəbiyyata kifayət qədər diqqət göstərilib. Bunu sadəcə yeni bir formaya salmaq lazımdır. Gəncədə muzeyimiz də, Nizaminin məqbərəsi də var. Ora ziyarətgaha da çevrilə bilər. Yəqin ki, hansısa xüsusi layihələr hazırlanmalıdır. Nizaminin dünyaya çatdırılması üçün festivallar keçirilməlidir. Bu işi birdən-birə təşkil etmək çətindir. Bunun üçün hazırlıq lazımdır. Sabir ədəbiyyat günləri Şamaxıda keçirilir, şairlər gedir oraya. Amma Rumi bir az fərqli məzmundur. Çünki Rumi, təsəvvüf bəşəriyyətin ayrı bir fəlsəfə məktəbi kimi formalaşıb. Lakin sizinlə razıyam ki, Nizaminin həm Azərbaycan, həm dünya ədəbiyyatına qoyduğu izin təbliği yeni formalara keçməlidir. Nizaminin şeirlərinə nə qədər musiqi yazılıb, rəssamlıq məktəbimiz ondan bəhrələnib. Bütün bunları birləşdirib bir Nizmai anlayışının formalaşdırılması yaxşı bir ideyadır. Sizin bu fikrinizi dəstəkləyirəm. Vaxtilə bu haqda düşünmədik, amma bu gün də, yəqin ki, gec deyil. Onu etmək lazımdır.

- Yəqin ki, hazırda “AzDrama”da olan gərginlikdən xəbəriniz var. Vaxtilə bu cür problemlər Afaq Bəşirqızı ilə Azərpaşa Nemətov arasında da olurdu. Niyə “AzDrama”ya kim rəhbər təyin edilsə, bu cür gərginliklər olur?

- Teatr özünə görə bir dünyadır. O dünyanın bir dramatik mühiti olmalıdır. Teatr mühitində bir rəqabət olur və bu, daha çox insanın istedadı ilə bağlıdır. Hər istedadlı insanın özünə məxsus baxışı var. Buna görə də bu konflikt həmişə olacaq. Lakin mütləq bu problem etik çərçivədə olmalıdır. Təhqiramiz konfliktə çevrilməməlidir. Teatr üzdə olan sahədir deyə, o dəqiqə ictimailəşir. Yoxsa bu cür konfliktlər bütün sahələrdə olur. Hansısa bir zavodda müdirlə işçi dalaşsa, bunu heç kim bilməyəcək. Amma teatr elə sahədir ki, ictimaiyyətin gözü qabağındadır.

- Hansı yaşayan müğənniləri dinləyirsiz?

- Çoxunu. Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov, Miri Yusif, Röyaya qulaq asıram. Bundan əlavə Azərbaycan cazı ilə maraqlanıram - Şahin Növrəslini dinləyirəm. Caz festivallarına gedirəm. Bir neçə gün öncə Fəxrəddin Kərimovun yubileyinə həsr olunmuş konsertə getmişdim. Üstünlük verdiyim musiqi isə daha çox cazdır.

- Dinlədiyiniz müğənnilər arasında Miri Yusifin də adını çəkdiz. Fəxri adlarla bağlı əsasnamədə var ki, bir fəxri adı alandan sonra ən azı 5 il keçməlidir ki, növbəti fəxri ad verilsin. Lakin Miri Yusif 2018-ci ildə Əməkdar, 2019-cu ildə, yəni 1 il sonra isə Xalq Artisti adı alıb. Bu necə oldu?

- Bəzən xüsusi imtiyazlar və vəziyyətlər olur ki, orada qaydadan kənarda qərarlar qəbul edilir. Məsələn, bayram ərəfəsində ola bilir və ya 1-2 il müddətində kimsə öz istedadını daha çox nümayiş etdirir, insanlar tərəfindən qəbul edilir. Sizə elə gəlməsin ki, nazir oturur orada və ağlına kim gəlsə, yazıb verir. Bunlar hamısı dövlət rəhbərliyinin imzası ilə verilən adlardır. Onların əldə olunması üçün müəyyən mərhələləri keçir. Amma bu imtiyazlar çox nadir hallarda olur.

- Hansı imtiyazlar idi o?

- Bəlkə də, hansısa xüsusi tədbirdə böyük uğurla çıxış etməsi olub. Miri Yusif mən bildiyimə görə, xalq tərəfindən qəbul olunan bir müğənnidir. Kimisə burada günahlandırmaq düzgün olmaz. Bu tənqid mənə doğrudursa, Miri Yusifi ömrümdə 3 dəfə görmüşəm. Salamlaşıb təbrik də etmişəm. Musiqisini də bəyənirəm. Hər bir qaydanın müəyyən imtiyazları olur. Onun da qisməti belə oldu. Amma buna görə heyifsilənmirəm.

