"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Tarix: 5-08-2025, 11:14 | Çap et

Naftalan şəhəri kurort-turizm sahəsinə görə nəinki ölkəmizdə, hətta regionda müqayisəolunmaz şəhərdir. Naftalan şəhərinin adı iqtisadi inkişafına görə son zamanlar dövlət başçısı İlham Əliyev cənablarının prioritet elan etdiyi sahələrin içərisində öncül yerlərdə gəlir. Bir zamanlar sosialist ölkələri içərisində məşhur olan Naftalan şəhəri həm də kurort imkanlarına görə iqtisadiyyatımızın güclənməsində, xalqımızın, dövlətimizin tanıdılmasınada əvəzsiz rola malikdir.
Lakin təəssüflər olsun ki, Naftalanda fəaliyyət göstərən bəzi sanatoriyalarda baş verən xaos ümumilikdə ölkəmizin turizm siyasətinə ciddi mənfi təsir göstərir.
Naftalanda qalmaqallı sanatoriyalardan biri "Sehirli Naftalan"dır. "Sehirli Naftalan" barədə mediada kifayət qədər neqativ yazılar var. Bu müəssisənin qanunsuz tibbi fəaliyyətindən tutmuş, keyfiyyətsiz qidalara, aşağı səviyyəli xidmətə qədər çox yazılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı iddia edilən "Sehirli Naftalan"da neft vannalarının da qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilir.
Maraqlıdır ki, xidmət və qida məsələsinə görə kütləvi narazılıqlar olan bu cür "göydəndüşmə" sanatoriyanın - "Sehirli Naftalan"ın fəaliyyətindəki qüsurları heç bir aidiyyatı rəsmi qurumlar görmür.
Əksinə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, xüsusən də Konfederasiyanın nəzdində olan "Kurort" Turizm İnformasiya Mərkəzi hər il "Sehirli Naftalan"a dövlət hesabına yollayışların (göndərişlərin) sayını daha artırır.
"Minalanmış sanatoriya" - 10 ilə 13-14 ölüm...
"Sehirli Naftalan" sanatoriyası təkcə tibbi xidmətin zəifliyi ilə bağlı müzakirə olunan müəssisələrdən deyil. Bu sanatortiya həm də burada baş verən ölüm hadisələrinə görə tez-tez medianın diqqətinə düşür.
Ötən ay - iyul ayında "Sehirli Naftalan" sanatoriyasında çalışan işçisi təzyiq nəticəsində vəfat etdi. Sağlam bir işçisini 10-15 dəqiqə təcili yardım maşını gələnə qədər qoruyub saxlaya bilməyən "Sehirli Naftalan"ın tibbi xidməti, personalının təcrübəsi yəqin ki artıq hamıya aydndır. Eyni zamanda bu müəssisədə rəhbərliyin işçilərə qarşı çox kobud davrandığı, bəzən onlara qul kimi yanaşdığı da deyilir. Digər bir məlumatda isə "Sehrli Naftalan"ın vəfat edən əməkdaşı bu müəssisədə qeyri-qanuni- əmək müqaviləsi olmadan çalışdığı vurğulanır.
Sosial şəbəkələrdə yayılan məlumatlarda hətta bu müəssisədə odlu silahdan da adam öldüyü iddia edilir. (Ölüm halları ilə bağlı aidiyyəti qurumlarda daha dəqiq məlumat almaq olar).
"Sehirli Naftalan" sanatoriyasının son on ildə olan fəaliyyətini araşdıran olsa burada hər il bir şəxsin müəyyən səbəblərdən öldüyünü aşkarlaya bilər.
Baş verən bu olayı - "Sehirli Naftalan"da qeyri-qanuni çalışdığı deyilən əməkdaşın ölümünü yəqin ki, Əmək və Əhalinin Sosial Müdafisəi nazirliyi, Dövlət Vergilər Xidməti, eyni zamanda hüquq mühafizə orqanları xüsusi nəzarətə götürəcəklər. Buna şübhəmiz yox.
Lakin hər il ən azı bir insanın vəfat etdiyi bu müəssisənin fəaliyyətini "Kurort" Turizm İnformasiya Mərkəzi daha diqqətlə incələməlidir.
