"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                 

"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Tarix: 8-07-2025, 04:23 | Çap et

Hazırda Azərbaycanda müəllim hazırlığı sistemində ciddi struktur uyğunsuzluğu mövcuddur. Ali təhsil müəssisələri pedaqoji fakültələrdə 4 illik bakalavr təhsili verir, tələbələr imtahanlardan keçərək dövlət diplomu alırlar, bir çoxları magistratura mərhələsini də tamamlayırlar. Amma təhsildə keyfiyyətin aşağı olması, məktəblərdə zəif nəticələr və müəllimlərin səriştəsizliyi bu diplomların bilik zəmanəti olmadığını göstərir. Bu baxımdan diplomlu şəxslərin yenidən imtahanlardan keçməsi istər sertifikasiya, istərsə də müəllimlərin işə qəbulu formasında zəruri addım kimi görünür.

Redaktor.az təhsil eksperti Kamran Əsədovla bu mövzuda müsahibəni təqdim edir:

- Əgər müəllimlik ixtisasında oxuyan tələbələr 4 il universitetdə oxuyub, imtahanlar verib, diplom alırsa və dövlət imtahanı verirsə, magistr imtahan verirsə, sonradan yenidən yoxlanmalıdırlar?

- Müəllimlik ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxslər artıq universitet dövründə nəzəri və praktik fənləri mənimsəməli, imtahanlardan keçməli və pedaqoji təcrübə toplamalıdırlar. Lakin bu prosesin səmərəsizliyi, tədris proqramlarının müasir tələblərə cavab verməməsi və qiymətləndirmənin formal aparılması nəticəsində diplom almaq real bacarıqların göstəricisi olmur. "Təhsil haqqında" Qanunun 21-ci maddəsi müəllimlərin fəaliyyətinin yoxlanması və onların attestasiyası ilə bağlı hüquqi əsas verir. Bu isə o deməkdir ki, ali təhsil müəssisəsində təhsil almaq və diplom əldə etmək müəllim kimi fəaliyyət göstərmək üçün yetərli şərt deyil. Dünya təcrübəsində də, xüsusilə Sinqapur, Estoniya, Finlandiya kimi ölkələrdə müəllimlər diplomdan əlavə müstəqil keyfiyyət və səriştə imtahanlarından keçməlidirlər. Məsələn, Finlandiyada yalnız ən yüksək akademik göstəricilərə malik olan şəxslər müəllim peşəsinə qəbul olunur, daha sonra isə mentorluq və təlimatlandırma dövründən keçirlər. Azərbaycanda isə ali məktəb məzunlarının yalnız 15–20%-i işə qəbul imtahanlarında minimum bal toplaya bilir. Bu, tədrisin keyfiyyəti ilə bağlı ciddi siqnal olmaqla yanaşı, diplomun məzmununun real səriştə ilə uyğun gəlmədiyini göstərir. Odur ki, yenidən yoxlanış mərhələsi keyfiyyətin təminatı baxımından mütləqdir. Bununla belə, ali təhsil müəssisələrinin keyfiyyətə cavabdehliyi məsələsi hələ də açıq qalır.

- Elm və Təhsil Nazirliyi bu tələbələri yoxlamaq əvəzinə, niyə ali təhsil müəssisələrini dekan, rektor yoxlamır?

