" "Kontakt Home"dan şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vuqar Iskandarov adlı şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra yazır: "5 gündür aldığım kondisioner çatdırılıb, lakin gəlib quraşdıran yoxdu. Müştəri xidmətlərindən tutmuş kondisioner ustasına kimi hamı çox peşəkar şəkildə yalan danışır. Peşəkar olduğunuz 1 məqam yalnız məhsulu satmaqdır. Ondan sonra müştəri unudulur. Bu mənim o mağazadan son alış-verişim idi. Bundan sonra heç bir çöp də alan deyiləm. Əlimdən gələni edəcəm ki, bütün ətrafımı ordan uzaq tutum. Zamanına hörmət edən o şəbəkədən almasın heç nə. Ayıb olsun! İnsanlar sizə konfet kağızı vermir. Pul xərcləyirlər. Bunun qarşılığında zaman itkisi və əsəb verirsiniz. Unutmayaq ki, kəmiyyət keyfiyyət deyil! Ən böyük məişət avadanlığı şəbəkəsi ola bilərsiz. Amma ən bərbad dəyərləri formalaşdırmısız!.."