Ancaq görünən budur ki, "Kurort" Turizm İnformasiya Mərkəzi "Sehirli Naftalan"ın fəaliyyətindəki qüsurları nəinki görür, əksinə nədənsə bu müəssisəyə hər il göndərişlərin sayını daha da artırır. Buna səbəb nədir, axı, hansı amilə, hansı meyarlara əsasən öz sağlam işçisinin həyatını qoruya bilməyən bir müəssisəyə hər il ciddi sağlamlıq problemləri olan vətəndaşlar dövlət hesabına göndərilməlidir? Burada hansı məntiq ola bilər axı?! Yoxsa, "Kurort" Turizm İnformasiya Mərkəzi də bəzi qurumlar kimi öz şəxsi münasibətləri hesabına fəaliyyətini tənzimləyir..?
"Sehirli Naftalan"da ölən insanların bəziləri Həmkarlar İttifaqının hesabına göndərilmiş insanlardır. Ancaq maraqlıdır ki, İttifaqda bunu nəzərə almırlar. Əksinə hər il "dövlət qulluğu", "SOCAR" xətti ilə bu "Sehirli Naftalan"a göndərişlərin sayı daha da artır.
Qeyd edək ki, "Sehirli Naftalan"la sehirli işbirliyində adə ən çox hallanan qurumlardan biri də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsidir. Komitənin sədri Hikmət Osmanov iyun ayında vəzifəsindən uzaqlaşdırılsa da, onun yerinə gətirilən yeni sədr Hikmət Nəbiyev adaşının "işlərini" davam etdirməkdədir. Belə ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə "Sehirli Naftalan"a hələ də çoxsaylı göndərişlər (putyovkalar) verilməkdədir. Yuxarıda da qeyd etdiyimiz kimi tibbi xidməti, təcrübəsi, personal xidməti sıfırın altında olan "Sehirli Naftalan"a Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə göndərişlərin sayının göbələk kimi artmasını güman ki, Sahib Məmmədov incələyər...
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbər gətirildikdən sonra gözlənilirdi ki, bu qurumun fəaliyyəti şəffaflaşacaq. Lakin proseslər onu göstərir ki, Sahib Məmmədov İttifaqda şəffaflığa nail olmaq üçün hələ çox mücadilələr aparmalı olacaq.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi möhtərəm cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident bu məqsədlə hər il dövlət büdcəsindən yüz milyon manatlarla vəsait ayırır. Ancaq bu vəsaitlərin düzgün, insanların razı qalacağı təqdirdə xərcləmək birbaşa Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, qarşısına şəffaf fəaliyyət göstərmək tələbi qoyulmuş "Kurort" Turizm İnformasiya Mərkəzinin borcudur.
Yəqin ki, rəsmi qurumlar üzərlərinə düşən vəzifə səlahiyyətlərini doğru-düzgün yerinə yetirəcəklər.
Aidiyyatı qurumların mövqelərini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb
Dünən, 19:44 |
|
|
|
• Paytaxtda icazə “yarışı”... - BELƏ HARA GEDİRİK...
Dünən, 19:24 |
|
|
|
• "Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" - tanınmış alimdən sensasion ifşa
Dünən, 19:17 |
|
|
|
• Rəşad Abbasova vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 18:44 |
|
|
|
• Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub - SƏRƏNCAM
Dünən, 18:35 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR - TƏFƏRRÜAT
Dünən, 18:15 |
|
|
|
• Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub - ADLAR
Dünən, 18:11 |
|
|
|
• “Hələ quzu əti 21 manatdır, şükür edin...” -Bazarda qiymətlər əl yandırır
Dünən, 18:08 |
|
|
|
• Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi – Zəruri addım, yoxsa yeni stress dalğası?