- Təhsil sistemində əsas struktur boşluqlardan biri ali təhsil müəssisələrinin məsuliyyətsiz buraxılmasıdır. Hər il universitetlərdən minlərlə müəllimlik ixtisası üzrə məzun buraxılır, lakin onların hazırlıq səviyyəsinə dair kənar monitorinq, akkreditasiya və hesabatlılıq sistemi ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. Nazirlər Kabinetinin 5 yanvar 2022-ci il tarixli “Ali təhsil müəssisələrinin akkreditasiyası Qaydası”na əsasən, Təhsil Nazirliyi və Akkreditasiya Agentliyi universitetlərin tədris proqramlarının, müəllim heyətinin və məzun keyfiyyətinin monitorinqini aparmalıdır. Lakin təcrübədə bu funksiyalar ya formal yerinə yetirilir, ya da illərlə təxirə salınır. Bu səbəbdən, universitet məzunları real bilik və bacarığa malik olmadan diplom alır və məktəbdə işləməyə iddia edirlər. Halbuki dövlət resursu hesabına fəaliyyət göstərən universitetlər bu keyfiyyətsiz kadr hazırlığına görə məsuliyyət daşımalıdır. Burada əsas dəyişiklik ondan ibarət olmalıdır ki, Elm və Təhsil Nazirliyi təkcə məzunu yoxlamamalı, onu yetişdirən təhsil müəssisəsini də illik əsasda kənar qiymətləndirməyə cəlb etməlidir. ABŞ və Böyük Britaniya universitetlərində müəllim hazırlığı proqramları akkreditasiya agentlikləri tərəfindən müntəzəm olaraq yoxlanılır və tələbələrin real dərs demə bacarığı, kurikulum təhlili və texnologiyadan istifadə səriştəsi obyektiv şəkildə qiymətləndirilir. Azərbaycanda isə müəllim hazırlığı prosesində bu cür keyfiyyət standartları və hesabatlılıq sistemi mövcud deyil. Nəticədə bütün yük və məsuliyyət müəllim adını daşıyan fərdin üzərinə düşür, sistemin özünə isə toxunulmur.

- Nə üçün savadlı tələbə bölgədə yox, Bakıdakı aşağı bal toplamış müəllimdən dərs almalıdır?

- Təhsil sisteminin digər ciddi boşluğu müəllimlərin bölgələrə ədalətli şəkildə yerləşdirilməməsidir. Savadlı, yüksək bal toplamış namizədlər, çox zaman regionlarda vakant yer olmadığından və ya sosial şərait (mənzil, nəqliyyat, uşaq bağçası, xəstəxana) zəif olduğundan bölgələrə getmək istəmir. Eyni zamanda bəzi hallarda yüksək bal toplamış şəxslər bölgələrdə işləməyə hazır olsalar belə, inzibati məhdudiyyətlər və yerli idarəetmənin qeyri-rəsmi təzyiqləri ilə qarşılaşırlar. Digər tərəfdən, Bakıda və Abşeronda bir çox hallarda aşağı bal toplamış müəllimlər işə qəbul olunur və bu zonalarda savadlı abituriyentlər aşağı keyfiyyətli dərs mühitinə düşürlər. 2023-cü il üzrə MİQ nəticələrinə baxdıqda, Gədəbəy, Lerik, Yardımlı, Balakən, Zaqatala kimi rayonlarda 54–58 bal toplamış müəllimlər kənarda qalarkən, Bakı və Sumqayıtda 38–40 bal toplayan şəxslər işə qəbul olunub. Bu isə təhsildə bərabərliyin pozulması deməkdir. “Təhsil haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, dövlət vətəndaşlara bərabər təhsil hüququ təmin etməlidir. Ancaq real vəziyyət bu prinsipə ziddir. Dünya təcrübəsində, xüsusilə Yaponiya və Cənubi Koreyada, yüksək nəticə göstərmiş müəllimlər xüsusi stimullaşdırma və sosial təminat paketi ilə regionlara yönləndirilir. Azərbaycanda da bölgələrdə savadlı müəllimlərin yerləşdirilməsi üçün həm maddi, həm də inzibati mexanizmlər formalaşdırılmalıdır. Əks halda, mərkəzləşmiş təhsil keyfiyyəti regional fərqləri daha da dərinləşdirəcək və bu da ölkənin ümumi insan kapitalının zəifləməsinə gətirib çıxaracaq. Nəticə etibarilə, yalnız fərdin yoxlanması ilə sistemin problemlərini həll etmək mümkün deyil. Müəllim hazırlığı prosesinə məsul olan ali təhsil müəssisələrinin ciddi şəkildə monitorinqi, müəllim yerləşdirilməsində şəffaflıq və bölgələrə ədalətli resurs paylanması təmin olunmalıdır. Əks halda, təhsildə keyfiyyət boşluğu, ədalətsizlik və səriştəsizlik problemi struktur halını alacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru