Səhiyyə Müəssisələrinin Təminati Mərkəzi tərəfindən elan edilən tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Qan Bankı və Qan Köçürmə Mərkəzi” PHŞ üçün müasir tibbi avadanlıqların satınalınması ilə bağlı elan edilmişdi.
Müsabiqə 15 aprel 2025-ci il saat 19:43-də dərc olunmuş, təkliflərin qəbulunun son tarixi 15 may 2025-ci il saat 17:00 olaraq müəyyən edilmişdi. Eyni zamanda, zərflərin açılışı da 15 may 2025-ci il saat 17:00-da keçirilməli idi.
Ehtimal olunan qiyməti 2 698 686 AZN olan tender üçün təqdim olunan təkliflərdən heç biri tender şərtlərinin tələblərinə uyğun gəlmədiyi üçün (36.1.2 maddəsinə əsasən) müsabiqə ləğv olunub.