Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                 

Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:16 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfəri regional siyasətdə diqqətlə izlənilən hadisələrdən birinə çevrilib. İki ölkə arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda bu səfər ilk baxışda barış və normallaşma mesajı kimi təqdim olunsa da, əslində, onun arxasında daha geniş geosiyasi məqsədlər və hesablama dayanır. Paşinyan rəhbərliyinin Türkiyə ilə əlaqələri normallaşdırmaq təşəbbüsü yalnız iqtisadi-siyasi izolyasiyadan çıxmaq deyil, həm də Ermənistanın regionda dəyişən qüvvələr nisbətində mövqeyini qoruyub saxlamaq cəhdidir. Lakin bu prosesin özünəməxsus şərtləri və keçilməli olan ciddi mərhələləri var – ən başlıcası isə Azərbaycanla sülh sazişinə imza atılmasıdır.
Siyasi ekspert Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regionun gələcək nizamlanması və geosiyasi dinamikası kontekstində mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər:
“Bu səfər bir tərəfdən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addım kimi təqdim edilsə də, əslində, rəsmi İrəvanın konkret siyasi, iqtisadi və geostrateji hədəflərinə yönəlmiş məqsədli təşəbbüs kimi çıxış edir.
Paşinyan hökuməti bu səfərlə aşağıdakı başlıca məqsədlərə çatmağa çalışır. Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə ilə münasibətlər qurmaq – Ermənistan tərəfi Türkiyə ilə münasibətləri Bakının maraqlarından kənar və ona təsirsiz şəkildə inkişaf etdirməyə çalışır. Bu isə həm regiondakı real güc balansına, həm də Bakı-Ankara tandeminin vahid mövqeyinə ziddir.
Ermənistanın əsas tələbi və ümidi sərhədlərin mümkün qədər tez, hər hansı ön şərt olmadan açılmasıdır. Bu, ölkənin iqtisadi təcrid vəziyyətindən çıxması üçün həyati əhəmiyyət daşıyır.
Ermənistan “sülhün kəsişməsi” adlandırılan layihəni önə çəkməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərdən yayınmağa və regional kommunikasiyanın açılmasında alternativ yanaşma formalaşdırmağa çalışır”.
 
Ekspertin fikrincə, Paşinyanın səfəri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də regionda formalaşan yeni reallıqlarla bağlıdır:
“Ukrayna ətrafında başlanan yeni diplomatik proseslər fonunda Moskvanın regionda yenidən aktivləşməsi gözləniləndir. Bu aktivlik ilk növbədə Ermənistan üzərindən həyata keçirilə bilər. Paşinyan isə Rusiya təsirindən çıxmaq və manevr imkanlarını genişləndirmək üçün Türkiyə ilə yaxınlaşmanı bir vasitə kimi görür. İqtisadi əməkdaşlıq və sərhədlərin açılması ona Moskva qarşısında daha müstəqil davranmaq imkanı verə bilər. Ermənistan üçün strateji müttəfiqlərdən sayılan İranın regionda təsir imkanlarının azalması İrəvanı təklənmiş vəziyyətə salır. İran faktiki olaraq Cənubi Qafqazdakı bir çox proseslərdə passiv rola keçib və bu, Ermənistanın digər alternativ güclərlə yaxınlaşmaq cəhdlərini şərtləndirir. Türkiyə bu boşluğu doldura biləcək əsas aktor kimi görünür”.
A. Nərimanlı həmçinin qeyd edib ki, Ərdoğan-Paşinyan görüşü bir gün əvvəl Prezident İlham Əliyevlə baş tutmuş təmasdan dərhal sonra keçirilib ki, bu da simvolik məna daşıyır: “Türkiyə açıq şəkildə Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan-Ermənistan sülh prosesindən ayırmır və bu baxımdan Paşinyana Ankara-Bakı gündəliyini təqdim edir. Ərdoğan-Paşinyan görüşündə sülh prosesinin müzakirə edilməsi də bu kontekstdə təsadüfi deyil. Ermənistan üçün Türkiyə heç vaxt bu qədər əhəmiyyətli və strateji oyunçu olmamışdı. Paşinyan bu reallığı qəbul edərək, həm iqtisadi, həm də siyasi dalandan çıxmaq üçün Ankara ilə münasibətləri önə çəkməyə çalışır. Lakin bu yolun sonunda açılacaq qapı dəyişməz olaraq qalır: Ermənistan, Türkiyə ilə real və davamlı münasibətlər qurmaq, sərhədlərin açılmasına nail olmaq üçün Azərbaycanla sülh sazişini imzalamağa məcburdur. Beləliklə, Paşinyanın səfəri Ermənistanın regional siyasətdə yeni prioritetləri müəyyən etməyə çalışdığını göstərir. Lakin bu istiqamətdə uğur qazanmaq üçün İrəvan əvvəlcə regionun əsas güc mərkəzlərindən biri olan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda, Ermənistanın istəkləri siyasi deklarasiyadan kənara çıxmayacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru