Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Maliyyə və Uçot Jurnalı Redaksiyası” MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat.az MMC-yə istinadən xəbər verir.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.
Xatırladaq ki, “Maliyyə və Uçot Jurnalı Redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 931 manatdır. Onun direktoru Elbrus Cəfərovdur.