- Sizcə, elə sənət adamları var ki, o ada layiqdi, amma 5 ili tamam olmayıb deyə, almır?

- Yəqin ki, var. Elələri var ki, 20 il bundan qabaq da layiqdirlər, amma almayıblar.

- Niyə?

- Çünki həmin o qaydalara uyğunlaşmayıblar.

- O qaydalar nələrdir?

- Onun üçün gərək o əsasnaməni götürüb oxuyasız. İndi belə bənd-bənd deyə bilmərəm. Mən nazir işlədiyim dövrdə Azərbaycan mədəniyyətində təxminən 60 min adam çalışırdı. Onların arasında kitabxanaçılar, muzey işçiləri, müəllimlər də var. Hamısı da fəxri ad istəyir. Hər bir ilin müəyyən sayı olur. Bu il 5, gələn il 10, o biri il 15 nəfərə. Hamıya eyni vaxtda vermək mümkün deyil. Çox istedadlı rəssamlarımız var, hamısına bir yerdə vermək olmur axı.

- Sizcə, bu adlar lazımdır?

- Vaxt gələcək, bu adlar ləğv ediləcək. Onlar Sovet dövründən qalıb. Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi. O vaxt Ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, bu adlar saxlanılsın. Şou-biznesdə onlarla istedadlı insanlar var ki, tanınırlar, toylara çağırılırlar, pul qazanırlar və heç bu ad haqqında düşünmürlər də.

- İstərdim, kino sahəsindən də danışaq. Bizim kinolar niyə böyük mükafatlara çıxa bilmir?

- Mənim işlədiyim dövrdə Azərbaycan filmləri 250-dən çox beynəlxalq festivalda iştirak edib. Bir neçə müharibə mövzusunda da filmlər var idi. Böyük filmləri çəkmək üçün böyük vəsait, sponsor lazımdır. Dövlət bütün filmlərin çəkilişini öz üzərinə götürə bilməz.

- Mədəniyyət Nazirliyi tərəfindən çəkilən filmlərdə senzuralar olurdu?

- Sözsüz ki olurdu. Xalqımızın mənəviyyatına zidd olan səhnələr məhdudlaşdırılırdı. Lakin digər ideoloji mövzularda məhdudiyyət olmurdu.

- Məsələn, nazirlik tərəfindən müharibə mövzusunda film çəkilir, komandirin, əsgərin ən böhranlı anında belə 1 kəlimə söyüş olmur. Bu qeyri-təbiilik yaratmır?

- Hamımızın uşağı, nəvəmiz o filmə baxacaq. Əgər biz istəmiriksə ki, onlar da bu sözü işlətsin, onda bunu kinodan təmizləməliyik. Bunu xalq qarşısına çıxarırıq. Bəzi ölkələrdə bu sözlər lüğət tərkibinə keçib artıq.

- Azarkeşi olduğunuz futbol komandası var?

- Bəli, "Qarabağ"a azarkeşlik edirəm. Xaricdə keçirilən bütün oyunlarına baxmağa gedirəm. İdmançılar arasında çox gözəl dostlarım da var. İdman Naziri işlədiyim vaxtları çox gözəl təəssüratlarla xatırlayıram.

- Bəs dünya klublarından necə?

- Var. "Barselona", "Mançester Siti" və sair. Son zamanlar "Real Madrid"in oyunu çox xoşuma gəlir. Əfsuslar olsun ki, Azərbaycan milli yığması haqqında bunu deyə bilmərəm. Azərbaycan klubları inkişaf etmək istəyirsə, legionerlərin sayını məhdudlaşdırmalıdır.

- Bir müddət əvvəl Azərbaycanda "Rus evi" bağlandı. Ondan sonra rus agentləri adı çəkildi. Siyahıda sizin də adınız var idi. Niyə sizin də rus agenti olduğunuzu düşünürdülər?

- Mən məktəbə rus bölməsinə getmişəm, Moskvada İctimai Elmlər akademiyasında dissertasiyamı Azərbaycan mühacirəti mövzusunda yazmışam. Lakin həm rus, həm başqa ölkələrin həmkarlarıyla ancaq Azərbaycan xalqının yüksək mədəni səviyyəsini qoruyub təbliğ edirdim. Bu bir siyasi oyundur. Kimisə yada salmaq, kimisə pisləmək istəyirlər. Bilmirəm, nə qədər casusa oxşayıram. Özüm hərdən hansısa Rusiyanın nümayəndələrini görəndə görüşüb zarafatyana deyirəm ki, “casusdan salam” (gülür). Mənim bu ölkədə köküm var. 26 il nazir olmuşam. Bunu heç zarafat kimi də qəbul edə bilmirəm. Mən özümü Azərbaycansız təsəvvür edə bilmirəm.

APA GROUP











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru