Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                 

"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Tarix: 26-06-2025, 08:59 | Çap et

Rusiya vətəndaşı olan erməni oliqarx və milyarder, 44 günlük müharibə zamanı işğalçı ölkəyə qanunsuz silahlar göndərdiyi üçün Azərbaycanda haqqında cinayət işi açılmış Samvel Karapetyanın Ermənistanda həbs olunması haqda xəbər vermişik. Formal olaraq o, erməni Apostol kilsəsini dəstəklədiyi və Paşinyan hökumətinin üzərinə getdiyi üçün saxlanılıb. Karapetyan həbsini siyasi motivli sayır.

“Nikol Paşinyan 2026-cı ilin iyununda yenidən necə qalib gələcəyi ilə bağlı baş sındırır. Bu məqsədlə də yeni kampaniyalara, o sırada erməni kilsəsinə qarşı mübarizəyə başlayıb”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitə sədrinin 1-ci müavini, Azərbaycan düşməni Konstantin Zatulin deyib. O hesab edir ki, Karapetyan erməni xalqının lideri ola biləcək bir şəxsdir və Paşinyanın “qanunsuz” addımları ona özünü təkcə biznesmen və xeyriyyəçi kimi yox, həm də siyasətçi təsdiqləmək şansı verir.

“Mən Samvel Karapetyanı yaxşı tanıyıram və əminəm ki, o, öz xristian kökündən, erməni kilsəsinə hörmətindən danışanda səmimidir”, - deyə bədnam deputat qızışdırıcı sözlərinə davam edib.

Qeyd edək ki, K.Zatulin sıradan bir deputat deyil, komitə sədrinin müavini, Putinin sədri olduğu hakim “Vahid Rusiya” Partiyasının üzvü, ən əsası Ermənistanı kurasiya edənlərdən biridir. Az öncə isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Karapetyanı müdafiə edəcəklərini bildirmişdi.

Edəcəklərmi? Kremlin planı yeriyəcəkmi? Azərbaycanın axtarışa verdiyi şəxsin hakimiyyət olimpinə qalxması mümkündürmü?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Karapetyan Rusiyanın Ermənistanda növbəti siyasi cəhdidir. Hüquq müdafiəçisi onu Gürcüstanın milyarderi Bdzina İvanişvili, yaxud da Bakıda həbsdə olan milyarder Ruben Vardanyanla müqayisə etdi: “Rusiya Saakaşvilini seçki yolu ilə devirməyi bacardı və biznesmen İvanaşvilinin qurucusu olduğu partiya iqtidara gəldi. 2012-ci ildən Moskvaya yaxınlığı ilə seçilən bu qüvvələr hakimiyyətdədir. Kreml oxşar ssenarini o zaman Qarabağ üzərindən Vardanyanla oynayıb onu İrəvanda hakimiyyətə gətirmək istəyirdi, alınmadı və indi Bakıda mühakimə olunur. Bu dəfə Karapetyanla - daha bir iş adamı ilə Paşinyanı dəyişməyə cəhd olundu, amma yenə alınmadı. Nəzərə alaq ki, Karapetyan böyük pullara və Ermənistanda biznesə sahib iş adamıdır, ən əsası isə Rusiya vətəndaşıdır. Yəni Paşinyanın onu həbs etməsi Kremllə sövdələşmə predmeti ola bilər. Çünki Karapetyan Rusiya vətəndaşıdır və onu uzun müddət həbsdə saxlaya bilməzlər. Bir yandan Putinin təzyiqləri artacaq, bir tərəfdən isə hüquqi cəhətdən onun Rusiyaya ekstradisiyası məsələsi qaldırıla bilər. Bununla belə, Karapetyanın hələ həbsdə qalacağını gözləyirəm”.

Hüquq müdafiəçisi vurğuladı ki, gələn ilin iyununa qədər onun həbsdə qalması istisna deyil və bu müddətdə Paşinyan seçkidəki əsas rəqibi zərərsizləşdirmiş olacaq: “Köçəryan da həbs olunanda Putin Paşinyana onun azad edilməsi üçün müraciət ünvanlamışdı. Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür, yuxarıda dediyim kimi, siyasi sövdələşməyə gediləcəyi gözlənilir. Hər halda, görünür, Rusiyanın bu planı da baş tutmadı. Üstəlik, Ermənistanda ictimai əhval-ruhiyyə anti-Rusiyadır, o səbəbdən Moskva kimi namizəd kimi ortalığa atmağa başlasa, daxildən dəstək ala bilmir. Karapetyan haqda bunu söyləmək bir qədər çətindir, çünki oliqarxdır, sadə ermənilərə pul xərcləyərək səs qazana bilər. Paşinyan da bunu bildiyi üçün indidən qarşısını alır. Azərbaycana da onun həbsi sərf edir. Bakının axtarışa verdiyi şəxsi özümüz istintaq cəlb etməsək də, bunu Ermənistan edib. Əsas odur ki, cəzasını çəksin. Onun işğalçılara verdiyi dəstəklə bağlı sübutlar əlimizdədir”.

Arayış üçün bildirək ki, Karapetyan Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəridir. “Forbes” nəşrinin siyahısına əsasən hazırda Karapetyanın 4 milyard dollar sərvəti var. O, Rusiya vətəndaşı Albert Avdolyandan sonra dünyada ən zəngin erməniəsilli şəxs hesab edilir. 1965-ci ilin avqustunda Ermənistan SSR-in Taşir (əvvəl Kalinino) şəhərində doğulan Karapetyan İrəvan Politexnik İnstitutunu bitirdikdən sonra 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində “Gazprom”a xidmət edən logistika şirkətinə rəhbərlik etməyə başlayıb. 1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.

Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:

- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon kv/m ticarət sahəsi;

- Ofis və anbar sahələri, təxminən 98000 kv/m ofis, 48000kv/m anbar;

- 8 hotel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow” hotelləri;

- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.

Eyni zamanda Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.

Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.

O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Qardaşı Karen Karapetyan isə Ermənistanın tanınmış siyasətçilərindən biridir.

Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib. Karapetyan eyni zamanada Rusiya Prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-ın sanksiya siyahısına salınıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru