İyulun 24-də saat 20:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinin Şirak rayon Cinayətkarlıqla Mübarizə İdarəsinə Gümrü şəhərinin Muş-2 rayonunda bulvarın 1-ci xiyabanında, yarımtikili binanın yanında meyit olması barədə əməliyyat məlumatı daxil olub.
Moderator.az xəbər verir ki, shamshyan.com -un məlumatına görə , kriminal polis əməkdaşları və patrul əməkdaşları qeyd olunan bədəni iti cisimlə kəsilmiş kişi meyitini aşkar ediblər.
İlkin məlumata görə, mərhum Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət edirmiş.
Mənbənin məlumatına görə, ölən Rusiya vətəndaşı 24 yaşlı Antonenko K.-dır.
Xatırladaq ki, son vaxtlar Rusiya bazasında ölüm və intihar halları artıb.