Böyük Britaniya Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda danışıqları pozmağa və Vaşinqtonu Kiyevə maliyyə və hərbi yardımı davam etdirməyə inandırmağa çalışır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Rusiya Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev deyib.
O vurğulayıb: “Hazırda söhbət İngiltərənin Rusiya-Amerika danışıqlar prosesini pozmaq üçün ən böyük iki nüvə dövlətini bir-birinə qarşı qoymaq cəhdindən gedir”.
N.Patruşevin sözlərinə görə, Böyük Britaniya ABŞ-ni inandırmağa çalışır ki, Kiyev rejiminə yardım Ukraynadakı münaqişənin həllinin yeganə yoludur.