Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Tarix: 13-07-2025, 04:01 | Çap et

Azərbaycan Mətbuat Şurası “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yayılan fikirlərə cavab olaraq beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir və bu istiqamətdə aparılan fəaliyyətlər suveren dövlətlərin daxili işlərinə müdaxilə, ictimai institutların fəaliyyətinin pozulması və siyasi sabitliyin təhdid olunması ilə nəticələnir. Xüsusilə qeyd olunur ki, bu praktika “Sputnik” agentliyinin fəaliyyəti üzərindən özünü daha qabarıq şəkildə göstərir:
"Son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir.
Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik".
Mətbuat Şurasının müraciətində “Sputnik Azərbaycan” rəhbərliyinin saxlanılmasının onların jurnalist fəaliyyəti ilə bağlı olmadığı, əksinə, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərlə əlaqəli olduğu vurğulanıb. Belə halların yalnız Azərbaycanın deyil, digər ölkələrin də milli təhlükəsizliyi üçün ciddi təhlükə olduğu bildirilir və bu kontekstdə beynəlxalq ictimaiyyət mediadan siyasi alət kimi istifadə hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırılıb: "Vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib.
Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir.
“Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür iş üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. Onlar “Sputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər.
Bu baxımdan “Sputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir".
Müraciətdə o da qeyd edilib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir: "Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”.
 
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan informasiya müharibəsinə hazırdır və adekvat cavab vermək iqtidarındadır. İH üzvü qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə tamamilə qanun çərçivəsində hərəkət edib. Onun fikrincə, Azərbaycan ərazisində fəaliyyət göstərən istənilən şəxs – jurnalist və ya hər hansı digər sahənin nümayəndəsi – ölkənin suveren qanunlarına əməl etməli və milli təhlükəsizlik maraqlarına hörmətlə yanaşmalıdır:
“"Sputnik Azərbaycanın" əməkdaşları ilə bağlı Azərbaycan dövlətinin atdığı addımlar qanun çərçivəsindədir və buna görə heç bir qurum, o cümlədən də Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz. Rusiya Jurnalistlər İttifaqının bu məsələ ilə bağlı beynəlxalq jurnalist və insan haqları təşkilatlarına müraciətinə Azərbaycanın susqun qalması mümkün deyildi. Mütləq Azərbaycandan cavab olmalı idi. Məhz bu səbəbdən Azərbaycan jurnalistlərinin ən ali təmsil qurumu olan Mətbuat Şurası məsələ ilə bağlı prinsipial və əsaslandırılmış mövqe ortaya qoydu.
Mətbuat Şurasının açıqlaması göstərdi ki, Azərbaycanda heç kim informasiya manipulyasiyası ilə məşğul olub dövlətə təzyiq göstərə bilməz. Bu cavab həm hüquqi, həm də peşə baxımından yerində və zəruri idi.
MŞ konkret faktlarla Rusiya Jurnalistlər İttifaqına göstərdi ki, elə ən yaxşı öz ölkələrindəki məsələlərlə məşğul olsunlar. Azərbaycanda kimlərsə gəlib jurnalist adı altında kəşfiyyat xidməti və ya başqa işlərlə məşğul olarsa, onu qanun çərçivəsində dəyərləndirmək Azərbaycan dövlətinin birbaşa səlahiyyəti çərçivəsindədir.
Heç kim və heç bir dövlət ona qarışa bilməz. Azərbaycan Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciəti kifayət qədər əsaslandırılmış reaksiya idi. Biz də əlimizdən gəldiyi qədər bu reaksiyanı beynəlxalq arenada yaymağa çalışırıq ki, birmənalı olaraq burada söhbət jurnalistikadan yox, başqa məqsədlərlə ölkədə fəaliyyət göstərən şəxslərdən gedir".
 
A.Həsrət artıq müraciətin ingilis dilinə tərcümə olunaraq beynəlxalq platformalarda yayılmağa başladığını, özü isə rus dilində video müraciət hazırlayaraq bu mövqeni müxtəlif beynəlxalq təşkilatlara və sosial platformalara təqdim etdiyini bildirib:
"Bu, sadəcə bir epizod deyil, Rusiyanın Azərbaycana qarşı uzun illərdir apardığı informasiya müharibəsinin bir parçasıdır. Bu informasiya hücumları davam edəcək və Azərbaycan buna qarşı media vasitəsilə cavab verməyə tam hazır olmalıdır.
Bizim üzərimizə düşən müharibəyə və mübarizəyə hazır olmaq, yeri gələndə də "silahımız"ı işə salıb, qarşı tərəfi cavab "atəş"i ilə susdurmaqdır. Xüsusən də beynəlxalq platformalarda öz mübarizəmizi aparmalıyıq. Azərbaycan jurnalistikası artıq 30 il əvvəlki vəziyyətdə deyil ki Rusiya bizi küncə sıxışdırsın. Deyəcəkləri varsa, buyursunlar. Cavabına da hazır olsunlar!".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru