Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,7% azalaraq 988,2 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2%, Gürcüstana gedənlərin sayı 25,3% artıb, Türkiyəyə gedənlərin sayı 4,3%, Rusiya Federasiyasına gedənlərin sayı isə 24,6% azalıb.
Azərbaycan vətəndaşlarının 38,1%-i Türkiyəyə, 16,7%-i Rusiyaya, 11,1%-i Gürcüstana, 10%-i İrana, 24,1%-i digər ölkələrə səfər edib.
Gedənlərin 66%-ini kişilər, 34%-ini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6%-i hava, 29,3%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.