Dünən, 18:05 |
|
|
|
• Məşhur Məmmədovun "Embafinans"ı borc içində - Rəhbərinə "stop" qoyulub
Dünən, 18:02 |
|
|
|
• Eşqi Bağırov icra başçısı olacaq? - İDDİA
Dünən, 17:56 |
|
|
|
• Müəllimlərin gözü qarşısında bıçaqlanma - Şabrandakı hadisənin DETALLARI
Dünən, 17:45 |
|
|
|
• ətini görün niyə edirmiş – İnanılmaz izah
Dünən, 17:41 |
|
|
|
• “Bank of Baku”dakı hesabından oğurluq oldu, pulunu belə geri aldı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• PAŞA Sığorta şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:32 |
|
|
|
• Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək? – SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• BİLİRDİNİZMİ: Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - SİYAHI
Dünən, 17:22 |
|
|
|
• Azərkosmosun yemək tenderinin qalibi BU ŞİRKƏT OLDU - CƏDVƏL
Dünən, 17:18 |
|
|
|
• Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər - “Rusların təcrübəsi yoxdur”
Dünən, 17:15 |
|
|
|
• Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU - ŞOK SİYAHI
Dünən, 17:12 |
|
|
|
• Bakıdan gedən sərnişin aeroportda TUTULDU - üzərindən "metallom" çıxdı
Dünən, 17:09 |
|
|
|
• "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib - BƏRPAYA YARARSIZDIR!
Dünən, 17:01 |
|
|
|
• “Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...” - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
• Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır - İsa Həbibbəyli
Dünən, 16:54 |
|
|
|
• Paşinyan katolikosun ailəsinə hücum edir - “Nezavisimaya qazeta”
Dünən, 16:12 |
|
|
|
• Gülər Əhmədova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI
Dünən, 16:09 |
|
|
|
• Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti - Partiya sədri açıqladı
Dünən, 16:07 |
|
|
|
• Yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, hətta ABŞ-də İMZALANA BİLƏR
Dünən, 16:02 |
|
|
|
• Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi - “The Telegraph”
Dünən, 15:59 |
|
|
|
• Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur - Aİ rəsmisi
Dünən, 15:57 |
|
|
|
• “Azercell” bizi dünya üzrə BELƏ BİABIR EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
• Əməkdar artist Yadigar Muradov əməliyyat olunacaq
Dünən, 15:33 |
|
|
|
• Vüsal Aslanov rəisi işdən çıxardı - BUNDAN SONRA...
Dünən, 15:32 |
|
|
|
• Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? - SİYAHI
Dünən, 15:31 |
|
|
|
• "Azərbaycan bandası" futbolçunu döyüb öldürmüşdü - evlərində axtarış aparıldı
Dünən, 15:24 |
|
|
|
• Ramiz Mehdiyevlə 5 ildir heç bir təmasım yoxdur - Əli Həsənov DANIŞDI
Dünən, 15:22 |
|
|
|
• 7 ildir öz uşağı bilirdi, qardaşı imiş: Bir analizlə həyatı dəyişdi - TƏFƏRRÜAT
Dünən, 15:18 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamı HƏBS OLUNDU - TASS
Dünən, 15:14 |
|
|
|
• İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? —RƏSMİ AÇIQLAMA
Dünən, 14:49 |
|
|
|
• Ata XAİNDİRSƏ... oğula NECƏ İNANAQ? - Görünəni odur ki...
Dünən, 14:45 |
|
|
|
• Ramiz Mehdiyev ifadə verdi: 7 saat dindirilib - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
• Kreml Putin-Tramp telefon danışığının kimin təklifi ilə baş tutduğunu açıqlayıb
Dünən, 14:39 |
|
|
|
• Qaz təsərrüfatında texniki təhlükəsizlik işinə DAHA BİR ZƏRBƏ... - BU NƏDİ BELƏ?
Dünən, 14:26 |
|
|
|
• Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır? – Açıqlama
Dünən, 13:07 |
|
|
|
• “Məzahir Pənahovun milyonları var, nə villalarını istəyirəm, nə də maşınlarını” - TƏFƏRRÜAT
Dünən, 13:04 |
|
|
|
• AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...
Dünən, 13:03 |
|
|
|
• Gəncə İdman Sarayının tikintisinə 4 milyon manat ayrıldı
Dünən, 13:01 |
|
|
|
• Ağdamda yaşayış binasının tikintisinə başlanılır – 13 milyonluq layihə
Dünən, 13:00 |
|
|
|
• Dövlət qurumunun avtomobil alma planı suya düşdü - TENDERİ NİYƏ LƏĞV EDİLDİ?
Dünən, 12:58 |
|
|
|
• Məşhur Hollivud ulduzu Bakıda restoran açır
Dünən, 12:56 |
|
|
|
|