Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Tarix: 3-08-2025, 20:27 | Çap et

“Avropada artıq narkoman millət kimi tanınmağa başlayırıq”. Vəkil Mehman Muradlı məhkəmə statistikasının ortaya çıxardığı acı mənzərəni sosial media hesabında bu sözlərlə ifadə edib. Onun səsləndirdiyi bu fikir təkcə fərdi narahatlıq deyil, həm də ölkəmizin gələcəyi üçün ciddi SOS siqnalıdır. Məhkəmə statistikasında narkotiklə bağlı cinayətlərin ildən-ilə artması, az qala hər ailənin gündəminə sirayət edən narkotik kabusu, bu problemin artıq fərdi yox, milli bəla halını aldığını göstərir. Ən acınacaqlısı isə budur ki, bu təhlükə təkcə hüquq-mühafizə orqanlarının və ya səhiyyə sisteminin çərçivəsində həll olunacaq sadə bir məsələ deyil. Bu, cəmiyyətin mənəvi dayaqlarını sarsıdan, gənc beyinləri məhv edən, ailələri dağıdan və bütövlükdə xalqın genetik sağlamlığına zərbə vuran sosial fəlakətdir.
 
Azərbaycan cəmiyyəti bu gün narkomaniyanın qaranlıq girdabına düşmək üzrədir. İşsizlik, gənclərin mənəvi boşluqda qalması və ailə nəzarətinin zəifləməsi bu problemin əsas səbəbləri kimi önə çıxır. Təbii ki, məsələ təkcə hüquqi deyil, həm də sosial, psixoloji və mədəni bir problemdir. Cəmiyyət artıq ayılmalı və bu təhlükəyə qarşı ciddi şəkildə səfərbər olmalıdır.
Sözügedən mövzu ilə bağlı təkliflərini daha detallı formada qeyd edən Mehman Muradlı Sherg.az-a açıqlamasında Azərbaycanda narkotik vasitələrlə bağlı cinayətlərin sayının sürətlə artdığını vurğulayıb. O, Dövlət Statistika Komitəsinin məlumatına istinadən qeyd edib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə bu sahədə müəyyən azalma müşahidə olunsa da, hazırkı statistika daha narahatedicidir. Belə ki, hazırda narkotiklərlə bağlı cinayətlər ümumi cinayətlərin üçdə birindən çoxunu təşkil edir. Bu rəqəmlər narkomaniyanın cəmiyyətdə dərinləşən bir problemə çevrildiyini göstərir.
 
M.Muradlının fikrincə, narkotik cinayətləri ilə bağlı məhkəmələrdə bəraət hallarının artması da diqqət çəkir:
“Məhkəmə sistemində iş yükünün çoxluğu səbəbindən bu kateqoriyadan olan işlərə kifayət qədər diqqət yetirilmir. İttiham aktları çox vaxt səthi şəkildə hazırlanır və işlər "başdansovdu" şəkildə yekunlaşdırılır. Bu səbəbdən birinci instansiya məhkəməsində narkotik ittihamı ilə azı 2 il həbsdə saxlanılan şəxslər sonradan apellyasiya və Ali Məhkəməyə müraciət edərək bəraət alırlar. Azadlığa çıxdıqdan sonra isə dövlətə qarşı kompensasiya tələbləri irəli sürürlər. Nəticədə, hüquqi sistemdəki bu boşluqlar büdcəyə əlavə yük yaradır və məsələ kökündən həllini tapmır”.
 
Vəkilin sözlərinə görə, narkotik maddə istifadəsinin kökündə sosial problemlər dayanır:
“Ədalətsizliklə üzləşən, işsiz və gəlirsiz qalan insanlar alternativ yollar axtarmağa məcbur olurlar, bəziləri dinə yönəlir, bəziləri isə narkotik maddələrə qurşanır. Burada söhbət narkotik istifadəçilərindən gedir, narkotik maddələrin satışını təşkil edən "bariqa"lardan yox. Onların məsələsi ayrı kateqoriyadır. Onu da deyim ki, son illərdə bazara keyfiyyətsiz, kimyəvi tərkibli narkotiklərin buraxılması vəziyyəti daha da ağırlaşdırır. Cəmi 1-2 dəfə istifadə edən insanlar asılı hala düşürlər və ondan sonra bu asılılığın qarşısını almaq getdikcə çətinləşir. Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə bağlı qanunvericilik son illərdə xeyli sərtləşdirilib. Məsələn, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi çərçivəsində ittiham olunan şəxsləri həbs edirlər, 234.1.1-də də həbs edirlər. Yenə 234.1 maddəsində alternativ cəzalar nəzərdə tutulub, 234.1.1 üzrə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur ki, bu da istifadəçinin üzərində aşkarlanan maddənin çəkisinə görə müəyyən edilir. Bu yanaşmanı sərt və qeyri-effektiv hesab edirəm. Narkomanların vəziyyətini də siqaret çəkənlərin vəziyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin, sabahları qanun qəbul ediləcək ki, siqaret çəkənlər inzibati xətalar məcəlləsini pozduqları üçün həbs olunacaqlar”.
 
Siqaretlə narkotik maddə arasında mahiyyətcə böyük fərq olmadığını deyən M.Muradlı, belə cəza siyasətinin nə insanları yayındırdığını, nə də problemin kökünü kəsdiyini vurğulayıb:
“Narkotik vasitələrin istifadəsinə münasibət köklü şəkildə dəyişməlidir. Qeydiyyatda olan istifadəçilərin həkim nəzarəti altında bu maddələri əldə etməsinə şərait yaradılmalıdır. Belə olan halda həm qara bazar aradan qalxacaq, həm də “bariqa”ların satdığı kimyəvi, zəhərli maddələrin dövriyyəsi azalacaq. Təmiz, nəzarətli maddələr isə daha az asılılıq yarada bilər: “Bu təcrübə bir sıra Avropa ölkələrində, məsələn, Hollandiyada sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Bu ölkələrdə narkotik maddələr açıq şəkildə satılır, lakin ciddi nəzarət və reabilitasiya sistemi mövcuddur”.
 
Vəkilin fikrincə, maarifləndirmə tədbirləri də gözlənilən nəticəni vermir. Əksinə, bu sahədə aparılan maarifləndirici tədbirlər bəzi gənclərdə maraq doğurur:
“Nədir bu narkotik ki, ona qarşı bu qədər sərt və aqressiv münasibət var?”- düşüncəsi yaranır və bu da istər-istəməz yeni istifadəçilərin ortaya çıxmasına səbəb olur: “Ən ciddi problemlərdən biri də narkotik istifadəçilərinin cəza müddəti başa çatdıqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Onlar azadlığa çıxdıqdan sonra iş tapa bilmirlər, sosial dəstək almırlar və nəticədə yenidən köhnə mühitə qayıdırlar. Bu şəxsləri cinayətkar deyil, xəstə kimi qəbul edib müalicəyə yönəltmək daha düzgün və insanidir. İllərlə həyata keçirilən maarifləndirmə tədbirləri və qanunvericiliyin sərtləşdirilməsi narkomaniya ilə mübarizədə nəticə verməyib”.
O, narkotik maddə istifadəçilərinə qarşı daha humanist yanaşma, sosial dəstək və reabilitasiya yönümlü siyasətin vacib olduğunu bildirir. Yalnız bu halda həm insan hüquqları qorunacaq, həm də real nəticələr əldə etmək mümkün olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru