Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Tarix: 24-08-2025, 02:02 | Çap et

“Hesab edirəm ki, Azərbaycan-Ermənistan Sülh Sazişinin deyilən tarixdə imzalanması mümkün deyil. Çünki Azərbaycan tərəfi Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir...”
Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşı ilə növbəti söhbətində Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesinin gələcəyi ilə bağlı təhlil və qiymətləndirmələrini bölüşüb. Zülfüqarov xüsusən də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Sülh Bəyannaməsinin perspektivini, Yekun Sülh Sazişinə doğru aparan prosesin Ermənistanda gələcəkdə hakimiyyət dəyişikliyi zamanı necə inkişaf edə biləcəyini və regional güclərin rolu haqqında öz fikirlərini açıqlayıb. Eks-nazir sülhün yalnız hüquqi və diplomatik sənədlərlə bitmədiyini, həm də tərəflər arasında real həllərə gətirib çıxaracaq dəyişikliklərinin vacibliyini vurğulayıb. Həmçinin sabiq daş diplomat erməni cəmiyyətindəki dəyişən düşüncə tərzinin və Rusiyanın regional təsirinin bu məsələlərə necə təsir edə biləcəyinə dair öz analizini təqdim edib.
-Tofiq müəllim, Alyaskada Tramp-Putin görüşündən sonra dünyada baş verənlər fonunda avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Sülh Bəyannaməsindən sonra imzalanmalı olan Yekun Sülh Sazişinin taleyini necə görürsüz? Bu günlərdə İran araşdırmaçılarından biri iddia edib ki, Yekun Sülh Sazişi aprelin 24-də Trampın iştirakıyla İstanbulda imzalanacaq. Sizdə belə bir məlumat yoxdur ki?
-Xeyr. Hesab edirəm ki, Azərbaycan-Ermənistan Sülh Sazişinin deyilən tarixdə imzalanması mümkün deyil. Çünki Azərbaycan tərəfi Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bunun üçün isə referendum keçirilməlidir. Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib...
Həm də biz başa düşməliyik ki, Sülh Sazişi imzalansa da, orada iki tərəf üçün də bütün gərəkli məsələlər həllini tapmayacaqdır. Çünki hər şeydən vacib, sərhədlər müəyyən olunmalıdır. Və “Tramp yolu” deyilən kommunikasiyalardan başqa iki ölkə arasında digər kommunikasiyalar da var. Humanitar mövzular da öz həllini tapmalıdır. Və s. və ilaxır...
-Ola bilərmi ki, Ermənistandakı seçkilərədək Azərbaycan tərəfi Konstitusiyaya dəyişiklik tələbindən çəkilsin? Axı, prezident İlham Əliyev də Vaşinqtonda Sülh Sazişini tezləşdirməyin vacib olduğunu söylədi...
-Axı bu, məntiqə uyğun olmayacaqdır...
-Bəzi politoloqlar, analitiklər deyir ki, əslində Konstitusiyaya dəyişikliyi Sülh sazişindən sonra da həll etmək mümkündür. Bununla bağlı tələbi sazişə bir maddə kimi əlavə etmək olar. Onsuz da siz dediyiniz kimi, Sülh Sazişi ilə bütün məsələlər həllini tapmayacaq ki...
- Sülh Sazişinə imza atılmasıyla hər şey bərqərar olmur. Münaqişəni təşkil edən mövzular var, problemlər var. Bu problemlərin həll olunması məsələsi var. Və bizə davamlı sülh lazımdır. Nə mənada? Yəni bu gün Paşinyan sazişə qol çəksin, sabah başqası gəlib onun imzasını şübhə altına ala bilməsin...
-Biz də məhz onu soruşmaq istəyirdik ki, 2026-cı ilin iyun seçkilərində Ermənistanda hakimiyyətə hansısa rusiyapərəst revanşist qüvvə gəlsə, ondan öncə imzalana biləcək Sülh Sazişindən, yaxud elə həmin Sülh Bəyannaməsindən imtina etsə, nə baş verəcək?
-Elə Paşinyan özü də mövqeyini dəyişə bilər. Bu, son 7-8 il ərzində tez-tez baş verib. Son vaxtlar bizdə Paşinyanın, az qala, "qəhrəman" obrazını yaradırlar. Amma unudurlar ki, onun bu “qəhrəmanlığı” “dəmir yumruq”dan sonra meydana çıxdı. Və 44 günlük müharibənin bitməsindən sonra davam edir. Ondan əvvəl isə Paşinyanda heç bir belə əlamət görməmişdik...
-Hər halda rusiyapərəst və revanşistlərdən fərqli olaraq Paşinyanın davamlı olaraq sülh prosesini apardığı görünür...
-Düzdü, sülhə doğru gedir, amma “dəmir yumruq”dan sonra... Yenə deyirəm, davamlı sülh Ermənistanın öz Konstitusiyasını dəyişməsi ilə bağlıdır. Nə mənada? Konstitusiyanı dəyişmək üçün referendum keçirilməlidir. Referendum ərəfəsində geniş ictimai diskussiya aparılacaq və hər kəs öz sözünü deyəcək. Sonra da bu dəyişikliyə səs verən və ya verməyən Ermənistan ictimaiyyəti olacaq... Fürsətdir, baxaq, görək, ermənilərin əksəriyyəti Azərbaycanla sülhə hazırdırlar, yoxsa yox... Bizimkilərin çoxu deyir ki, biz sülhün tərfdarıyıq- Ermənistanla sülh gecikdirilmədən imzalansın, müharibə birdəfəlik bitsin... Yaxşı, biz əminikmi ki, Ermənistandakılar sülh tərəfdarıdır, yoxsa yox? Bizimki o məşhur şeirdə deyildiyi kimi alınır: sizi sevəcəyik, siz sevməsəniz də... Belə şey olmaz...
Yaxşı, bu gün sülhə qol çəkdik, sabah nə olacaq? Bizdə deyirlər ki, Rusiya Sülh Sazişinin imzalanmasını istəmir. Bəs Ermənistanda kim buna qarşı çıxır? Əlbəttə, ruspərəstlər. Birincisi, bu münaqişəni kim yaradıb? Əlbəttə, Rusiya və ermənilər. İndi, baxaq görək, ermənilər bu siyasətdən imtina edirlərmi, yoxsa yox?
-44 günlük savaşdakı məğlubiyyətdən sonrakı demokratik seçkilərdə Paşinyanı yenidən baş nazir seçməklə ermənilər göstərdi ki, əksəriyyəti Rusiyanın yüz illərdir onlara təlqin etdiyi dediyiniz münaqişə siyasətindən imtina ediblər...
-Nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan Azərbaycanın müharibədəki qələbəsindən sonrakı şoku yaşayan bir cəmiyyət idi. İndi isə bir qədər özlərinə gəliblər və görürsən ki, müxtəlif cəfəng fikirlər səsləndirənlərin sayı çoxalmaqdadır. İkincisi, bir məsələyə də diqqət yetirək: müharibə bitəndən sonra Ermənistan nə axtarırdı? Axtarırdı ki, görək kim gəlib onun yerinə Azərbaycanla dava edəcək... Gah İranı, gah Hindistanı, gah da Fransanı deyirdilər. Sonda baxıb gördülər ki, heç bir dövlət onlara real dəstək vermir. Ona görə də Vaşinqtona – Ağ Evdəki Sülh Bəyannaməsinədək gəlib çıxmağa məcbur qaldılar... Ancaq mən düşünürəm ki, deyəsən, indi də Rusiya yenidən ermənilərə nəsə vəd edib və Ermənistanın bəzi siyasətçiləri "hər şey hələ bitməyib" deyərək, hansısa oyunlar oynamağa hazır olacaqlar. Baxaq görək, gələcəkdə hər şey aydın olacaq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru