" "Kontak Home"dan soyuducu almışıq. Bir tək fəhlə kurəyində gətirib atdı həyətin ortasına..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında gileylənən Fatime Memmedli adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir...
Narazı vətəndaş bildirir: "Qonşudan kömək istədim, soyuducunu hara lazımdır ora yerləşdirdik. Soyuducu 3 saat qaldı ,sonra işlətdik. Sanki soyuducu yox, bir "motor" almışıq... səsindən əsəb olursan. Zəng etdik soruşduq, dedilər təzədir... kecib gedəcək. Bəli, kecib getdi... 1 həftədən sonra yenidən cox gurultulu səs etməyə başladı.
Səsini eşidənlər "xarabdır" deyir... təzə alınan soyuducu nə tez xarab oldu? Zəng edirəm, deyir, ustaya 10 manat verəcəksən... sonra dedilər 20 manat... dünən də 25 manat istəyir.
3 il "qaranti"si olan soyuducuya usta baxırsa, buna nədən pul ödəməliyəm? Soyuducunun gurultulu səsini onlara göndərmişəm. Onlar ancaq "pul ödə... usta baxsın" deyir. Mən qaydaları bilmirəm... bu belə də olmalıdır?"