Gümrü bazasında daha bir İNTİHAR: .....                     İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                     Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... .....                     "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                 

Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Tarix: Dünən, 17:18 | Çap et

Mixail Qusmanı kim və niyə "cəzalandırdı"?

"Чрезмерная гордость — вывеска ничтожной души".

Mən XIX əsrin məşhur rus yazıçısı İvan Sergeyeviç Turgenyevin ifrat qürur haqqında aforizmə çevrilmiş fikrini qəsdən rus dilində verirəm. Rus dilini bilməyənlər üçün, əlbəttə, tərcümə etmək də olar. Məna məlumdur: daxilən bir heç olan birisi özünün əsl mahiyyətini, Turgenyevin dediyi o "ifrat qürur" lövhəsinin arxasında gizlədir.

Mixail Qusmanın Azərbaycan prezidenti haqqında söylədikləri Rusiya hakimiyyətinin həmin o ifrat qürurunu zədələyib: Baş nazir Mixail Mişustinin sərəncamı ilə 75 yaşlı jurnalist işdən çıxarılıb.

Əslən Azərbaycanlı, milliyyətcə yəhudi olan0 Mixail Qusman 1999-cu ildən bəri TASS informasiya agentliyi baş direktorunun birinci müavini idi.

Bu şəxs Rusiyada ictimai-mədəni, eləcə də, siyasi elitada öz unikal yerini onilliklər ərzində, o, öz dərin ağlı, yüksək talantı, usta qələmi, böyük zəhməti ilə qazanmışdı. Amma Mixail Mişustin kimi bomboz məmurun əmri ilə işindən uzaqlaşdırıldı.

Artur Şopenhauer gözəl deyib: "Bəzi adamlar o qədər kasıbdır ki, puldan başqa heç nəyi yoxdur".

Mişustin kimi adamların isə vəzifə kreslosundan başqa heç nəyi yoxdur; günün birində həmin bu şəxs Kreml sahibinin bir əmri ilə baş nazirdən boş nazirə çevriləcək. Ancaq Mixail Qusman vəzifədə olsa da həmin Qusmandır, olmasa da. O, öz Tanrısının quludur, bir ölkədə vəzifəcə birinci olan bəndənin qulu deyil. Öz qələminin sahibi olaraq öz ürəyinin əmri ilə hərəkət edir.

Əmr demişkən, əlbəttə, Qusmanı istefaya göndərmək baş nazirin başı üçün deyildi. Bəllidir ki, bəlli yerdən əmr alıb; bu, Rusiya prezidenti Vladimir Putinin sifarişidir.

Bəlkə də Mixail Qusman özü istefa verib, ola bilsin yanılıram, amma mən belə güman edirəm. Çünki Azərbaycanda - Xankəndidə III Şuşa Qlobal Forumunda iştirak etdiyinə, prezident İlham Əliyevlə, onun yürütdüyü xarici siyasətlə bağlı xoş sözlər dediyinə görə, Rusiyada Qusmanı çox tənqid etdilər. 75 yaşlı jurnalistə qarşı qəfil və əsl qara piar kampaniyası başladı. Bu, təbii ki, yuxarıdan sifarişlə xüsusi təşkil edilmiş bir kampaniya idi. Hələ buna pərdəarxası psixoloji basqıları, mental təzyiqləri də əlavə etsək, mənzərə tam aydın olar.

Ehtimal edirəm ki, Mixail Qusman bu cür aramsız və amansız qaralama kampaniyasına etiraz olaraq özü istefa verib. Ya da elə özləri - Rusiya hakimiyyəti bu qərarı çıxarıb0.

İstənilən halda mahiyyət eynidir; "bizimlə olmayanlar bizdən deyil" tipli neobolşevizm şüarı ilə adamı işindən ediblər.

Mişustinə (yəni Putinə) elə gəlir ki, Qusmanı vəzifəsindən çıxarıblar.

Ancaq jurnalisti heç vaxt əsl vəzifəsindən "çıxarmaq" mümkün deyil; bu, həqiqəti söyləmək, doğrunu yazmaq vəzifəsidir.

Qusman Xankəndidə də həqiqətləri söyləmişdi. Prezident İlham Əliyevi "virtuoz" adlandırmış, onun xarici siyasətini təqdir etmişdi.

Rusiya hakimiyyətində və onun troll ordusunda qıcıq yaradan birinci cümlə budur: "Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik".

Sonrakı qıcıq cümlələri:

"Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı".

Məhz bu cümlələr və bu suala verilmiş cavab Azərbaycanla ABŞ arasında münasibətləri istiləşdirə biləcək impulslar oldu: ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında məhz Qusmanın sualına prezident Əliyevin cavabını paylaşdı və Azərbaycan prezidenti də Ağ Evin sahibinə təşəkkür etdi.

Mixail Qusmanın daha sonrakı cümlələri:

"Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir".

Qusman "səhv edir", Putin bunu elə olduğu kimi başa düşdü və öz "layiqincə" qiymətləndirdi. Nəticədə 75 yaşlı media duayenini işindən kənarlaşdırdı.

İronik üslubdan ayrılsaq, yox, Qusman səhv etmir: Azərbaycanın xarici siyasətini "fenomen" adlandıranda ifrata varmır. Şişirtməyə yol vermir. Bu, həqiqətən belədir. "Müharibələrin mühasirəsində" adlı siyasi-fəlsəfi essemdə də yazdığım kimi, indiki bu daralan atəş çəmbərində, geopolitik nəhənglərin amansız nüfuz savaşının episentrindəki bir ölkənin bütövlüyünü bərpa etmək, milləti salamat saxlamaq - bunlar elə-belə başa gəlmir. Bunlar məhz virtuoz siyasi məharətlə aparılan diplomatiyanın nəticələridir. Yeri gələndə xarakter də göstərmək lazım gəlir, sərt qərarlar da verməli olursan. Azərbaycan prezidentində, bəli, bu, nadir üslubda və fenomenal dərəcədə uğurlu alınır.

Mixail Qusman da məhz bunu demişdi: "Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir".

Yanlış demişdi?! Xeyr, doğrudur. Elə Rusiya hakimiyyəti də, bax, bu doğrunu həzm edə bilmədi. Başqa sözlə, həmin o ifrat qüruruna yedirə bilmədi. Nəticə: Putin Rusiyanın çoxmillətli, çoxkonfesiyalı cəmiyyətinin qüruru - iftixar qaynaqlarından olan nəhəng qələm, söz, fikir adamını öz aləmində cəzalandırdı. Başqa sözlə, Rusiyanın başçısı öz şəxsi "qüruru" naminə növbəti dəfə öz xalqının qüruruna toxundu.

İlahi, Turgenyev necə də haqlıdır!

Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Bu gün, 11:34
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Bu gün, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Bu gün, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Bu gün, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru