Son günlər gündəmə gələn “Kazino” məsələsi ilə bağlı müzakirələr səngimək bilmir.
Maraqlıdır, Azərbaycanda süni adalarda kazino fəaliyyətini qanunla təsdiqləyən Milli Məclisin deputatları necə, özləri kazino oynayacaqmı?
Gununsesi.info bu barədə bir neçə deputata sorğu ünvanlayıb.
Deputat Vüqar İskəndərov deyir ki, o, heç nərd də oynaya bilmir.
“Səmimiyyəti inanın. Hər şeydən əvvəl, kart və digər bir çox oyunları oynaya bilmirəm. Kiçik yaşlarımdan idmanla məşğul olub, eyni zamanda da oxuduğum üçün marağım belə olmayıb. Hətta məsələn, stolüstü oyun olar nərd belə oynaya bilmirəm. Bu cür oyunlar məndən kənar olan bir məsələdir. Kimlər orada oynayacaqsa, uğurlar olsun”, – deyə İskəndərov bildirib.
Elman Nəsirov isə sualımıza “yox” deyə cavab verib.
O, bu oyunlara heç vaxt maraq salmadığını vurğulayıb:
“Ümumiyyətlə, mənim bu oyunlara heç vaxt həvəsim və marağım olmayıb”.
Qeyd edək ki, sorğu ünvanlanan deputatlardan bəziləri sualları cavablamaqdan ümumiyyətlə yayınıblar.
“Bu nə sualdır mənə verirsiniz?-deyə, qəzəblənən deputat da oldu.
Sözügedən qanunu təsdiq edən deputatların cavablamayanları tərəfimizdən maraq və heyrətlə qarşılanıb.