Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                     Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? .....                     Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq .....                     Nazirlik əməkdaşı yol qəzasında öldü .....                     "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" .....                     "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" .....                     Ərindən ayrılan qadının sevinci gündəm oldu .....                     Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur .....                     “İran Zəngəzuru o döyüşdə itirdi” .....                     İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim .....                     Putin Krım ssenarisini təkrarlamağa çalışır .....                     Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib? .....                     Ermənistandan sülh mesajı: .....                     Müəllimlər üçün gizlədilən vakant yerlər .....                     “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” .....                     Bakının küçələrində təmizlik işləri həyata keçirilib .....                     BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... .....                     Buna Azərbaycanın razılığı lazım olacaq .....                     Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil .....                     Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək .....                     İran da yolların açılmasında maraqlı olmalıdır .....                     HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. .....                     İrandan Azərbaycana daha bir absurd ittiham .....                     “Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... .....                     İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq .....                     "Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." .....                     Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi .....                     Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək .....                     "Bu ancaq Azərbaycanda ola bilər..." .....                     Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü .....                     Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... .....                     Minsk Qrupu niyə ləğv olunur? .....                     Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... .....                     Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik .....                 

“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Tarix: 7-08-2025, 09:03 | Çap et

Azərbaycanla İran arasında yeni diplomatik böhran yaşanır.

Musavat.com xəbər verir ki, bu dəfə səbəb Tehranın İranda həbs olunan Azərbaycan vətəndaşlarına qarşı münasibəti və Bakı ilə imzalanmış beynəlxalq razılaşmalara əməl etməməsidir.

Rəsmi Bakı məsələ ilə bağlı kəskin açıqlama yayaraq, İranın bu davranışının nəinki dostluq münasibətlərinə, həm də beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İran ərazisində saxlanılan və məhkum edilmiş Azərbaycan vətəndaşları barədə diplomatik nümayəndəliklərə heç bir məlumat verilmir. Həmin şəxslərə konsulluqla görüşmək, ailə üzvləri ilə telefon əlaqəsi qurmaq və “Cəzanın çəkilmə yerinin dəyişdirilməsi haqqında sazişə” əsasən vəsatət qaldırmaq imkanı da tanınmır. XİN-in açıqlamasında bildirilir ki, 1998-ci il 21 fevral tarixində Bakı şəhərində imzalanmış həmin sazişə və Vyana Konvensiyasına zidd olaraq, Azərbaycan diplomatlarına hətta məhkəmə iclasları və çıxarılan qərarlar barədə də məlumat verilmir.

XİN-in mövqeyinə əsasən, bu hallar artıq təsadüfi texniki pozuntu deyil, müntəzəm hal alan məqsədli və sistematik diplomatik sabotajdır. Azərbaycan tərəfi bunu İranın beynəlxalq öhdəliklərə qarşı etinasız və məsuliyyətsiz münasibəti kimi qiymətləndirir.

İranın bu davranışı fonunda yaxın keçmişdə yaşanmış oxşar olaylar da yenidən gündəmə gəlib. Belə ki, 2012-ci ildə ədəbi festivalda iştirak etmək üçün İrana səfər etmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Tağızadə festivaldan sonra gizli şəkildə saxlanılmış, uzun müddət ailələri və Azərbaycan dövləti ilə əlaqə saxlamalarına imkan verilməmişdi. İran tərəfi onları “casusluqda” ittiham etmiş və yalnız Bakıdan rəsmi “yalvarış məktubu” – “hayišnaəmə” göndərilərsə, azad olunacaqlarını bildirmişdi. Qeyd olunmalıdır ki, diplomatik praktikalarda “hayišnaəmə” adlı sənəd anlayışı mövcud deyil. Azərbaycan tərəfinin belə bir sənəd göndərməsi halında bu, Tehranın ideoloji iddialarını hüquqi əsaslandırmaq üçün süni sübut ola bilərdi.

Rəsmi Tehranın bu cür münasibətləri bir neçə onillikdir davam edir. Məqalədə vurğulanır ki, İran siyasi elitasının bir qismi hələ də Azərbaycanı “tarixi İranın bir parçası” kimi görür. 2006-cı ildə İranın aparıcı nəşrlərindən olan “Cumhuriyə İslami” qəzetində Azərbaycan “Şimali İran” adlandırılmış, Qacarlar dövründə İranın tərkibində olan bütün ərazilərin Tehranın nəzarətinə qaytarılması çağırışı edilmişdi.

Eyni ideoloji yanaşmanın başqa nümunəsi isə İranın Bakıdakı səfirliyində “Ali liderin nümayəndəsi” statuslu şəxsin təyin olunması, Qasım Süleymani ilə bağlı tədbirlərin keçirilməsi və mədəni ideoloji tədbirlərlə Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləridir. Bütün bu addımlar “yumşaq güc” adı altında genişlənən geopolitik ekspansiya kimi qiymətləndirilir.

Məqalədə vurğulanır ki, Azərbaycan dövləti bu cür təxribatları nəinki görür, həm də prinsipial mövqe ilə cavab verir. XİN-in səsləndirdiyi “Azərbaycan – Şimali İran deyil!” ifadəsi bu mövqenin əsas tezisi kimi ortaya çıxıb. Azərbaycan dövləti aydın şəkildə bildirir ki, ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının hüquqları toxunulmazdır, bu prinsiplər “qırmızı xətt” sayılır və onların pozulması cəhdləri qarşısında kifayət qədər sərt cavab veriləcəkdir.

Rəsmi Bakının bu sərt mövqeyi həm beynəlxalq hüquqa əsaslanır, həm də Azərbaycanın regionda formalaşdırdığı nüfuzlu və özünəinamlı siyasi xəttin tərkib hissəsidir. Azərbaycan tərəfi İranı XIX əsr xəritələri ilə deyil, XXI əsrin reallıqları ilə davranmağa çağırır.

Minval.az-a istinadla hazırlanıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Dünən, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Dünən, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Dünən, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Dünən, 11:16
HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Dünən, 10:43
İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Dünən, 10:34
“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Dünən, 10:30
İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Dünən, 10:26
"Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Dünən, 10:25
Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi - deputat
Dünən, 10:17
Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək - Paşinyan
Dünən, 10:15
"Bu ancaq Azərbaycanda ola bilər..." - GİLEY
Dünən, 10:14
Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü - TƏFƏRRÜAT
Dünən, 10:05
Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... - "Hraparak"
Dünən, 10:00
Minsk Qrupu niyə ləğv olunur? - Paşinyandan CAVAB
Dünən, 09:34
Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Dünən, 09:27
Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik - Paşinyan
Dünən, 09:25
ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Dünən, 09:23
Putin, Makron, mollalar... - onların dediyi olmadı
Dünən, 09:20
200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri
Dünən, 09:15
SEPAH-dan Qafqazda müharibə təhdidi – İran və Rusiya Azərbaycan-Ermənistan sülhünə qarşı cəbhə qurur
Dünən, 09:10
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 09:07
Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq - KİV
Dünən, 08:59
Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Dünən, 08:38
`Kontakt Home`dan yeni hoqqabazlıq... - Etdiyin ödəniş ləğv olunur...
Dünən, 08:29
Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? - GÖRÜLƏSİ İŞ ÇOXDUR...
Dünən, 08:19
Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... - əsas məsələ konfliktin bitməsi idi..."
Dünən, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru