“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                     Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                     Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... .....                     İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər .....                     "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə .....                     AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar .....                     Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... .....                     "EV Azerbaijan" MMC nizamnamə kapitalını .....                 

"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Tarix: Bu gün, 08:41 | Çap et

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Bir neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmenti Abşeronda 16 yaşlı qızın yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollasına evlənmək məqsədilə qoşulub qaçmasını müzakirə edir. Qəsəbə məscidinin imamı Turab Tahirov deyib ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib: “Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. "Boşanmışa qız vermərik" deyərək, imtina ediblər".

16 yaşlı qız isə imamla öz istəyi ilə getdiyini bildirib: “Turab mənə çox dedi ki, "18 yaşın tamam olsun, sonra qaçaq". Mən dedim “gəl gedək”. Onsuz da 1 ay yarımdan sonra 17 yaşım tamam olacaq".

Qeyd edək ki, qız qaçırıldıqdan sonra onun ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Yəni qız 18 yaşına çatmasa da, hər iki tərəf evlənməyə hazırlaşır. Bu halda qanun nə deyir? Azyaşlı qızın könüllü şəkildə qoşulub qaçmasından sonra molla cəzalana bilərmi, yoxsa cütlüyün etirafları fonunda həmin kişi məsuliyyətdən azad olur?

Bəs İslam dini, şəriət konkret halda nə deyir?

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, azyaşlı şəxslə nikah və ya nikaha bərabər tutulan münasibətlər qurmaq, həmin şəxsi evliliyə məcbur etmək, yaxud onunla könüllü şəkildə belə əlaqəyə girmək cinayət tərkibli əməl sayılır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18-dir. Yalnız məhkəmənin qərarı ilə istisna hal kimi bu yaş maksimum 1 il azaldıla bilər. Bu halda da valideynlərin razılığı və əsaslandırılmış səbəblər tələb olunur.

Qız 18 yaşına çatmadığı üçün onun öz razılığı hüquqi qüvvəyə malik deyil. Yetkinlik yaşına çatmamış şəxslə, onun razılığı ilə olsa belə, hər hansı intim və ya evlilik niyyəti ilə yaxınlıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cəzalandırılır.

Din xadiminin məsuliyyəti daha ağırdır. Belə ki, hadisədə iştirak edən şəxs - məscid imamı dövlətin rəsmi şəkildə təyin etdiyi din xadimidir. Belə şəxslər eyni zamanda dövlət məmuruna bərabər ictimai statusa malikdir və onlardan gözlənilən davranış səviyyəsi daha yüksək olur. Bu baxımdan qeyd olunur ki, bu cür hallarda məsuliyyət yalnız cinayət müstəvisində deyil, həm də əxlaqi və institusional çərçivədə qiymətləndirilməlidir.

Mövzu ilə bağlı hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Qanunvericilikdə mollalar da erkən nikah hallarında birbaşa məsuliyyət daşıyırlar. Əgər onların fəaliyyət göstərdiyi bölgələrdə belə hallar baş verirsə, yalnız valideynlər deyil, polis, bələdiyyə, icra hakimiyyəti orqanları və din xadimləri də bu məsələdə cavabdeh hesab olunmalıdır. Mollaların bu cür evliliklərdə iştirak etməsi və ya onlara göz yumması qanun qarşısında məsuliyyət doğurur.

Qızın “öz istəyi” ilə getməsi isə vəziyyəti dəyişmir. Belə hallar xüsusilə kəndlərdə, qəsəbələrdə, bəzən hətta şəhər mühitində də müşahidə olunur - insanlar “qonşu nə deyər” düşüncəsi ilə susurlar və nəticədə bu cür faciəvi vəziyyətlər baş verir. Halbuki belə hadisələrdə hüquq-mühafizə orqanları dərhal müdaxilə etməli, bu cür şəxslər bir-iki dəfə ciddi şəkildə məsuliyyətə cəlb edilib həbs olunsalar, bəlkə də bundan sonra digərləri üçün dərs olar.

Təəssüf ki, bu hadisədə qızın ailəsinin də məsuliyyəti az deyil. Əgər qız doğrudan da zorla və ya aldatma yolu ilə qaçırılıbsa, valideynlər niyə israrla onu geri qaytarmağa çalışmır? Niyə bu qədər biganəlik nümayiş olunur?

Ümumilikdə isə bu, çox acınacaqlı və narahatedici haldır. 16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır. Cəmiyyət hara baxır? Məsul orqanlar nə işlə məşğuldur? Qonşular, qohumlar, ictimai nəzarət haradadır?

Bu kimi hadisələr göstərir ki, cəmiyyətimizdə ailə dəyərləri, böyük-kiçik yeri, mənəvi məsuliyyət hissi getdikcə arxa plana keçir".

İlahiyyatçı Emil Rahiloğlu qeyd edib ki, İslam şəriətində “qız qaçırma” anlayışı mövcud deyil: “Və bu cür davranışlar nə dini, nə də əxlaqi baxımdan qəbul edilmir. Əksinə, İslamda nikahın baş tutması üçün müəyyən əsas şərtlər və qaydalar mövcuddur ki, onların pozulması nikahın həm dini, həm də hüquqi baxımdan etibarsız sayılmasına səbəb olur.

Ən mühüm şərtlərdən biri valinin, yəni ata və ya qəyyumun razılığıdır. Qızın ailəsinin, xüsusilə də atasının icazəsi olmadan kəsilən kəbin etibarsız və batil sayılır. Bu, həm qızın hüquqlarının qorunması, həm də ailənin rolu və razılığının təmin edilməsi baxımından mühüm sayılır. Qızın razılığı vacib olsa da, valideynin razılığı olmadan, sadəcə, ikitərəfli razılaşma ilə bağlanan nikah dini baxımdan doğru hesab edilmir.

Beləliklə, qız qaçıraraq və ya ailənin xəbəri olmadan kəbin kəsilməsi, nəinki İslamın prinsiplərinə, həm də insan haqlarına və etik normalara ziddir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikah yaşına çatmayan şəxslə evlənmək və ya qadını evlənməyə məcbur etmək, eləcə də onu qaçırmaq cinayət məsuliyyəti yaradır.

Ümumilikdə isə şəriət nikahının düzgün və halal sayılması üçün aşağıdakı əsas şərtlər vacibdir:

Tərəflərin razılığı - kişi və qadın könüllü şəkildə evliliyə razı olmalıdır;

Valinin icazəsi - xüsusilə də qızın atası və ya qəyyumunun razılığı;

Məhrin təyin olunması - qadına veriləcək hüquqi və maddi təminat;

Şahidlərin iştirakı - ən azı iki ədalətli müsəlman kişinin nikahda şahid olması.

Bütün bu şərtlərin pozulması nikahın şəriət baxımından batil olmasına, eləcə də cəmiyyət daxilində əxlaqi və hüquqi problemlərin yaranmasına səbəb ola bilər.

O ki qaldı bir din xadiminin, xüsusilə də axundun bu cür addım atmasına, bunu qəti şəkildə düzgün hesab etmir və olduqca mənfi qarşılayıram. Bildiyiniz kimi, ölkəmizdə axundlar dövlət tərəfindən rəsmi şəkildə təyin olunur. Yəni istənilən şəxs özbaşına gəlib axund ola bilməz - bu, rəsmi prosedurla həyata keçirilir və həmin şəxs faktiki olaraq dövlət məmuru statusu daşıyır. Belə olan halda, bu mövqedən sui-istifadə yolverilməzdir.

Hətta qızın özü “razıyam” desə belə, bu fakt hadisəni qanuniləşdirmir və əxlaqi baxımdan da qəbulolunmaz edir. Çünki burada söhbət yalnız şəxsi münasibətlərdən yox, həm də ictimai nümunə, dini nüfuz və hüquqi məsuliyyətdən gedir. Bu cür davranış nə dinə, nə də hüquqa uyğundur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru