Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                 

"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Tarix: 22-06-2025, 06:24 | Çap et

İyunun 18-də keçirilmiş Azərbaycan dili fənni üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanından narazılıqlar səngimək bilmir. Sosial şəbəkələrdə fikirlərini bölüşən bir çox müəllimlər qeyd etdiyimiz fənn üzrə imtahanın yenidən keçirilməsini tələb edirlər.

Bəs Azərbaycan dili müəllimlərinin narazılıqlarına əsas varmı?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı bir daha təhsilin real vəziyyətini, xüsusilə pedaqoji korpusun hazırlıq səviyyəsini acı şəkildə üzə çıxardı:

"Sosial şəbəkələrdə yayılan narazılıqlara baxmayaraq, əslində təqdim edilən sualların əksəriyyəti 8–9-cu sinif dərsliyi səviyyəsində, təməl fənn biliklərini və metodiki yanaşmaları əhatə edən, hər bir müəllimin gündəlik dərs prosesində müntəzəm olaraq istifadə etməli olduğu mövzulardan ibarətdir. Bu suallara cavab verə bilməyən müəllimin nəinki şagirdə bilik verməsi, heç sinfə daxil olmaq üçün mənəvi haqqı belə müzakirə mövzusudur".

Ekspert qeyd etdi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim müvafiq ixtisas üzrə ali pedaqoji və ya ali təhsil almalı, daim öz ixtisası üzrə biliklərini artırmalı, metodik yenilikləri izləməli və tətbiq etməlidir.

"Amma real mənzərədə bunun əksi müşahidə olunur. Bir çox müəllim ilboyu tədris etdiyi sahədə nəzəriyyə və praktika arasında körpü qura bilmir, sertifikasiya imtahanı zamanı təqdim olunan mətnləri düzgün anlamaqda, sualların cavablarını təhlil etməkdə, metodiki situasiyalara adekvat yanaşma göstərməkdə çətinlik çəkir.

Bu halın əsas səbəbi illərlə davam edən passivlik, oxumamaq və tənbəllikdir. Bəzi müəllimlər imtahandan keçmək üçün yalnız son anda hazırlaşır, ümumiyyətlə təhsilə xidmət yox, sadəcə iş yeri kimi baxırlar. Halbuki müəllimlik yalnız bilik vermək deyil, həm də öyrənmək məsuliyyəti daşımaqdır. Öz üzərində işləməyən, fənnini sevməyən və metodikasına bələd olmayan müəllim nəinki şagirdə stimul verir, əksinə, təhsildən uzaqlaşdırır.

2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, bir çox ixtisaslarda keçid faizi 60%-dən aşağı düşüb. Xüsusilə riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimləri üzrə nəticələr ciddi suallar doğurur. Bu fənlər üzrə sualların böyük əksəriyyəti ümumtəhsil proqramlarına uyğun, mövcud dərsliklər əsasında hazırlanıb. Beynəlxalq praktika ilə müqayisədə isə bu testlər hətta sadələşdirilmiş səviyyədədir. Məsələn, Finlandiyada müəllimlərin ilkin qiymətləndirməsi yalnız bilik yox, həm də pedaqoji yaradıcılıq, refleksiya və şagirdin inkişafına yönəlik strateji planlaşdırma kimi komponentləri əhatə edir. Bizdə isə sadə qrammatik konstruksiyalar, riyazi təhlillər və ibtidai məntiqi anlayışlar çətinlik doğurursa, burada artıq təhsil sisteminin yox, müəllimin məsuliyyəti sual altındadır", - deyə K.Əsədov vurğuladı.

Ekspert qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin məqsədi müəllimləri imtahanla əzmək yox, onları inkişaf yoluna yönəltməkdir.

"Amma bu təşəbbüsə qarşı çıxan, “niyə qiymətləndirilirik?” deyə etiraz edən müəllimlər təkcə təhsilin yox, cəmiyyətin gələcəyinə də təhlükə yaradır. Çünki şagirdin təhsili müəllimin səviyyəsindən başlayır. Əgər müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, sadəcə məktəbə deyil, millətə ziyan verir.

Müsbət tərəfi odur ki, bu proses nəticəsində bacarıqlı, hazırlıqlı və öz üzərində çalışan müəllimlər fərqlənir, onların əməyinin qarşılığı olaraq maaşlarında artım təmin edilir. Hazırda sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərə 35–10% arası maaş əlavəsi verilir. Bu da sağlam rəqabəti təşviq edir".

Müsahibimizin fikrincə, maaş artımı kəmiyyətə deyil, keyfiyyətə bağlı olmalıdır.

"Bu baxımdan, gələcəkdə əlavə dərs saatlarının verilməsi yalnız yüksək nəticə göstərən müəllimlərə deyil, real praktik nəticələri olanlara təklif edilməlidir.

Nə dəyişəcək? Sertifikasiya imtahanlarının nəticələri rayon təhsil şöbələrinin kadr siyasətinə, müəllimlərin vəzifə irəliləyişinə və peşəkar inkişafına birbaşa təsir göstərəcək. Nə dəyişməlidir? Artıq müəllim yalnız diplomla deyil, faktiki bilik və bacarıqla sistemə daxil olmalı, hər 5 ildən bir bilik səviyyəsini rəsmi olaraq təsdiqləməlidir.

Əgər təhsilin inkişafını istəyiriksə, müəllimin inkişafı labüddür. Müəllim səviyyəsini qaldırmadan nə kurikulum dəyişəcək, nə dərsliklər faydalı olacaq, nə də şagird uğur qazanacaq. Təhsil sistemində dəyişiklik ilk növbədə müəllimin özündən başlamalıdır. Çünki müəllim həm məktəbin, həm də millətin ürəyidir. Bu ürək döyünmürsə, sistem də nəfəs ala bilməz", - deyə Kamran Əsədov bildirdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru