İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Zəngəzur dəhlizini təklif etməklə, bəzi dövlətlərin qeyri-qanuni məqsədləri barədə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, o, tvitində qeyd edib:
“Bir daha öz maraqlarına dayaqlanıb regiona biganə olan bəzi dövlətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq üçün hər qapını döyürlər. pizza
Sizə xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”.