“Heç vaxt çəkilmək xatirinə seriala çəkilmirəm. Çəkilmirəm də…”
Bunu Yenicag.az-açıqlamasında bir çox seriallarda baş rollara çəkilən aktrisa Asya Atakişiyeva deyib.
Xeyli vaxtdır ki seriallarda görünməyən aktrisa bunun səbəblərini də açıqlayıb:
“Heç vaxt çəkilmək xatirinə seriala çəkilmirəm. Aktrisa özünü o rolda görməlidir, eyni zamanda rol ürəyincə olmalıdır ki, nəticədə ortaya keyfiyyətli iş çıxara bilsin. Təbii ki, bir aktrisa olaraq, hər il bir neçə serialda oynamaq üçün təkliflər alıram. Amma özümü o rolda görmədiyim üçün təkliflərə razılıq vermirəm. Eyni zamanda qonorar da mənim üçün önəmlidir. Əgər qonorar məni qane etmirsə, çəkilmirəm. Bəzən elə məbləğdə qonorar təklif olunur ki, təbii ki, heç bir peşəkar aktrisa o cüzi məbləğə çəkilməz”.