ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Vaşinqton və Moskva münasibətləri ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib.
Publika.az xəbər verir ki, Amerika lideri onları “çox xoş” adlandırıb.
“O, bu gün gözəl açıqlamalar verib. Çox gözəl. Vladimir Putin bu gün çox gözəl açıqlamalar verdi”, - Tramp deyib.
Ağ Ev rəhbəri hansı açıqlamaların xoş olduğunu dəqiqləşdirməyib. O, Putinin ABŞ-a hörmət edir, o cümlədən Çin prezidenti Si Cinpin və Şimali Koreya lideri Kim Çen In da.
İyunun 27-də Rusiya lideri Ağ Ev rəhbəri Donald Trampla görüşün tamamilə mümkün olduğunu bəyan edib .
“Görüş tamamilə mümkündür və biz onu məmnuniyyətlə hazırlayacağıq”, - Putin deyib.
Dövlət başçısı Trampa böyük hörmət bəslədiyini bildirib və ABŞ prezidentinin Ukrayna münaqişəsinin həlli istiqamətində səylərinin səmimi olduğunu vurğulayıb.
“Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb, ilk addımlar atılıb. Xarici siyasət idarələri ilə kəşfiyyat xidmətləri arasında işgüzar əlaqələr qurulub”, - Putin vurğulayıb.